Xəyalımda yaşayırsan, ay Ustad – PROFESSOR BABƏK OSMANOĞLUNUN 85 İLLİYİNƏ Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalının poçtuna gələn növbəti məktub Türkiyədəndir. Sənətşünaslıq Elmləri Doktoru, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru, Türk musiqisinə xidmət mükafatçısı İlqar Cəmiloğlu İmamverdiyev görkəmli elm xadimi, fəlsəfə elmləri doktoru, professor Babək Osmanoğlunun 85 illiyi münasibəti ilə yazdığı “Xəyalımda yaşayırsan, ay Ustad” məqaləsini təqdim edir.

 

 

İnsanoğlu mənim nəzərimdə bir planet, kəşf edilməmiş bir dünyadır. Bu aləmi kəşf edib, bu obyekti insanlıq aləminə tanıda bilmək isə çox şərəfli bir vəzifədir. Bəşər aləminə tanıdılası alimlərimiz arasında professor Osmanoğlu Babək Qurbanovun adını da qeyd etmək lazımdır.Çünki dərin fikirlərlə yoğrulmuş elmi çalışmaları ilə, Azərbaycan mədəniyyətinə və incəsənətinə bəxş etdiyi dəyərli töhfələri ilə  Babək müəllim təqdir olunası, tədqiq olunası alimlərimizin səfində yer almaqdadır.

Səksən beş yaşı tamam olan Babək Qurbanov adlı nəcib insan 1939-cu ildə iyun ayının 9-da  Azərbaycanın Xalq Şairi, Osman Sarıvəlli ilə Səyalı ananınbin-bərəkətli müqəddəs ocağında dünyaya gəlmişdir.Babək Qurbanovun ömür yoluna özət halında nəzər saldıqda aydın olur ki, bu istedadlı şəxs ilk və orta-ixtisas musiqi təhsilini 1946-1957-ci illər arası, o dönəmdə Konservatoriyanın nəzdində xüsusi təmayüllü 10 illik musiqi məkətbində (Hal hazırda Bülbül adına xüsusi təmayüllü məktəb) skripka ixtisası üzrə, Konservatoriyada təhsilini davam etdirdiyi 1958–1962-ci illərdə isə bir çox musiqi fənləri üzrə tanınmış pedaqoqlardan mükəmməl dərslər alaraq, bu ali təhsil ocağını fərqlənmə diplomu (Diplom P № 123981) ilə tamamlamışdır. Həmin ali təhsil qurumunun adlı–sanlı müəllimlərin isimlərini anmağı hörmət, ehtiram əlaməti olaraq qəbul edirik:

 

1.     “Skripka” ixtisas – Azərbaycanın Əməkdar artisti Prof. Bəhram Məmmədzadə, Dosent Yuri Javoronkov.

2.      “Fortepiano” – Plyam, Mənzər Əliyeva.

3.     “Harmoniya” fənni – Bəstəkar Nazim Əliverdibəyov, Sənətşünaslıq namizədi, dosent Xanlar Məlikov.

4.     “Polifoniya” fənni - Azərbaycanın Əməkdar İncəsənət xadimi Prof. Zakir Bağırov.

5.     “Xarici ölkələrin musiqisi” fənni – Azərbaycanın Əməkdar İncəsənət xadimi Prof. Danil Xristoforoviç Danilov.

6.     “Xor dərsi” fənni - Zaxar Stelnik.

7.      “Azərbaycan musiqi tarixi” fənni – Prof. Qəmər İsmayılova.

8.      Xalq Çalğı Alətləri Orkestri üçün “Orkestrləşdirmə” fənni- Azərbaycanın Xalq Artisti, Prof. Süleyman Ələsgərov.

9.     “Partitura oxunuşu” –Burşteyn Qeorgiy Zaxaryeviç.

10.“Xalq musiqisinin əsasları” fənni– Prof. Məmmədsaleh İsmayılov.

11.“Rus musiqi tarixi” fənni – Dos. İzabellaVladimirovna Abezqauz.

12.“Muğam dərsi” fənni –Azərbaycanın Xalq Artisti, tarzən Əhmədxan Bakıxanov.

13. Babək Qurbanovun III kursda oxuduğu illərdə kurs işinə elmi rəhbəriliyi Prof. Lyudmila Vladimirovna Karaqiçeva etmişdir.

 

Babək Osmanoğlu estetika üzrə “Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi” mövzusunda namizədlik dissertasiyasını 1967-ci ildə (28 yaşında), Moskvada SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Elmi şurasının Estetika sektorunda A. Y. Zisin, Viktor Vanslovun, Y.Yakovlevin rəhbərliyi və Yelena Çyornaya ilə Milşteynin opponentliyi sayəsində “Proqramlı musiqinin estetik prinsipləri” adlı doktorluq dissertasiyasını 1981-ci il16aprel tarixində (42 yaşında),“Musiqi estetikası sahəsində Azərbaycanlı alimlər arasında ilk dəfəuğurla müdafiə edərək (Diplom ФС № 000471), 1985-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının yekdil qərarına əsasən professorluq elmi dərəcəsini (professorluq Attestatı Moskva, ГR № 015153) almağa haqq qazanmışdır.

Babək müəllim 1981-1989-cu illər arası Azərbaycan Milli Elmlər Akademiyasının “Fəlsəfə və Hüquq İnstitutu”nda “Estetika və Etika bölməsi”nin müdiri, 1989-cu ildən 1992-ci ilədək “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Fəlsəfə və Mədəniyyət Tarixi” kafedrasının müdiri vəzifəsində, 2008-ci ilə kimi Ərzurum Atatürk Universitetində, 2009-dan 2017-ci ilin sonunadək isə Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında Professorluq elmi adı ilə pedaqoji fəaliyyətini uğurla davam etdirmişdir.

Ötən illər ərzində Babək Osmanoğlunun müxtəlif elmi və ictimai təşkilatlarda bir çox önəmli vəzifələrdə də çalışdığını da qeyd etmək lazımdır:

1.     Azərbaycan Milli Elmlər Akademiyası “Fəlsəfə və Hüquq İnstitutu”un Müdafiə Şurasının üzvü.

2.     Azərbaycan Milli Elmlər Akademiyası “Memarlıq və İncəsənət İnstitutu”un Müdafiə Şurasının üzvü.

3.     24 aprel 1978-dən SSRİ Bəstəkarlar İttifaqının üzvü.

4.     1 yanvar 1991-dən Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyyətinin üzvü. ( Azərbaycanın xalq artisti, bəstəkar Tofiq Quliyev dönəmində )

5.     Azərbaycan Mədəniyyət Nazirliyi yanında “Xalq Yaradıcılığı Evi”nin müdir müavini.

6.     Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Cəmiyyəti, “Estetik və Etik bölümü”nün sədri.

7.     “Azərbaycan Elm Cəmiyyəti” tərkibində Estetik tədris üzrə qrupun sədr müavini.

8.     2001-ci ildən “Azərbaycan jurnalistlər İttifaqı”nın üzvü.

Gənclik illərindən başlayaraq sonrakı dönəmlərdə aramsız çalışmalarının nəticəsidir ki, Babək müəllim müxtəlif vaxtlarda Rusiyada, Azərbaycanda, Türkiyədə yüdən artıq bir çox fəxri fərmanlar, tərifnamələr, təqdirnamələr, plaketlər və təşəkkür bəlgələriilə mükafatlandırılmışdır.

1.     Qazaxıstanda Xam Torpaqlarda məhsul yığımındakı yüksək fəaliyyətinə görə Azərbaycan Komsomol Təşkilatının Fəxri Fərmanı.

2.     Azərbaycan Elmlər Akademiyasının 1968-ci ildə Bakıda keçirilmiş Gənc filosofların müsabiqəsində I yer.

3.     Donbas (Ukrayna) vilayəti Bilik Cəmiyyətinin fəxri fərmanı.

4.     1970-ci ildə Fəlsəfə sahəsində “Lenin medalı”.

5.     Akademik Basovun imzası ilə SSRİ Bilik Cəmiyyətinin fəxri fərmanı.

6.     Sovet İttifaqı M. K. Həmkarlar təşkilatı Nazirlər Sovetinin fəxri fərmanı.

7.     2001-ci ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən layiq görülən “Qızıl Qələm Mükafatı”.

