Növbəti “Ulduzlu qonaq” Günel Anarqızı olub Featured

 

 ““Ulduz”lu görüşlər” çərçivəsində Bakı Kitab Mərkəzinin direktoru, yazıçı-publisist Günel Anarqızı ilə görüş keçirilib. “

 

“Ədəbiyyat və incəsənət” portalına “Ulduz” jurnalından verilən məlumata görə, jurnalla Azərbaycan Universitetinin birgə layihəsi olan tədbirdə jurnalın baş redaktoru Qulu Ağsəs, baş redaktor müavini Təranə Vahid, universitetin bakalavr tələbələri iştirak ediblər.

Günel Anarqızı öz yaradıcılıq yolundan, Bakı Kitab Mərkəzinin yaranma tarixçəsi və  kitabların  insan həyatındakı rolundan danışıb. Səmimi ovqat və polemika şəraitində keçən görüşdə G. Anarqızı çoxsaylı suallara cavab verib.

Sonda yazıçı gənc filoloqlara avtoqrafla “Sərhədsiz səma” kitabını hədiyyə edib.

Tədbirin sonunda mərkəzin əməkdaşı Leyla Əsgərova tələbələri Bakı Kitab Mərkəzinin bölmələri ilə tanış edib və onları həftənin sonunda kitab endirimlərindən yararlanmağa çağırıb.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.