
Super User
Qazaxıstanlı rejissorun filmi Rotterdam kinofestivalının əsas proqramına daxil edilib
Qazaxıstanlı rejissor Adilxan Yerjanovun rusiyalı prodüserlər Boris Xlebnikov və Aleksandr Plotnikovun iştirakı ilə ərsəyə gətirdiyi “Həmlə” filmi Rotterdam kinofestivalının əsas proqramına daxil edilib.
TASS agentliyi xəbər verir ki, bu barədə “Lookfilm” studiyası məlumat yayıb.
“Sevinirəm ki, film mənim ən çox sevdiyim Rotterdam festivalının proqramına daxil edilib. Film avanqard və eksperimental xüsusiyyətlərilə zəngindir. “Həmlə”nin müsabiqə proqramına salınması məni çox həvəsləndirir, çünki film mahiyyət etibarı ilə introspektivdir və qəhrəmanların vəziyyətinin açılmasına yönəlib. Filmin müəllif kinosu qismində premyerası isə “Həmlə”ni bir növ irəli atır. Bütün komandanı təbrik edirəm və hamıya minnətdaram”, - deyə Adilxan Yerjanov bildirib.
Ötən ilin ən yaxşı ekran əsəri “Where are you going, Aida?” filmi olub
Kinotənqidçilərin resenziyalarının yer aldığı “Metacritic” saytı 2021-ci ilin ən yaxşı 50 filmini açıqlayıb.
Siyahı kinotənqidçilərin ekran işlərinə verdiyi qiymət əsasında müəyyənləşdirilib.
Birinci yerdə 97 xalla “Where are you going, Aida?” filmi qərarlaşıb.
TOP-10-u təqdim edirik:
1.”Where are you going, Aida?”,
2. “Summer of Soul”,
3.”Rocks”,
4.”Petite maman”,
5.”Memoria”,
6.”This Is Not a Burial, It's a Resurrection”,
7.”Flee”,
8.”Drive My Car”,
9.”Procession”,
10. “I Was a Simple Man”.
Məşhur rejissor Piter Boqdanoviç vəfat edib
Amerika rejissoru, aktyoru və prodüsseri Piter Boqdanoviç 83 yaşında vəfat edib.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər verir.
Onun işləri arasında “Nə olub, dok?”, “Kağız Ay” və digərləri çox məşhur idi.
1971-ci ildə çəkilmiş “Sonuncu seans” filmi səkkiz Oskar nominasiyası qazanmışdı.
Boqdanoviç həm də “Soprano” və “Mən necə anamı qarşıladım” filmlərindəki rollarına görə yaddaşlarda qalmışdı.
Qənirə Paşayeva təltif olunub
"Dədə Ələsgər Ocağı" İctimai Birliyi Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanı "Aşıq Ələsgər-200" yubiley medalı ilə təltif edib.
Bu medal Qənirə Paşayevaya qüdrətli söz sənətkarının 200 illik yubileyi ilə bağlı keçirilən bir sıra yerli və beynəlxalq konfransın təşəbbüsçüsü, təşkilatçısı olduğuna, habelə sənətkarın irsinin təbliğindəki roluna görə verilib.
Esra Ezmeçi Azərbaycana gəlir
Psixologiya sahəsində qələmə aldığı kitablarla böyük bəyənmə toplayan Uzman Klinik Psixoloq Esra Ezmeci, "İlişkilerde Mesafe Koyma ve Özgüven" mövzulu seminarı ilə 16 yanvar 2022-ci il tarixində, saat 15-də Azərbaycan oxucuları ilə Nizami Kino Mərkəzində görüşəcək.
Uzman baxış nöqtəsi və səmimi dili ilə oxucularına həm professional bir dəstəkçi, həm də yardım əli uzadan bir dost olaraq yaxınlaşan Esra Ezmeci, bu sahədə biliklərini gündən-günə daha böyük bir kütləyə çatdırır.
Eyni zamanda qatıldığı fərqli çeşiddə televiziya proqramları ilə də tanınan yazar Esra Ezmeci xoşbəxt münasibətlərin sirrlərini, münasibətlərə necə yanaşmalı olduğumuzu, necə davranmalı olduğumuzu, özümüzə inamımızı necə yeniləyəcəyimizi sadə və sadə bir dillə izah edir.
Biletlər 40-70 manat civarında olacaq.
