"Musiqili poeziya axşamı" - klassik musiqi və Aytəkin Mehmanqızının söz aləmi...
Ağalar İdrisoğlu, Əməkdar incəsənət xadimi.
“Ədəbiyyat və incəsənət”
Azərbaycan Milli İncəsənət Muzeyində Bakı Musiqi Akademiyasının professorlarının və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Aytəkin Mehmanqızının iştirakı ilə "Musiqili poeziya axşamı" keçirilib.
Bu tədbirdə klassik musiqilərimizi həm Azərbaycanda, həm də vətənimizin hüdudlarından kənarda tərənnüm edən Bakı Musiqi Akademiyasının professoru Gülinaz İsmayılova, əməkdar artist, professor Elnarə Kəbirlinskaya, əməkdar artist Töhfə Babayeva və Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Aytəkin Mehmanqızının çıxışları qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə tamaşaçılar klassik musiqinin və nəsihət dolu poeziyanın gözəl vəhdətinin şahidi olublar.
Burada klassik musiqi və klassik ədəbiyyat bir araya gəlib. Didaktik şeir və klassik musiqi bir arada tamaşaçıların zövqünü oxşayıb, onlar tərəfindən böyük maraqla qarşılanıb.
“Ədəbiyyat və incəsənət”
(17.06.2026)