8.     2004-cü ildə “Avropa nəşr mətbuat evi” tərəfindən “İlin Filosof  Elm Adamı və Yazarı” diplomu və medalı.

9.     2009-cu ildə “Avropa nəşr mətbuat evi”nin təsis etdiyi “Ən yaxşı Vətənsevər alim”  mükafatı. Bakı, 2009, Az. № 8032982 fəxri fərman.

10.09.May 2014 Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov tərəfindən plaket.

11.2016-cı ildə Valeh Hacılar, Uluslararası Bilimsəl və Kültürəl Araşdırmalar Vakfı Genəl Başqanı Professor Cengiz Alyılmaz tərəfindən “Türk Dünyasına Xidmət”mükafatı.

         Bu mükafatlar Professor Babək Qurbanovun məhsuldar fəaliyyətininə verilmiş həqiqialimə olan yüksək qiymətin təcəlləsidir.

Fəlsəfə Elmləri Doktoru, Professor Babək Qurbanov ömrünü mədəniyyətə, incəsənətə, fəlsəfəyə, ədəbiyyata, estetikaya, etikaya, bəstəkarlığa, musiqi nəzəriyyəsinə, ifaçılıq sənətinəpedaqoji fəaliyyətə həsr etmiş görkəmli elm xadimidir. 

Osmanoğlunun Azərbaycan elminə, ələlxüsus da Azərbaycan mədəniyyətinə və incəsənətinə  ləyaqətlə, sədaqətlə, təmənnasız xidmətinə və bu sahədəki uğurlarına hər zaman şahid olurduq yaşamı boyu. Babək bəy, müxtəlif illərdə çalışdığı fərqli qurumlarda elmi - pedaqoji fəaliyyətləri ilə qazandığı nailiyyətləri ilə elm xadimlərimizin nəzər-diqqətini cəlb etməklə yanaşı, bir çox ölkələrdə keçirilən (Rusiya: Moskva (1982), Sankt-Peterburq (1984), Ukrayna: Kiyev, Donetsk, Bolqarısatan: Varna (1985), İsveç: Stokqolm, Kosova: Priştinə,Makedoniya:Üsküp,Gürcüstan: Tiflis (1981), Tsalka (1981), Estoniya: Tallin, Litva: Vilns, Ermənistan: İrəvan, Özbəkistan: Daşkənd, Azərbaycan: Bakı, Gəncə, Türkiyə: Van (1994), Konya (1994), Ərzurum (1996, 2000), Qars (1995, 2000),Bolu (1997), Sparta (2001), Ankara (2002, 15-17 Noyabr 2012), Ağrı, Eytim Fakultəsi, “Mavi Salon” (12.04 – 2002),Bursa (2008), Şanlı Urfa (13-15 Mart 2015), Adıyaman (17- Noyabr 2016, 27 Mart 2017), Qaziantep 23 Mart 2017), Osmaniyə (1 Aprel 2017), Akcaabad (21-23 Aprel 2017), İstanbul (10-12 May 2017),Niğdə (25-28 aprel 2017), Sivas (15 Oktyabr 2017), Nevşəhər (20-23 Sentyabr 2017), Diyarbakır (17-19 Oktyabr 2017), Antaliya (20-23 Mart 2018),və s.) otuzdan artıq Uluslararası Elmi Konqreslərdə, Beynəlxalq Sammitlərdə, Simpoziumlarda, Konfranslarda və çeşidli Panellərdə müxtəlif mövzulardakı aktual çıxışları ilə yadda qalmışdır. Bunlardan bir neçəsini oxucularımızın diqqətinə çatdırmaq istərdik:

1.     B. Qurbanov. “Bədii-estetik tərbiyənin aktual məsələləri”, “Türkiyə I Eytim Fəlsəfəsi Konqresi” məruzələr toplusu, 5-8 Oktyabr 1994, s. 189-197,Van / Türkiyə.

2.     B. Qurbanov. “Azərbaycan xalqlarının tarixi-estetik məsələləri”, “Türk Əl Sənətlərinin Dünəni, Bugünü, Sabahı Simpoziumu” məruzələr toplusu, 4 aprel 1994, Konya / Türkiyə.

3.     B. Qurbanov. “Azərbaycan sənətinin dünəni, bugünü”, “I Milli Kafkasya Simpozyumu” məruzələr toplusu, 25-31 oktyabr 1995, Qars / Türkiyə

4.     B. Qurbanov. “Kürəsəlləşmə zehniyyətinə doğru”, “Dünya Barış və Eytim Əlaqələri Simpoziumu” məruzələr toplusu, 24-25 oktyabr 1996, Ərzurum / Türkiyə.

5.     B. Qurbanov. “Tarixi - estetik baxımdan Azərbaycan sənəti”, “Türk Kültürü və Sənət Simpoziumu”, məruzələr toplusu (Süleyman Dəmirəl  Universiteti), “Altundağ Mətbəəsi”, 2001, Isparta / Türkiyə.

6.     B. Qurbanov. “Əski Sovetlər Birliyi və Azərbaycanda musiqi tədrisinin bəzi problemləri”,  “Uluslararası Avropada və Türk Cümhuriyyətlərində Müzik Kültürü və Eytimi Konqresi” 13-16 Noyabr 2002, Ankara / Türkiyə.

7.     B. Qurbanov.“Azərbaycan xalçaçılıq sənətinin bədii - estetik xüsusiyyətləri”, “III Beynəlxalq Simpoziumu” məqalələr toplusu, 2003, Bakı / Azərbaycan.

8.     B.Qurbanov.Asıq musiqisinin polifunksiyonal özəllikləri”, “Uluslararası Türk Dünyası Gələnəksəl Musiqi Günləri və Bilgi şöləni”, Yer: Genclık Parkı, Teatr Salonu,15 Noyabr 2012, Ankara / Türkiyə.

9.      Azərbaycan Türkiyə musiqi mədəniyyətinin qarşılıqlı təsiri” adlı elmi-praktik paneldə B.Qurbanovun məruzəsi, 17 May 2013  Qaziantep Ünıversıteti, / Türkiyə.

10.Harran Üniversitetinin təşkil etdiyi XIV “Bahar şənlikləri” adlı Harran Üniversiteti – 20” və  Dos. Əfqan Zəki Salehin (Salayev) 60 illik yubileyi münasibəti ilə B.Qurbanovun məruzəsi, 4 may 2013, Şanlıurfa, / Türkiyə.

11.Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş “Azərbaycan – Türkiyə mənəvi birliyinin simvolu aşıq – ozan sənəti” mövzusunda layihə-konfransda B.Qurbanovun məruzəsi,  10 iyul, 2013. Bakı / Azərbaycan.

12. B.Qurbanov.“Üz. Hacıbəyli yaradıcılığında qadın mövzusu”,   13-14  Mart Şanlıurfa  (“Xalq Kültüründə qadın mövzusu” uluslararası simpozium), Harran Üniversitesi, 13-15 Mart 2015, Şanlıurfa / Türkiyə.

13.B.Qurbanov.Estetik Kültür və Bəzi Eytim Poblemləri” Mərmərə Üniversiteti Atatürk Eyitim Fakültəsi Gözəl Sənətlər Eytimi Bölümünün təşkil etdiyi  “Gözəl Sənətlər Eyitimi, Sosial Elmlər və Qarşılıqlı təsir Uluslararası Sempozium”u məruzələr kitabı 10-12 Mayı 2017, İstanbul / Türkiyə.

14.B.Qurbanov. “Kalmık xalqının qəhrəmanlıq dastanı Canqarda türk kökənli sözlər” ismli  elmi məruzə. “IV Uluslararası Türk Dünyası Araşdıqmaları simpoziumu”,  26-28 aprel 2017, Ömər Xalisdəmir Üniversiteti,Niğdə / Türkiyə.