Əməkdar artist Novruz Qartal vəfat edib
Azərbaycanın Əməkdar artisti Novruz Qartal (Əliyev) vəfat edib.
Novruz Qartal onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Novruz Yaqub oğlu Əliyev 1947-ci ildə anadan olub. O, əmək fəaliyyətinə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Çalışdığı illərdə Novruz Qartal özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan obrazlar yaradıb. Onun “Toy kimindir”də Qoşun, “Durna”da Dursun, “Hicran”da Balaəmi, “Lənət şeytana”da İsrafil, “Özümüz bilərik”də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, “Sevindik qız axtarır”da tələbə, “Nənəmin şahlıq quşu”nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların rəğbətini qazanıb.
Novruz Qartal 2013-cü ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Bu gündən incəsənət əsərlərinin onlayn auksionuna başlanılır
“Auction Baku” MMC şirkətinin təşkilatçılığı ilə yanvarın 10-da Azərbaycanda incəsənət əsərlərinin onlayn auksionu keçiriləcək.
Dövlət Rəsm Qalereyasından bildirilib ki, növbəti auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabətqabiliyyətliliyini gücləndirmək, ölkənin iqtisadi inkişafında yaradıcı sənayesinin rolunu artırmaq məqsədilə həyata keçiriləcək.
Xatırladaq ki, tədbir bütün dünyada geniş vüsət alan COVID-19 pandemiyasından sonra ölkəmizdə təşkil ediləcək ilk onlayn auksion olacaq.
Azərbaycan Dövlət Rəsm Qalereyası auksionun təşkilinə metodiki dəstək göstərir.
Çıraqqala abidəsinin və Qazax Müəllimlər Seminariyası binasının bərpasına başlanılıb
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli ötən gün keçirdiyi mətbuat konfransında təmsil etdiyi qurumun ötənilki fəaliyyəti barədə danışıb, bu il görüləcək işlər barədə məlumat verib.
Xidmət rəisinin verdiyi məlumatlar arasında Şabran rayonunda yerləşən dünya əhəmiyyətli “Çıraqqala” abidəsi və Qazax rayonunda yerləşən, ötən əsrin əvvəllərində xalqımızın bir çox tanınmış ziyalısına təhsil verən Qazax müəllimlər seminariyasının təmir və bərpa işlərinin vəziyyəti xüsusi maraq doğurub.
Məlum olub ki, V-VI əsrlərə aid “Çıraqqala” mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formadadır, ölkəmizin ən qədim tarixi abidələrindəndir, orada möhkəmləndirmə və bərpa-konservasiya işləri Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama əsasən həyata keçirilməkdədir. Ötən müddət ərzində bərpa-konservasiya işlərinə start verilib və bərpa üzrə zəruri tədbirlər görülüb. Dəniz səviyyəsindən 1234 metr hündürlükdə yerləşən bu abidənin bərpası həm daxili, həm də xarici ziyarətçilər üçün böyük maraq kəsb edəcəkdir.
Qazax rayonunda yerləşən Müəllimlər Seminariyasının qədim binasının bərpa olunması işinə də artıq başlanılıb və prosesin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.
“Eşkıya Dünyaya Hükümdar Olmaz” teleserialı üçün ATV-dən milyonluq məhkəmə iddiası
Yeni sezonda ekranlara dönməsi gözlənilərkən ani bir qərarla final yapan “Eşkıya Dünyaya Hükümdar Olmaz” teleserialı barədə ilginc məlumat yayılıb.
“Ədəbiyyat və incəsənət” portalı “Son dakika” xəbər saytına istinadən məlumat verir ki, teleserialın sahiblərinin onu Türkiyənin aparıcı telekanallarından biri olan ATV-nin yerinə başqa bir platformada yayınlayacağı xəbəri gündəmə gəlmişdir.
Teleserialın fərqli bir adda, heyətində Oktay Kaynarca olmadan bir dijital platformada yayınlanacağı xəbərlərinin ardından ATV harəkətə keçmişdir. Buna göre yapımcı şirkətə və ssenaristə 165 milyon TL (20,3 milyon manat) dəyərində məhkəmə iddiası qaldırılacaq.
Amma həqiqətən “Eşkıya Dünyaya Hükümdar Olmaz” çox sevilirdi, baxış reytinqlərini qırmışdı.