Barselonada “Azərbaycanın rəngləri: Multikulturalizm diyarı” adlı fotosərgi maraqla qarşılanıb Featured

Barselonanın tarixi “Palau Dalmases” sarayında “Azərbaycanın rəngləri: Multikulturalizm diyarı” adlı fotosərgi açılıb. Sərgi “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Barselonadakı Azərbaycanlılar Cəmiyyəti (ASB) və Barselona Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutub.

 

“Ədəbiyyat və incəsənət” portalına Komitədən verilən məlumata görə, açılış mərasimində Barselonanın mədəniyyət qurumlarının nümayəndələri, fotoqraflar, dizaynerlər, sənətçilər, musiqiçilər və yerli sakinlər iştirak ediblər.

Sərginin əsas məqsədi Azərbaycanın zəngin mədəni irsini, dini və etnik müxtəlifliyini sənət vasitəsilə beynəlxalq ictimaiyyətə tanıtmaqdır.

Gənc və istedadlı fotoqraf Etibar Cəfərovun obyektivindən təqdim edilən Azərbaycan mənzərələri və insanları ölkənin multikultural dəyərlərini əks etdirərək sərginin əsas mövzusuna işıq tutub. Sərgi çərçivəsində fotoqraf Etibar Cəfərov müəllifi olduğu “Land of Multiculturalism” adlı kitabı Barselona Kitab Evinə hədiyyə edib.

Sərgidə siyasi elmlər doktoru, Alman Jurnalistlər Assosiasiyasının (DVPJ) üzvü Dimitris Kazarnovskisin “Azərbaycanda multikulturalizm” mövzusunda məruzəsi dinlənilib.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.