Uzun illər ərzində ayrı - ayrı ictimai elmlər, sosial - mədəni, siyasi, tarixi fənnlər sahəsində etdiyi aktual mövzulardakı maraqlı məruzələri ilə yadda qalan Babək müəllim, yazmış olduğu 700 - dən artıq elmi - publisistik məqalələrin (musiqi nəzəriyyəsi, ifaçılığı, heykəltəraşlıq, rəssamlıq, kino sənəti, sənət fəlsəfəsi və s.),elmi - nəzəri mahiyyətli fundamental əsərlərin: 53 kitab və monoqrafiyaların müəllifi olması, bu elm fədaisinin yaradıcılıq aləmindəki potensial çalışma imkanlarını təsdiqləməkdədir. Ayrı-ayrı illərdə müəllifin yayınlatmış olduğu kitabların adlarına nəzər salaq:

1.     Babək Qurbanov, “Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqələri” (rusca), Elm, Bakı – 1972.

2.     Babək Qurbanov, “Estetika aləminə səyyahət”,  Gənclik, Bakı – 1974.

3.     Babək Qurbanov, “Azərbaycan ədəbiyyat və incəsənətinin idea-estetik problemləri” (rusca),  Elm, Bakı – 1977.

4.     Babək Qurbanov,  “Kütləvi mədəniyyət və sosialist realizmi sənətinin problemləri” (rusca), Elm, Bakı – 1978.

5.     Babək Qurbanov, “Azərbaycan incəsənəti xaricdə” (rusca), İşıq, Bakı – 1984.

6.     Babək Qurbanov,“Musiqinin estetik tərbiyə problemləri” (rusca), Bakı – 1985.

7.     Babək Qurbanov,“Bədii-estetik tərbiyənin məsələləri”, Elm, Bakı – 1987.

8.     Babək Qurbanov,“Sənətin sosial fəallığı”, Elm, Bakı – 1988.

9.     Babək Qurbanov, “Mənəvi saflıq dünyası”, Azərnəşr, Bakı – 1989.

10.Babək Qurbanov və Mehmet Takkaç, “Ev teatrosu: Televizyon oyunu” (türkcə), Akademik araşdırmalar, Ərzurum, 1997.

11. Babək Qurbanov, “Musiqinin bədii-estetik məsələləri”, Ağrıdağ” nəşriyyatı, Bakı – 2000.

12. Babək Qurbanov,“Azərbaycan sənəti:  Təriflər, təhriflər”, Araz” nəşriyyatı, Bakı- 2001.

13.Babək Qurbanov,“Musiqinin bəzibədii – estetik məsələləri” (türkcə), Aktif yayınevi, Ərzurum-Ankara, 2005, 257 s.

14.Babək Qurbanov,“Musiqi estetikasının bəzi problemləri” (türkcə), Ankara, 2005. Türkiyədə nəşr edilmiş bu ilk nəzəri dərsliyin Atatürk Universitetinin “Gözəl sənətlər” fakultəsinin tədris planına daxil edilməsi, heç şübhəsiz Babək Qurbanovun şəxsi təşəbbüsü sayəsində mümkün olmuşdur.

Babək Qurbanov Mili Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Sosial Bilimlər İnstitutu eləcədə Mədəniyyət və İncəsənət Universiteti ilə elmi yaradıcılıq əlaqələrinidaima genişlətmiş, bir zamanlar Azərbaycan Milli Musiqi Akademiyasında(Prof. Dr. Elmira Abbasovanın rektoluq dönəmində) “Musiqi estetkası”fənnini tədris etmiş, musiqişünas kadrların yetişdirilməsi alanında əhəmiyyətli fəaliyyətlər göstərmişdir. Xüsusilə  musiqişünaslıq sahəsində elmi işlərin meydana gəlməsi, namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi ərəfəsində aspirantlaragöstərmiş olduğu əsl alimlik – atalıq qayğını da qeyd etmək lazımdır. Hələ Sovetlər Birliyi dönəmində Babək müəllim, Moskvada, Kiyevdə, Tiflisdə və s. dissertasiyalarının müdafiəsi zamanı rəsmi opponent statusundada çıxış etmiş, fərqli illərdə elmi işlər üçün müdafiə komissiyasına üzv seçilmişdir.

Babək Qurbanovun Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin formalaşması və inkişafı yolunda ardıcıl olaraq çoxşaxəli fəaliyyət göstərdiyini fəxarətlə söyləyə bilərik. Hər iki qardaş ölkədə elmi kadrların hazırlanması prosesində Babək Qurbanovun peşəkarlığını,bacarığını, qabiliyyətini, əməyini xüsusilə qeyd etməliyik. Bu baxımdan alimin yetişdirdiyi yeni aspirantlar nəsli buna ən gözəl sübutdur. Fərqli elmi araşdırmalar sahəsində çalışan 35 - dək aspirantların dissertasiya işlərinə elmi rəhbərlik etmiş, onların musiqişünaslıq və ümumiyyətlə sənətşünaslıq, musiqi estetikası sahəsinə inamla qədəm qoya bilməsinə doğru yol göstərmiş, elmi adların, habelə elmi dərəcələrinin almasına hər zaman canı - dildən yardımçı olmuşdur.

 

1. Babək Qurbanovun rəhbərliyində müdafiə etmiş şəxslər.

1.     D. Quliyevanın “Rəssamın dünya görüşü haqqında”(rusca) mövzusundakı sənətşünaslıq üzrə namizədlik dissertasiyasının elmi rəhbəri B. Qurbanov. Bakı, 1968.

2.     R. M. Məmmədəliyevin, “Musiqi mədəniyyətində millilik problemləri” mövzusundakı Fəlsəfə (estetika) üzrə namizədlik dissertasiyasının elmi rəhbəri B. Qurbanov, Bakı, 1969.

3.     T. A. Məmmədovun, “Koroğlu dastanında qəhrəmanlı havaları” (rusca) mövzusunda, sənətşünaslıq üzrə namizədlik dissertasiyasının elmi rəhbəri B. Qurbanov, Moskva, 28 aprel 1983.

4.     R. A. Ağayevin, “Azərbaycan xalq teatrları” mövzusunda namizədlik dissertasiyasının elmi rəhbəri B. Qurbanov, Tiflis,1983.

5.     B. A. Mirhəşimovun “Özbəkistanda özfəaliyyət teatrlarının inkişafında ideya-estetik ənənələrin rolu” (rusca) mövzusundakı Fəlsəfə (estetika) üzrə namizədlik dissertasiyasının elmi rəhbəri B. Qurbanov, Bakı, iyun 1986.

6.     G. Aliyeva, “Dastanlarımızda qəhrəmanlıq kateqoriyası” (rusca) mövzusunda, namizədlik dissertasiyasının elmi rəhbəri B. Qurbanov, Bakı 1987

7.     D. Müslümzadənin “Səhnədə estetik ideal” (rusca) mövzusunda, namizədlik dissertasiyasının elmi rəhbəri B. Qurbanov,  Bakı,1993.

8.     Evren Yıldız, 2001-ci ildə Ərzurum, “İlkçağda başlayıb Barok dönəmindən musiqinin inkişafı və ictimai əlaqələr haqqında bir araşdırma”  (türkcə) mövzusunda yüksək lisans dissertasiyasının elmi rəhbəri B. Qurbanov.

9.     Selma Saral, “Musiqidə romantizim” (türk dilində) mövzusunda yüksək lisans dissertasiyasının elmi rəhbəri B. Qurbanov,  Ərzurum, 2001.

10. Ahmet Feyzi, “TRT Repertuarındakı Ərzurum türkülərinin türk sənət musiqisndəki  qarşılıqlı əlaqələr baxımından təhlili” (türkcə) mövzusunda yüksək lisans dissertasiyasının elmi rəhbəri B. Qurbanov, Ərzurum, 2002.

11. Tamer  Bektaş, “Vyola ifaçılığının metodoloji məsələləri” (türkcə) mövzusunda yüksək lisans dissertasiyasının elmi rəhbəri B. Qurbanov, Ərzurum, 2004.

12. Ali Korkut, “Flaminko kültürünün problemləri və ifa üsulları” (türkcə) mövzusunda yüksək lisans dissertasiyasının elmi rəhbəri B. Qurbanov, Ərzurum, 2008.

