Sankt-Peterburqda azərbaycanlı müəllifin pyesi səhnələşdirilib

 

Rusiyanın Sankt-Peterburq şəhərinin ən müasir təhsil ocaqlarından biri olan Krasnoselski 547 nömrəli tam orta məktəbdə azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Pis Uşaqlar Planeti” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın təqdimatı keçirilib.

 

 

“Ədəbiyyat və incəsənət” portalına müəllifin verdiyi məlumata görə, səhnə əsəri təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən “Mir na ladoşke” teatr studiyasında, studiyanın rəhbəri, əlavə təhsil üzrə pedaqoq Marina Strelsovanın quruluşunda səhnələşdirilib.

Məktəb şagirdlərinin ifasında ərsəyə gələn səhnə işi 15 aprel Ümumdünya İncəsənət Gününə həsr olunmuş tədbir çərçivəsində nümayiş etdirilib və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, artıq beynəlxalq səviyyədə tanınan “Pis Uşaqlar Planeti” pyesi son illərdə Rusiyanın müxtəlif bölgələrində, o cümlədən Vıborq, Yamal və Omsk şəhərlərində, eləcə də Sankt-Peterburqun başqa bir təhsil ocağı olan Nevski 707 nömrəli orta məktəbdə səhnələşdirilərək tamaşaçılara təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(21.04.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.