Gənclər Lalə Azərtaşla görüşdülər

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və National Assembly of Youth Organizations of the Republic of Azerbaijan-nın birgə təşkilatçılığı ilə keçirilən məktəbin növbəti qonağı tanınmış teleaparıcı Lalə Azərtaş olub.

Görüş zamanı jurnalist televiziya sahəsindəki təcrübələrini, media mətbəxinin iş prinsiplərini və şəxsi fəaliyyət yolunu iştirakçılarla bölüşüb.

İnteraktiv şəkildə keçən görüş maraqlı və unudulmaz məqamlarla yadda qalıb.

Qeyd edək ki, məktəb Azərbaycanın milli mətbuatının 150 illiyinə həsr olunub.

Bu görüşdə portalın əməkdaşı,bəndəniz mən Nigar  da  iştirak etmişəm. Şəxsi təəssüratlarımı bildirsəm,mütləq qeyd etməliyəm ki,Lalə Azərtaşın səmimi aurası və təcrübəsi insanı valeh edirdi. O görüş boyunca öz səmimiliyini qoruyub eyni zamanda da balansı saxlayaraq peşəkarlığını da iştirakçılara ötürməyi bacardı.

Ona verdiyim suallardan biri yenidən xəbər sahəsinə qayıtma istəyi ilə bağlı oldu . O sevə-sevə yenidən xəbər sferasına dönmək istədiyini ancaq bunu  sosial layihə ilə paralel formada davam etdirməyi düşündüyünü bildirdi. Həmçinin qeyd etdi ki, Qarabağın azadlıq xəbərini verən bir jurnalist kimi o düşünür ki, artıq sosial layihədə olub insanlara faydalı olması daha vacibdir. 

Biz tamaşaçılar isə  onu istədiyi, özünü xoşbəxt hiss etdiyi və pozitiv enerjisini, peşəkarlığını ötürdüyü yerlərdə daima görməyi arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(01.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.