13. Abdullah Ünlü, “Bilgisayar texnikasının müzik eytimində rolu” (türkcə) mövzusunda yüksək lisans dissertasiyasının elmi rəhbəri B. Qurbanov, Ərzurum, 2008.

 

2. Babək Qurbanovun opponentlik  fəaliyyətləri.

1.     T. Məmmədov, “Ənənəvi aşıq aşıq mahnıları” (rusca) mövzusunda, sənətşünaslıq üzrə doktorluq dissertasiyasının opponenti B. Qurbanov, Moskva, 23 Mart 1989.

2.     T. M. Hacıyev, “Musiqidə sosyalist realizminin problemləri” (rusca) mövzusunda, Fəlsəfə (estetika) üzrə namizədlik dissertasiyasının opponenti B. Qurbanov, Bakı, 1970.

3.     Y. E. Alimova, “Sosialist – realizmi sənətində “Yeni insan” anlayışı” (rusca) mövzusunda, Fəlsəfə (estetika) üzrə namizədlik dissertasiyasının opponenti B. Qurbanov, Bakı, 16 yanvar 1984.

4.     F. İ. Abbaszadə, “Sənətkarın sosyal məsuliyyəti” mövzusunda, Fəlsəfə (estetika) üzrə namizədlik dissertasiyasının opponenti B. Qurbanov, Bakı, 1984.

5.     Z. Abdullayev, “Zəhmət adamlarının ideya-estetik tərbiyəsində xalq teatrlarının rolu” mövzusunda, Fəlsəfə (estetika) üzrə namizədlik dissertasiyasının opponenti B. Qurbanov, Bakı, 1984.

6.      L.A. Pritkova, “Qırğızıstanın təsviri sənətində milli və bəşəri yönlər”, (rusca) mövzusunda, Fəlsəfə (estetika) üzrə doktorluq dissertasiyasının opponenti B. Qurbanov, Bakı, 1987.

7.     L. D. Quliyeva, “Sovet sənətində ənənə və yenilik” (rusca) mövzusunda, Fəlsəfə (estetika) üzrə namizədlik dissertasiyasının opponenti B. Qurbanov, Bakı, 1987.

8.     G. S. Qurbanova, “XX əsrdə Azərbaycanda estetik fikrin inkişafı” (rusca) mövzusunda namizədlik dissertasiyasının opponenti B. Qurbanov, Bakı, 1 iyul 1987.

9.      Ə. İ. İsazadə, “Azərbaycan xalq musiqisi” (rusca) mövzusunda doktorluq dissertasiyasının opponenti B. Qurbanov, P.İ. Çaykovski adına Konservatoriya,  Kiyev, 20 sentyabr 1988.

10. M. E. Əskərov, “Azərbaycan bəstəkarlarının əsərlərində xalq musiqi qaynaqları” (rusca) mövzusunda namizədlik dissertasiyasının opponenti B. Qurbanov, Tiflis, 1988.

11. R. Kərimov, “İncəsənət və təhsildə milliliyin və beynəlmiləl tərbiyənin dialektikası” (rusca) mövzusunda, Fəlsəfə (estetika) üzrə namizədlik dissertasiyasının opponenti B. Qurbanov, Bakı, 1990.

12. K. Məmmədova, “Q. Qarayevin nəzəri mirası və sənətin fəlsəfi-estetik idrakı”(rusca) mövzusunda namizədlik dissertasiyasının opponenti B. Qurbanov, Tiflis, 1992.

13. E.İ. Əlizadə, “Bədii prosesdə bədii və dini şüurun yeri”  mövzusunda namizədlik dissertasiyasının opponenti B. Qurbanov, Bakı, 1998.

14. İsmayıl Hakkı Gerçək, “Üzeyir Hacıbəyovun Azərbaycan xalq musiqisinin əsasları haqqında bir araşdırma” (türkcə) adlı yüksək lisans tezinin  opponenti B. Qurbanov, Ərzurum, 1998.

15. Təmməlli Qiyasəddin, “Mahmud Raqip Qazimihala görə Türk xalq musiqisində pentatonizm” (türkcə) adlı yüksək lisans tezinin opponenti B. Qurbanov, Ərzurum, 1998.

16.Özgür Sadık  Karataşən “Klassik Türk musiqisinin inkişafında İstanbulun yeri və önəmi haqqında” (türkcə) adlı yüksək lisans tezinin opponenti B. Qurbanov, Ərzurum, iyun 1999.

17. Osman Kılıç, “Əski Türk rəssamlığında məkan problemi” (türkcə) adlı yüksək lisans tezinin opponenti B. Qurbanov, Ərzurum, 2000.

18. Tahsin Parlak, “Ərzurumda Oltu daşı” və zərgərlik sənəti” (türkcə) adlı yüksək lisans tezinin opponenti B. Qurbanov, Ərzurum, 2000.

19. Yılmaz Kəhyaoğlu, “Qanun aləti və Türk musiqisindəki yeri haqqında araşdırma” (türkcə) adlı yüksək lisans tezinin opponenti B. Qurbanov, Ərzurum, 2000.

20. İlhan Akdəniz, “III Səlim dönəmindəki Türk musiqisi haqqında araşdırma” (türkcə) adlı yüksək lisans tezinin opponenti B. Qurbanov, Ərzurum, 2000.

21.Koray Çelik, “Kamer musiqisi və çağdaş türk musiqi bəstəkarlarının kamera musiqi əsərlərində forma və quruluş” (türkcə) adlı yüksək lisans tezinin opponenti B. Qurbanov, Ərzurum, 2001.

22. Memduha Satırı, “Cümhuriyyət dönəmi türk rəssamlığında ekspresyonist sənətkarlar” (türkcə) adlı yüksək lisans tezinin opponenti B. Qurbanov, Ərzurum, 2001.

23. Barış Karaelma, “Orta Asyadan Anadoluya qopuzun (bağlamanın) tarixi seyri” (türkcə) adlı yüksək lisans tezinin opponenti B. Qurbanov, Ərzurum, 2003.

24. Zeynəb Çevik, “Qərb musiqi dönəmlərindən klassik və romantik dönəm” (türkcə) adlı yüksək lisans tezinin opponenti B. Qurbanov, Ərzurum, 2004.

        

 Göstərdiyimiz bu faktlar professor Babək Qurbanovun alimlik qüdrətinin təntənəsidir. Bu baxımdan Osmanoğlunu “Elm adlı bağça”nın təcrübəli-peşəkar bağbanı adlandırmaqolar. Əminliklə deyə bilərik ki, Babək Qurbanovun uluslararası arenadakı elm məkanında əkdiyi ağaclar Rusiyada, Özbəkistanda, Qırğızıstanda, Qazaxıstanda, Ukraynada, Türkiyədə, Gürcüstanda öz bəhrələrini verməkdədir.

Geniş miqyaslı fəaliyyətinə ümumi nəzər saldığımızda aydın olur ki,  Babək Osmanoğlu bir çox elm sahələrini öz yaradıcılığında ehtiva edə bilən geniş erudisiyalı elm xadimidir. Təsadüfi deyildir ki, estetika aləminin nümayəndələri  onu estetikci alim kimi, filosoflar filosof kimi, tarixşünas alimlər onu tarixçi kimi, ədəbiyyatşünaslar ədəbiyyatçı kimi, folklorşünaslar folklorçu alim kimi, aşıqlarımız aşıqşünas kimi, musiqi nəzəriyyəsinin nümayəndələri onu muzikoloq kimi, bəstəkarlar bəsətkar kimi, nəhayət skripkaçı ifaçılar skripka mütəxəssisi kimi tanıyırlar. Lakin Babək müəllimin həm də pyano ifaçısı - cazmen olduğunu çox az musiqişünas bilməkdədir. Məşhur pyanoçu, estrada – caz sənətinin mahir ustası Azərbaycanın xalq artisti Rafiq Babayevlə vaxtilə bir məktəbdə oxumuş, uşaqlıq illərini bir dönəmdə bərabər keçirmiş, yaxın dostluq münasibətlərində olmuşlar. Babək müəllimin təxəyyülünün melodik ifadəsi olan bir çox caz kompozisiyalarını fortepiano arxasında, özünün ifasında dinlədiyimizdə, onun bu sahədəki istedadına heyran qalırsan.  Bir anlıq düşünürsən ki, bu şəxs bir neçə elm sahəsini necə əxz etmiş, bir neçə neçə musiqi sənəti nəcür aşina ola bilmişdir?

