Sənani Quliyevin “Mənim uğur hekayətim” kitabından bir hissə - "Böyük şəxsiyyət barədə" Featured

“Ədəbiyyat və incəsənət” portalı bu günlərdə “Yazıçı” nəşriyyatı tərəfindən nəşr edilmiş Sənani Quliyevin “Mənim uğur hekayətim” adlı motivasiya kitabından bir parçanı oxucularının diqqətinə çatdırır. Günümüzlə səsləşən bu parça Ümummilli lider Heydər Əliyevlə bağlıdır.

 

 

BÖYÜK ŞƏXSİYYƏT BARƏDƏ

 

2003-cü ildə Azərbaycanın Ümummilli lideri, mənimsə kumirim Heydər Əliyev vəfat edəndə bütün xalqımız kimi mən də dərin sarsıntı keçirdim, hüzn və kədərə qapıldım. O vədələrdə “Azərbaycan” nəşriyyatında “Böyük insan haqqında” adlanan bir xatirə kitabı nəşr edilmişdi, kitaba bu böyük şəxsiyyətin vəfatı ilə bağlı dünyanın hər yerindən gələn baçsağlığı teleqramları, xatirə yazıları daxil edilmişdi. Mən həmin kitabdan biri amerikalı, biri rus, biri isə ərəb olan 3 əcnəbinin xatirəsini oxuduqdan sonra bir daha Heydər Əliyev şəxsiyyətinin necə böyük, azman olmasını dərk etdim.

 

Herri Houlihen yazanlar

ABŞ-ın Klivlənd Klinikası Təhlükəsizlik Xidmətinin rəisiHerri Houlihen yazırdı:

Bir neçə il əvvəl mənə məlumat verildi ki, Azərbaycan Prezidenti Heydər Əliyev tibbi müayinə üçün bura – Klivlendə gələcək. Və o gəldi. İngiliscə çox danışmırdı, amma mavi gözlərindən hiss edə bilirdim ki, nə deyir. Özünü yaxşı hiss etmədiyi günlər əlimi sıxmağından və sıcaq təbəssümündən özümü xoşbəxt hiss edirdim. Soyadımı tam tələffüz etmirdi və sadəcə “Salam, Houli” - deyirdi. Onun danışığı, təbəssümü, əlimi sıxması heç zaman yaddaşımdan silinməyəcək. Bu xatirələri uzun illər ürəyimdə təsəlli kimi saxlayacağam, nəvələrimə danışacağam.

Mən fəxrlə deyə bilərəm ki, Heydər Əliyevi – tarixin gedişində dönüş yaratmış o böyuk şəxsiyyəti tanıyırdım”.

 

Yasen Zasurski yazanlar:

Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Yasen Zasurski yazırdı:

Böyük dövlətlərdə, xüsusilə də ABŞ, Fransa, Böyük Britaniya, Almaniya və s. kimi ölkələrdə məşhur olmaq o qədər də çətin deyil. Ancaq kiçik ölkələrdə, eyni zamanda da, müstəqilliyini yenicə qazanmış dövlətlərdə rəhbərlik missiyasını yerinə yetirmək çox çətindir. Və belə bir ağır işin öhtəsindən, təbii ki, ən layiqincə gəlmək – ancaq Heydər Əliyev kimi böyük təcrübəsi olan, ağıllı, müdrik siyasətçiyə nəsib ola bilər. Onun həyat və fəaliyyəti təkcə azərbaycanlılar üçün yox, bütün ölkələrin insanları üçün örnəkdir.

Şahidi olduğum bir hadisəni qeyd edim. Dünyanın nüfuzlu xəbər agentliklərindən biri olan İTAR-TASS-da keçmiş Sovetlər birliyindən olan jurnalistlər təcrübə keçərkən söhbət gəlib Heydər Əliyevə çıxdı. MDB-dən və Baltikyanı ölkələrdən olan bir çox jurnalistlər öz azərbaycanlı həmkarlarına həsədlə dedilər ki, əgər bizdə də prezident Heydər Əliyev olsaydı, onda hər mühazirədə, hər seminarda, hər görüşdə biz də öz ölkəmiz haqda əcnəbilərdən çoxlu təriflər, yaxşı sözlər eşidərdik”.                                       

 

Məhəmməd Xeyir Vadi yazanlar:

Suriyanın Çin Xalq Respublikasındakı sabiq səfiriMəhəmməd Xeyir Vadi isə yazırdı:

Ötən əsrin 70-ci illərində Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası nümayəndə heyətinin başçısı kimi Suriyaya səfər etmişdi. Suriya televiziyasının işçisi kimi mən cənab Heydər Əliyevlə görüşüb ondan səfərlə bağlı müsahibə götürdüm. Müsahibənin gedişində Heydər Əliyev məndən soruşdu: “Moskvadan nə istərdin? Mən də müsəlmanam, bir şey lazımdırsa, çəkinmədən deyə bilərsən”.

Onun belə sadə, səmimi münasibəti məni cəsarətləndirdi və özümün ən vacib problemim üçün ona müraciət etdim. O vaxtlar mən Suriya vətəndaşı olan, ancaq Moskvada yaşayan bir qızla evlənmək istəyirdim. Lakin müvafiq sovet dairələri qıza Moskvadan Suriyaya gəlməyə icazə vermirdilər. Mən bu problemin həlli üçün Heydər Əliyevə müraciət etdim. O isə gülümsəyib dedi: “Mən elə bilirdim, sənin xahişin böyük bir problem barədə olacaqdır. Elə bu? Həll edərik!”

İki həftədən sonra Moskvada viza bölməsindən nişanlıma bildirdilər ki, müvafiq dairələrin onun Suriyaya getməsinə heç bir etirazı yoxdur. Beləcə, biz ailə qura bildik, Heydər Əliyev mənim ailə səadətimin bünövrəsini qoydu.

Mən, həyat yoldaşım və üç övladım ömrümüz uzunu o böyük şəxsiyyətə minnətdar olacaq, onu unutmayacağıq”.

 

***

Bu kitabı yazanda, bu xatirələri araşdıranda, bir dönüb öz həyatıma baxdım və qənaətim bu oldu ki, mən də bu gün özümü yetişdirə bilmişəmsə, bunun üçün Ulu Öndərin qurduğu bu dövlətə borcluyam.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.