“Aşkın yapay provası” Azərbaycan səhnəsində nümayiş olunacaq

Şahanə Müşfiq, “Ədəbiyyat və incəsənət”

 

Türkiyədə yaşayan azərbaycanlı aktyor və rejissor Nahid Abbaszadə öz müəllifi olduğu tamaşa ilə Azərbaycana qastrol səfərinə gəlir. Türkiyənin bir çox səhnələrində uğurla nümayiş olunan tamaşa indi Azərbaycan tamaşaçısı ilə görüşə hazırlaşır.

 

“Aşkın yapay provası” adlı böyüklər üçün komediya aprelin 24-ü saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunacaq.

Həqiqi sevgini tapmaq ümidi ilə yola çıxan, lakin artıq ümidsizliyə qapılan Mehtap çıxış yolunu münasibət simulyasiyasında axtarmağa qərar verir. O, bir-birindən fərqli xarakterə malik yeddi müxtəlif robot partnyorla qarşı-qarşıya gəlir.

Rəqs və musiqi ilə zənginləşdirilən səhnə əsərində bir qızın yaşadığı eniş-yoxuşlar tamaşaçını həm düşündürür, həm də əyləndirir. Müasir münasibətlərə satirik və yumoristik baxış təqdim edən tamaşa sevgi anlayışına fərqli prizmadan yanaşır.

 

“Ədəbiyyat və incəsənət”

(11.02.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.