Bir insan həyatında 5 - 6 alim ömrü yaşayan cəfakeş, fədakar, zəhmətkeş, fanatik elm adamı dediyimdə ilk öncə nəzərimdə Babək Qurbanov canlanır. Etiraf etmək gərəkdir ki, o, Sovetlər Birliyi dönəmində eləcə də bağımsızlıq əldə etdiyimiz ana Vətənimizdə, habelə qardaş Türkiyə Cümhuriyyətində əzimli çalışmaları ilə ziyalılıq adına şərəf – şangətirmiş, Azərbaycan elminə başucalığı qazandırmış azman alimlərimizdəndir. Babək Qurbanovun adı çəkilən mötəbər elmi məclislərdə anlaşılır ki, söhbət həqiqi elmdən gedir. Əsl ziyalı alimlərdən söz düşəndə isə ilk öncə Babək Qurbanovun ismi hörmət və ehtiramla anılır.

 

Babək müəllim redaktorluq işlərinə də ayrıca vaxt ayırmaqla, çoxsayda kitablara ön söz də yazmışdır. Bu ön sözlərin hər biri ayrıca bir elmi məqalə səviyyəsindədir. Etiraf etməliyəm ki, “Azərbaycanın 20 saz havası adlı I, II (2005), və III cild (2006), B. Qurbanovla birgə “Fortepiano müşayiətli saz əsərləri” (2006), “Fortepiano müşayiətli tar əsərləri” I, II cild (2006), eləcə də “Azərbaycanın 40 saz havası” (2006), “İran Türklərində aşıq toy mərasimləri”, (2006), 3 cilddən ibarət “Azərbaycan muğam rəngləri və dəramədləri” (2007, 2009), iki cilddən ibarət “Azərbaycan rəqs havaları” (2007), 6 cilddən ibarət “Azərbaycan xalq mahnıları” 2007, 2008, 2009), “Azərbaycan və İran türklərinin aşıq-ifaçılıq sənətinin qarşılıqlı əlaqələri” (2008), “Aşıq Mikayıl Azaflının saz havaları” (2008),  “Azərbaycan muğam inciləri” (2010), Zakir Cəmiloğlu ilə birgə yazdığımız “Misgin Abdal ocağının el sənətkarları” (2010), və  “Məzəli əhvalatlar və gülməcələr” (2010), “Şirvan aşıqlarının saz havaları” (2011), “İran-Azərbaycan aşıqlarının 40 saz havası” (2012), “Koroğlu havaları” (2012), “Saz havaları antologiyası” (2013), “Azərbaycan instrumental xalq musiqi örnəkləri” (2014), “Vahid Əlioğlunun şeirlərinə bəsdələnmiş musiqilər” (2014) “Misgin Abdal elinin saz-söz ustadları” (2017), adlı kitablarımın ön sözünün müəllifi məhz Babək Qurbanovdur.

Bununla yanaşı Babək müəllim digər müəlliflərin əsərlərinə də ön söz yazmışdır:

1.     Ali Kafkasyalı “Kırk yıllık kara günler” Erzurum 1995.

2.     Banuçiçək  Kırzoğlu “Hüseyn Cavidin ana əsəri” Erzurum 1997.

3.     Salim Yılmaz “Nizaminin  estetik anlayışı” Erzurum 2002.

14. Məhəmməd Əliyev Türkiyə və Azərbaycan Keramikasının bədii - xüsusiyyətləri (orta əsrlər) 2015

Babək Qurbanovun Türkiyədə, Qaziantep Universitetində, xüsusilə də Ərzurum Atatürk Universitetinin Sosyal Bilimlər Bölümündə “Estetika”, “Etika”, “Fəlsəfə”, “Sosyal dəyişmə”, “Ümumi və Xüsusi təhsil metodları”, “Türk düşüncə tarixi”, Gözəl Sənətlər Fakultəsində isə Musiqi nəzəriyyəsi”, “Musiqi nəzəriyyəsinə giriş”, Musiqi əsərlərinin təhlili”, Musiqi estetikası”, “Sənət fəlsəfəsi”,eləcə də Kazım Qarabəkir Eytim Fakultəsinin Musiqi Eytimi Anabilim bölümündə “Musiqi formaları”,  “Harmoniya”, hətta pyano və Skripka sənətindən və s. bu kimifənlərindən bakalavr, magistr və aspirat tələbələrə dərs deməsi, bir daha onun geniş miqyaslı yaradıcılıq və pedaqoji fəaliyyət imkanlarınıxarakterizə etdirməkdədir. 

       Elmi axtarışlar prosesində fədakar çalışqanlığı ilə seçilən professor Babək Osmanoğlunun uzun illər fərqli sənət sahələri üzrə (ədəbiyyat, tarix, fəlsəfə, estetika, etika və s.) yazdığı aktual mövzulardakı məqalələrinə, habelə ayrı - ayrı illərdə vermiş olduğu bir çox elmi - nəzəri dəyərə malik çoxsayda rəylərə nəzər saldığımız zaman bu alimin ensiklopedik bilgisinə heyran qalmaqla, onun nə qədər geniş maraq dairəsinə və erudisiyaya habeləpeşəkar elmi təcrübə zənginliyinə sahib olduğuna hər zamanheyrət edirdim.Babək müəllimin əsərlərinin qısa təsnifatını vermiş olsaq burada “estetika”, “etika”,“sənət fəlsəfəsi”, “kutlurologiya”, “musiqişünaslıq”, xüsusilə də “musiqi estetikası”na aid, aktuallığı ilə diqqəti çəkən yüksək səviyyəli neçə - neçə elmi yazılarının mövcudluğuönümüzə çıxır.

Babək Qurbanovun Azərbaycan incəsənətinin digər sahələrinin nəzəri-estetik və tarixi, ədəbi-poetik məsələləri ilə də dərindən maraqlandığını da qeyd etməliyik. Alimin yaradıcılıq axtarışlarında mərkəzi yeri Azərbaycan Mədəniyyəti və İncəsənəti, onun bədii-estetik, sosial problemlərinin həlli, ən nəhayət xalqımızın mənəvi mədəniyyətinin əhatəli və həryönlü təbliği durmaqdadır.Bubaxımdan onun Azərbaycan ədəbiyyatı tarixinin korifeylərindən:Nizami Gəncəvi, Füzuli, Mirzə Fətəli Axundov, Həsənbəy Zərdabi, Abbasquluağa Bakıxanov, Molla Pənah Vaqif, Səməd Vurğun, Osman Sarıvəlli, Sabit Rəhman, Aşıq Ələsgər, Aşıq Şəmşir, Aşıq Mikayıl Azaflı kimi klassik şairlər və azman aşıqlarımızla birlikdə, müasir şairlərimizdən: xalq şairi Nəriman Həsənzadə, İlyas Tapdıq, İbrahim Göyçaylı, Rəfiq Zəka Xəndan, İslam Sadıq, Dəmir Gədəbəyli, Oktay Rza, Qənbər Şəmşiroğlu, Pənah Qurbanov (Göyçə), Paşa Qəlbinur, Vəli Xramçaylı, Nüsrət Abdulov, Musa Ələkbərli, Rövşən Xasayoğlu, Kərəm Kürqıraxlı, Vahid Əlioğlu, Cavid Qurbanov, Eldar Elduası, Əli Toxlucalı, Vazeh Şabranlı, Əyyub Şırlanlı, Rahil Məmməd, Möhbəddin Səməd, Nəsib Nəbioğlu, Fəxri Müslüm, eyni zamanda Türk ədəbiyyatının görkəmli nümayəndələrindən İbrahim Haqqı Həzrətləri, Ziya Gökalp,Gürsoy Solmazvə digər ədiblərimizə yazdığı məqalələrini də xüsusilə qeyd etmək gərəkdir. Ayrı – ayrı tanınmış elm və sənət sahələrində çalışan şəxsiyyətlər barədə Babək Qurbanovun vaxtilə mətbuat səhifələrində çap olunmuş çoxsayda elmi əhəmiyyət kəsb edən qiymətli məqalələrini də (Azərbaycanın Xalq Artisti Bəhram Mansurov, Ziya Gökalp(Türkiyə),  Akademik Tofiq Köçərli, Əməkdar İncəsənət Xadimi, Professor Akif Quliyev, Professor Qəzənfər Paşayev, Professor Əlisa Nicat (Əhmədov), Professor İlqar İmamverdiyev, Professor Əflatun Nemətzadə, Professor Rafiq İmrani, Professor Tariyel Məmmədov, Professor Firuz Mustafa, yazıçı-tərcümüçi Zahid Əhmədov, tanınmış yazıçı, jurnalist Əli İldırımoğlu, fitoterapevt Fuad Mahmudov, Dosent Yusif Zeynalov, Dosent Əfqan Salayev, Türkiyədə isə Professor Əli Qafqasyalı, Professor Mehmet Yavuz Coşğun, Professor Çengiz Alyılmaz, Professor Fəhmi Efe, Sənətşünaslıq üzrə fəlsəfə Doktorları: Hakan Tatyüz, Savaş Ekici, Gültəkin Şener, Əli Dağıstanvə s.) bir daha yada salmaqda fayda vardır.

