İtaliyada Azərbaycan sərgiləri keçirilmişdir

22–24 noyabr 2025-ci il tarixlərində İtaliyanın Cassine şəhərində, 17-ci əsrə aid Qalereya Palazzo Mandrillidə Azərbaycanın mədəni irsinə aid bir sıra sərgilər təşkil edilmişdir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, sərgilər arasında “Rənglərdən Azərbaycana” layihəsinin göy rəngi üzrə Azərbaycan Xalq Rəssamı professor Siruz Mirzəzadənin “Göy rəngin əfsanələri”, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə və müəllimlərinin “Ruhun yolu” və uşaqların rəsmlərindən ibarət “Qarabağın rəngləri” sərgiləri təqdim olunmuşdur.

Tədbirin açılışında təşkilatçı “SƏN1SƏN” Beyin Mərkəzinin rəhbəri Fəridə Quluzadə, Cassine şəhərinin meri Karlo Felice Maccario, qardaş Türkiyə icmasının üzvləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbələri iştirak etmişlər.

Qalereya Palazzo Mandrilli ilk gündən Azərbaycan və İtaliya arasında mədəniyyət və dostluq körpüsü kimi fəaliyyət göstərir. Son il ərzində burada “SƏN1SƏN” Beyin Mərkəzi tərəfindən müxtəlif mədəniyyət sahələrini əhatə edən artıq 14 tədbir keçirilmişdir. Bu sərgilərə Cassine sakinlərindən başqa Milan, Turin, Genoa və Alessandriadan Azərbaycanlılar, İtalyan sakinləri və turistlər böyük maraq göstərirlər.

 

“Ədəbiyyat və incəsənət”

(02.12.2025)

 

 


 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.