Şair-publisist Aysel Fikrətin 50 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə

Könül Əliyeva,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

10 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Film Fondunda şair-publisist Aysel Fikrətin 50 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

 

Tədbirdə tanınmış ziyalılar, şairlər, sənət adamları və ədəbiyyatsevərlər iştirak ediblər. İlk öncə yubilyarın həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

İlk olaraq çıxış üçün Xalq şairi Sabir Rüstəmxanlı səhnəyə dəvət olunub. Xalq şairi Aysel Fikrətin ədəbi kökləri və yaradıcılıq xüsusiyyətləri barədə fikirlərini bölüşüb Onun mədəniyyət və incəsənət aləmində rolundan bəhs edib. Onun Poetik düşüncələrində qadın mövzusuna öz yanaşmasını bildirib. Şairin atası Fikrət Sadığı yada salaraq Aysel Fikrətin layiqli davamçı olduğunu dilə gətirib.

Azərbaycan Yazıçılar Birliyinin poeziya seksiyasının və Əli Kərim adına Poeziya Evinin rəhbəri, şair İbrahim İlyaslı öz çıxışında Aysel Fikrətin çağdaş Azərbaycan ədəbiyyatında qadın şairlər arasında özünəməxsus dəst-xətti və yaradıcılıq yolu ilə seçildiyini vurğulayıb.

 

Çıxış edənlər sırasında şairlər Mahcamal Babayeva, Ayaz Arabaçı, Xalq artisti Xalidə Quliyeva, kulturologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Hicran Sadıqzadə, Azərbaycan Respublikası Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının  Respublika komitəsinin sədr müavini Mirzə Cəfərzadə,konservatoriya nəzdində İncəsənət gimnaziyasınım Həmkarlar təşkilatının sədri Sevda Əfsər, gənc tamaşaçılar teatrının aktrisası Zemfira Əbdülsəmədova, “Mütərcim” nəşriyyatının əməkdaşı  Rüfət Vahidov, şair-publisist Anar Məmmədov, şair Aysel Xanlarqızı yubilyarın çoxşaxəli yaradıcılıq fəaliyyətindən bəhs ediblər.

 

 

Şeir nümunələri ilə davam edən tədbirdə yubilyara Elm və Təhsil İşçiləri həmkarlar ittifaqının Respublika komitəsi  tərəfindən və İncəsənət Gimnaziyası tərəfindən Fəxri fərmanlar təqdim olunub.

Ailə adından çıxış edən şairin qardaşı Orxan Fikrətoğlu bacısını təbrik edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

Gecənin bədii hissəsində Azərbaycan Milli Konservatoriyasının tələbələri Azər Çələbi, Ramil Abbasov və Nərmin Mirzəyevanın ifasında musiqi nömrələri təqdim olunub.

Qiraətçilər — Gənc Tamaşaçılar Teatrının aktrisası Zenfira Əbdülsəmədova, Bələdiyyə Teatrının aktrisası Günel Həmidova, Yuğ Teatrının aktrisası Nata Qeybani , radioaparıcı-qiraətçi Müşfiqə Baləddinqızı, Bəhiyyə Nağıyeva, İsmayıl Etibarlı və Afaq Muradı tərəfindən şeir nümunələri səsləndirilib.

Tədbirdə incəsənət xadimləri, ədəbiyyat və mədəniyyət ictimaiyyəti geniş tərkibdə iştirak edib.

Qonaqlar arasında yazıçılar Zahid Sarıtorpaq,Bəsti Əlibəyli, Kənan Hacı, Azər Qismət, jurnalist Əntiqə Qonaq, Əməkdar jurnalist Zemfira Məhərrəmli, Nəzakət Məmmədova,Zöhrə Kərimova  eləcə də şairlər Ayaz Arabaçı, Qabil Nəbi, Qəhrəman Kamiloğlu, Mahcamal Babayeva, Sevil Ülvi,  Elməddin Həbiboğlu, Murad Ərturan, Süleyman Abdulla, Ülviyyə Əbülfəzqızı, Zeynəb Cəmaləddinqızı və digər ədəbi ictimaiyyət nümayəndələri yer alıblar.

Yubiley gecəsi çərçivəsində Aysel Fikrətin yeni çap olunmuş “50 şeir” kitabının təqdimatı da keçirilib.

Sonda çıxış edən Aysel Fikrət tədbirin yüksək səviyyədə təşkilinə görə “Zərif kölgələr” yaradıcılıq klubunun rəhbəri Aysel Nəsirzadə və Həmidə Yaqubovaya təşəkkürünü bildirib.

Gecə xoş təəssüratlarla başa çatıb.

 

“Ədəbiyyat və incəsənət”

(14.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.