Bununla yanaşı Babək Qurbanovun Azərbaycanın Xalq rəssamı Akademik Mikayıl Abdullayev, keçmiş SSRİ-nin və Azərbaycanın Xalq rəssamı Tahir Salahov, Professor  Əli Verdiyev, Professor Məmməd Şirzad, Professor Mənsur Cəfərov, Azərbaycan rəssamlar itifaqının keçmiş katibi Elmaz Mehdi oğlu Hüseynov, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Məhəmməd Əliyev kimi istedadlı sənətkarlarımızla bahəm, həmçinin bir çox Türk rəssamarlarının yaradıcılığına  (Mustafa Bulat,Mehmet Kavukçu, Mehmet Kayserili, Yılmaz Helvaçı, Rauf Tuner (Hollandiyada yaşayır) və b.) həsr edilmiş və müxtəlif dərği və qəzetlərdə yayımlanmış onlarca məqalələri, müəllifin Azərbaycan habelə Türk incəsənətinin bir çox sahələrinin elmi təbliği yolundakı məhsuldar, məqsədyönlüxoşməramlı fəaliyyətinin göstərgəsidir.Əzimli çalışmalarının nəticəsidir ki, Babək müəllimi Azərbaycanda  və Türkiyədə bir çox hakimli dərgi və qəzetlərin idarə heyyətinə üzv də seçmişlər. Azərbaycanda “Mədəni - Maarif işi”, “Mədəniyyət Dünyası” adlı jurnalın, “Muğan-Şirvan” qəzetinin Türkiyə təmsilcisi,  “Aran” ədəbi-bədii dərgisinin idarə heyyətinin üzvü, Türkiyədə isə “Orkestra” (İstanbul), “Türk yurdu”, “Yesevi”, “Milli folklor” (Ankara), “Frankomani”, “Platform”, “Lakin”, “Çizgi”, “Eytim Bilimləri”, “Aralıklar”, “Ayrac”, “Adım” (Ərzurum),  “Türkiyyat”, “Gözəl Sənətlər”, “Sosial - Bilimlər” (Ərzurum Atatürk Universiteti) kimi iyirmiyədək elmi-nəzəri dəyəri olan dərgilərin adlarını misal göstərə bilərik. Təcrübəsinə, zəngin biliyinə, və elminə ehtiramın əlaməti kimi, Babək müəllim üçün ayrıca “Ərzurum” və “Üfüq-2000” və “Türkeli” adlı qəzetlərdə “köşə yazarı” olaraq xüsusi bir guşə də ayırmışlar.

Babək müəllim silsilə yazılarını, elmi məqalələrini məhz adı keçən dərgilərdə və qəzetlərdə yayınlatmaqla, milli mədəniyyətimizi, incəsənətimizi daha çox təbliğ etmək imkanı qazanmışdır.

Babək Qurbanov mədəni həyatımızda meydana gəlmiş hər bir yeni hadisəyə, sənət əsərlərinə, həmçinin elmi - nəzəri mahiyyətli yaradıcılıq nümunələrinə mütəmadi olaraq öz münasibətini elmi yazılarında bildirən, Azərbaycanın ziyalılıq adına hörmət gətirən nadi alimlərimizdən biridir.Onun zaman - zamanAzərbaycan musiqi mədəniyyətinə, incəsənətinə həsr etdiyi diqqətçəkici məqalələri, bu sahədə fəaliyyət göstərən alimlərin-mütəxəssislərin böyük marağına səbəb olmaqla, öz professionallığı və yüksək bədii-estetik səviyyəsi ilə daima seçilmişdir. Üzeyir Hacıbəyli (5 məqalə və  Avrupa nəsriyyatı, tərəfindən 2012-ci ildə Bakııda yayınlanmış 159 səhifəlik “Uzeyir Hacibəyli yaradıçılığının nəzəri-estetik problemləri” adlı monoqrafiya), Əfrasiyab Bədəlbəyli, Cövdət  Hacıyev, Vasif Adıgözəlov, Həsən Adıgözəlzadə və s.digər bəstəkarlarımız haqqındakı, eləcə də məşhur sənət adamları(Lütfiyar İmanov, Əflatun Nemətzadə) barədə məqalələri, ümumiyyətlə müasir professional musiqi mədəniyyətimizin inkişaf yolu ilə əlaqədar elmi dəyərə malik fərqli mövzulardakı silsilə yazılarının respublikamızda və digər məmləkətlərdə yayınlanması, professional habelə milli musiqi mədəniyyətimizin təbliğatında mühüm əhəmiyyət kəsb etmişdir. Təkcə onu qeyd etmək istərdim ki, Babək müəllim Azərbaycanın tanınmış bəstəkarlarından: Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Süleyman Ələsgərov (operaları barədə məqalə),Tofiq Bakıxanov, Arif Məlikov, Asya Sultanova (Moskva), Azər Rzayev, Ramiz Mirişli, Rəşid Şəfəq, onların yaradıcılığıhaqda elmi məqalələrini məhz İstanbulda yayınlanan “Orkestra” adlı hakimli dərginin fərqli sayında nəşr etdirməyə müvəffəq olmuşdur.

Babək Qurbanov yalnız milli-mənəvi dəyərlər sahəsində, olan məhdud çərçivədə qalmaqla kifayətlənmir. Bu baxımdan onun vaxtilə Azərbaycan Dövlət televiziya və radio proqramlarında fotoqrafiya və təsviri sənətə aid çıxışları, tamaşaçılarımız xüsusən sənətşünas alimlərimiz tərəfindən maraqla qarşılanmışdır. Yaradıcılığında dünyaca ünlü sənət təmsilçilərinə yer vermiş müəllif - Leonardo da Vinçi, Parfenon, Mikel Ancelo, Rafael, Pikasso, Levitan, Lansare, Şişkin, O. Kiprensi, Abdullayev (Özbəkistanın xalq sənətkarı), “Parfenon” və s. kimi dünya sivilasiyasına daxil olmuş sənətkarlar və bədii hadisələrlə əlaqədar bu kimi mövzulara həsr etdiyi elmi məqalələr bunu bir daha təsdiq etməkdədir.

Babək Qurbanovun A. S. Puşkin, V.Lermontov, Yesenin, P. İ.Çaykovski, B. Asafyev kimi rus şairlərinin, bəstəkarlarının həyat və yaradıcılığına həsr etdiyi onlarla məqalələr də bir daha onun dünya ədəbiyyatı və incəsənətinə vaqif olduğunun isbatıdır.

Tanınmış sənət və görkəmli elm adamlarının ayrı-ayrı illərdə Babək Qurbanova hədiyə etdikləri kitablarının ilk səhifəsində yazdıqları etiraf xarakterli səmimi cümlələri, onun mütəxəssislər arasında nə qədər böyük nüfuza sahib olmasının nişanəsidir. Azərbaycanın Xalq rəssamı, Akademik Mikayıl Abdullayevin, Vidadi Xəlilovun, Professorlardan Məmməd Saleh İsmayılovun, Qəzənfər Paşayevin, Kamil Vəliyevin, Əli Verdiyevin, Əli Uçanın (Türkiyə) və onlarca digər sənət və elm xadimlərimizin xoş məramlı kəlamları, onun əhatəli maraq dairəsinə və istedadına verdikləri təmənnasız – yüksək qiymətdir.

Babək Qurbanovun Türk alimləri ilə olan yaradıcılıq əlaqələrini də xüsusilə qeyd etmək lazımdır. Müştərək fəaliyyətin nəticəsidir ki, Babək müəllim Professor Mehmet Takkaçla birgə yazdıqları “Televiziya sənəti” adlı kitabı Türkiyədə işıq üzü görmüşdür. Bununla belə Babək bəy, Professor Bilgə Seyodoğlu, Dosent M. Karabulut və Yavuz Şenlə birlikdə yazdıqları məqalələrin də ortaq müəlliflərindəndir.

Babək Qurbanov mənəvi dəyərlərin paylaşdırılmasını xalqlar, millətlər arasında qarşılıqlı zənginləşmə və inkişafında, insanların bir - birilərini daha yaxından tanımalarında, eyni zamanda bir-birilərinin mədəniyyətini əxz edib öyrənməkdə, milli - mənəvidəyərlərin qorunub saxlanılmasında, onlara sahib çıxılmasıönəmli vəzifələrdən biri hesab edir. Məhz bu məqsədlərlə o, yaradıcılığında bu meylə də xüsusi diqqət ayırır.

Babək Qurbanov fenomeni və yaradıcılığını dəyərləndirdikdə bəlli olur ki, o həyatının yeniyetməlik dönəmindən yabançı dillərə də böyük maraq salmış, Rus dilini, Türk dilini mükəmməl öyrənməklə yanaşı, Alman dilinin incəliklərinə də  vaqif olmuşdur. Bu cəhət Babək müəllimin daha bir fərqli keyfiyyətiningöstərgəsidir. Hələ gənclik illərində mütəmadi olaraq qərb bəstəkarları, klassik avropa musiqisi, dünya mədəniyyəti və incəsənətlə bağlı “Muzik und Schule”, “Muzik und Geseişhaft”, “Künsterzühinq”  bu kimi yabançı dərgilərə abunə yazılaraq onları əxz etmişdir.  Rus dilinə, Azərbaycan dilinə və Türk dilinə kamil bələdliyinin nəticəsidir ki, Babək müəlimin elmi yaradıcılğının bir hissəsində Azərbaycan dilində, Rus dilində yazdığı məqalə və monoqrafiyalarla ( 1).B. Qurbanov.Musiqi iləədəbiyyatın qarşılıqlı əlaqələri”, Elm Nəşriyyatı, Bakı,1972., 2). B. Qurbanov.Azərbaycan ədəbiyyatı və sənətinin ideya - estetik problemləri”,  Elm Nəşriyyatı, Bakı,1977., 3). B. Qurbanov.Musiqili estetik tərbiyənin problemləri”, “Bilik” nəşriyyatı, Bakı 1984. ) yanaşı tərcüməçilik fəaliyyəti də önəmli yer almaqdadır. Bir çox rus klassikləri və elm adamlarının əsərlərinin Rus dilindən Azərbaycan dilinə ( 1).A.Zis. “Fərqli estetik düşüncələr”, Azərnəşr, Bakı, 1989., 2). A.Y.Zis. “Estetik Konfrontasiyalar” (qarşıdurmalar), 3). A.Y.Zis.Estetiyə qarşı olmalar”, Azərşr, Bakı,1979.), eləcə də Rus dilindən Türk dilinə(1) N. A. Berdyayevin  “Rus Kommunizminin qaynaqları və mənası”, Ərzurum, 2008, 150 s.,2).Qalina Puqaçenkovanın  “Orta Asyanın şah əsəri: Rəsm və Minyatür” ( ISBN 975-93191-2-8, Ərzurum, 2006. 72 s. Babək Qurbanovla Təhsin Parlak ilə müştərək tərcümə)3). Prof.Dr. N.İ. Kiyaşenkonun bir çox bədii-estetik tərbiyəyə aid məqalələrini), həmçinin də Azərbaycan dilindən Rus dilinə (“Nizami və Musiqi”, Elm, Bakı, 1991. (Babək Qurbanovla, Əhməd İsazadənin ortaq tərcüməsi)eləcə də Azərbaycan dilindən Türk dillinə(1). Rasim Əfəndi və Turqut A. Əfəndinin “XIX və XX Əsrin başlanğıcında Azərbaycan sənəti”, Türk Dünyası İnsan Haqları Dərnəyi Yayınları, Ankara, 2002.,2). “Azərbaycanın bəzək sənəti” ( Kültür yayını, № 1, Oltu - Ərzurum, 1997) 3).M. Səməd, “Dünya dahilərsiz yaşayamaz” (Lütfizadə haqqında), İstanbul, 2005, 185 s.4). B. Qurbanov,  “Musiqi estetikasının bəzi problemləri”, Aktif yayınevi, Ankara, 2005,5). B. Qurbanov, “Çoxsəslimusiqinin unudulmazları, Ajans Gülər yayınevi, Ankara, 2011, 234 s.6). B. Qurbanov, “Çağdaş nət eytimi problemləri”, Ajans Gülər yayınevi, Ankara, 2011, 218 s.7). B. Qurbanov, “Dədə Şəmşir”,Aşıq Şəmşir, şeir məti”, Ankara-2014, 320 s.8). İlham Rəhimli “Qısa tyatro sözlüyü”, Ankara – 2015, 93 s.)  çoxsayda etdiyi professional çevirmələr alimin tərcüməçilik sahəsindəki uğurlu çalışmalarındandır.

Yeri gəlmişkən qeyd etməliyik ki, Kalmık xalqının qəhrəmanlıq eposu olan “Canqar” dastanını  Rus dilindən Azərbaycan dilinə çevirməsi ilə Babək bəy,qədim tarixi keçmişi olan bu kiçik xalqın nəzər - diqqətini də özünə çəkə bilmiş, məşhur türkoloq alimlərin hüsn - rəğbətini qazanmışdır. 2017-ci ildə Bakıda “Şur” nəşriyyatı tərəfindən işıq üzü görən 395 səhifəlikbu qiymətli kitabın yayınlanması ilə qısa bir zaman kəsimində Babək müəllimi sentyabr ayında Qırğızıstanın paytaxdı Bişkek şəhərinə, dekabr ayında isə Kalmık Respublikasına, eyni zamanda 2018 - ci ildə Monqolstanda keçiriləcək Beynəlxalq “Canqar” simpozyumuna məhz “Canqar” mövzusunda çıxış etməsi üçün rəsmi dəvət məktubu da ünvanlamışlar. Yeri gəlmişkən onu da bildirməliyik ki, 26-28 aprel 2017 tarixində Niğdə şəhərinin Ömer Xalisdəmir Üniversitetində,keçirilən IV Uluslararası Türk Dünyası Araşdıqmaları simpozyumda Babək müəllim “Kalmık xalqının qəhrəmanlıq dastanı Canqarda türk kökənli sözlər” ismli  elmi məqalə ilə çıxış etmiş, daha sonra həmin məqalə simpzyum dərgisinin 87-93-cü səhifəsində yayınlanmışdır. 

 

Müasir mərhələdə hələ də belə bir xeyirxah missiyanın yerinə yetirilməsini üzərinə götürə bilən mütəxəssislərimizin sayının yetərincə olmadığını söyləyə bilərik. Mədəni əlaqələr sahədəki elmi ağırlığı öz çiyinlərində şərəflə daşıya bilən alimlərimizin sırasında məhz Babək Osman oğlu Qurbanov da yer almaqdadır.

Onu da etiraf etməliyik ki, Rus və Türk dilinin incəliklərini  mükəmməl bildiyi üçün Ərzurumda çalışdığı illərdə Babək müəllim bu şəhərin ictimai-mədəni və sosyal həyatında da yaxından iştirak etmiş, 1 saylı notarius qurumunun səlahiyyətli nümayəndələrindən biri olmuşdur.Bu səbəbdən də Babək müəllimi professional - yəminli tərcüməçilik sahəsində Ərzurumda fəaliyyət göstərə bilməsinə rəsmi olaraq razılıq da vermişlər.

Professor Babək Qurbanovun fəlsəfə, estetika və sənətşünaslığa aid əsərləri, alimin çoxyönlü fəaliyyətində mərkəzi yer tutmaqdadır. Bu baxımdan onun bir çox mütəxəssislərin və geniş sənətsevərlərin marağına səbəb olan fundamental əsərlərini (“Ədəbiyyatla musiqinin əlaqəsi”, “Proqramlı musiqinin estetik prinsipləri”, “İncəsənətin sosial funksiyaları”, “Musiqinin bəzi bədii-estetik məsələləri” və s.) və eyni zamanda ideoloji mübarizəyə həsr edilmiş çoxsayda məqalələrini xüsusi ilə qeyd etmək lazımdır.

Babək Qurbanovun erməni terrorizminə, vəhşiliklərinə həsr etdiyi elmi-nəzəri səpgidə yazılmış məqalələri, bu qəbildən olan kitablara yazdığı rəyləri misal gətirmək mümkündür. Babək Qurbanovun elmi mahiyyətli yazılarınınhər zaman ən mötəbər hakimli dərgilərdə (“Voprosı filosofii”, Moskva, “Folklor”, “Orkestra”, “Güzel Sanatlar dergisi” – Türkiye, “Sanat” Daşkənd və s.)yayınlanması faktı da, müəllifin əsərlərinin aktuallığına, habelə yüksək elmi - nəzəri səviyyəsinə dəlalət etməkdədir. Təsadüfi deyil ki, onun fəlsəfi-estetik əsərlərinə bir çox tanınmış alimlərin, o cümlədən, Rusiya Federasiyasının Əməkdar Elm Xadimi Prof. Dr. A. Y. Zisin, Prof.Dr. E. Çernayanın, Prof. Dr. M. F. Ovsyannikovun (Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakultəsinin dekanı), Akademik V. V. Vanslovun, Prof. Dr. N. L. Leyzerovun, Prof.Dr.T. Mahmudovanın, Akademik F. Köçərlinin, Akademik A. Aslanovun, Prof.Dr. Ş. Mirzəyevanın və başqalarının qiymətli fikirləri bir daha söylədiklərimizi təsdiqləməkdədir.

Elmimizin bu müdrik-müqtədir şəxsiyyəti 1981-ci ildən 1989-cu illərə qədər Azərbaycan Milli Elmlər Akademiyasında Estetika və Etika şöbələrinə rəhbərlik etdiyi dönəmdə o, musiqişünaslıq, estetika, etika, sənətşünaslıq sahəsində fəal bir şəkildə iştirak etmiş, Moskva, Sank-Peterburq ( Leninqrad ), Kiyev, Tiflis, Yerevan, Daşkənd, Bişkek kimi şəhərlərin alimləri ilə bilavasitə yaradıcılıq təması saxlamış, Azərbaycan emlinin inkişafı yolunda səmərəli xidmətini əsirgəməmişdir.

Babək müəllimin bir pedaqoq-mühazirəçi kimi respublikamız və onun hüdudlarından uzaglarda belə xalgımızın zəngin bədii yaradıcılığını, incəsənətini, xüsusilə də musiqi sənətini, folklorunu təbliğ etməsi, Sovetlər Birliyi zamanında da, Müstəqil Azərbaycanımızın bağımsızlıq qazanmasından sonra da hər zaman təqdirlə qarşılanmışdır.

Babək müəllim Azərbaycanda fəaliyyət göstərdiyi illərdəqəbul komissiyasının üzvü və dövlət imtahan komissiyasının sədri kimi iştirak etmişdir. 1991–1992-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru SSRİ-nin və Azərbaycan Respublikasının xalq artisti, professor Fərhad Bədəlbəyli Babək müəllimə böyük etimad göstərərək “Musiqi nəzəriyyəsi fakultəsi”ndə və“Bəstəkarlıq fakultəsi”ndə dövlət imtahan komissiyasının sədri təyin etmişdir. O illərdə dövlət imtahan komissiya heyyəti tərkibində Azərbaycanın məşhur musiqişünasları: professorlar Elmira Abbasova, Aida Tağızadə, Şükufə Mirzəyeva, Nailə Mehdiyeva, İmruz Əfəndiyeva, Zara Bakıxanova, Gövhər Hüseynova, L. Mehmandarova, Solmaz Qasımova, Zemfira Qafarova, Səadət Abdullayeva, Ramiz Zöhrabov eyni zamanda məşhur bəstəkarlarımmz Cövdət Hacıyev(tələbəlik illərində 1960-62-ci illərdə Babək müəllim bəstəkarlıq dərsini Cövdət Hacıyevdən almışdır İ.İ.), Arif Məlikov, Xəyyam Mirzəzadə, Lyudmila Karaqiçeva, Vasif Adıgözəlov, Fərəc Qarayev yer almışdır. Bakı Musiqi Akademiyasının bu iki fakultəsinə imtahan komissiyasının sədri olaraq dəvət edilməsi də Babək müəllimin peşəkar musiqişünas və təcrübəli pedaqoq, alim olduğunun göstərgəsidir. Yeri gəlmişkən onu da qeyd etməliyik ki, Atatürk Universitetində çalışdığı illərdə Babək müəllim bir neçə dəfə “Gözəl sənətlər” fakultəsində də qəbul imtahanlarında da bilavasitə iştirak etmişdir. 

Zaman - zaman Babək Qurbanovun yaradıcılığı haqqında bir çox alimlər, tanınmış elm - sənət adamları Türkiyədə və Azərbaycanda məqalələr yazıb alimin elminə və yaradıcılığına mətbuat səhifələrində qiymət vermişlər.

1.     Akademik Vidadi Xəlilov, “Estetiklərdən biri”, “Ədəbiyyat və İncəsənət” qəzeti 29 dekabr 1989.

2.     Babək Qurbanovun 50 illik yubileyi ilə əlaqədar Azərbaycan  Bəstəkarlar İttifaqının idarə heyyətinin 29 dekabr 1989 ildə “Ədəbiyyat və İncəsənət” qəzetində çap olunmuş təbrik məktubu.

3.     A. Niftəliyev, “Elmin çətin yolları”, “Kommunist” qəzeti, 19 fevral 1991.

4.     Əlisa  Əhmədov, “Şəxsiyyətin bütövlüyü”, “Azərbaycan” qəzeti, 7 avqust 1999.

5.     M. Şahmarlı, “Yaşın və fikrin həddi”, “Arqument” qəzeti, 9-15 sentyabr, 1999.

6.     Gürsoy Solmaz, “Qurban Babək Osmanoğlu” (türkcə), “Qarsın səsi” dərgisi, yıl: 2, sayı 19, 1993, s. 50.

7.     Çengiz Alyılmaz, “Babək Osmanoğlu Qurbanov” (türkcə), “Bilik dərgisi”, sayı 4, Kış. 1997, Ankara, s. 211-219.

8.     İmruz Əfəndiyeva, “Musiqi düşüncəli filosof”, “Musiqi dünyası” dərgisi, № 1, Bakı, 1999, s. 114-115.

9.     İmruz Əfəndiyeva, “Musiqi ilə fəlsəfənin qarşılıqlı əlaqəsini tədqiq edən alim”, “Azərbaycan Mədəniyyəti və İncəsənəti” qəzeti, № 20 (21), 17 iyun 2004.

10.Nərgiz Şəfiyeva və Nigar Cərulla qızı, “Bülbül dına Orta-İxtisas Musiqi məktəbi – 70” (1948-1958), Bakıda Bülbül adına musiqi təmayüllü məktəbin yubileyi münasibəti ilə  yayınlanmış CBS dərgisi, Bakı, 1997,  s. 25-35

11. Ə. Qafqasyalı, “Portreler” (türkcə), “Palantökən” və “Açıq söz” qəzetləri, 22 aprel, Ərzurum 2002.

12. Mübariz Süleymanlı, “Prof.Dr. Bəbək Qurbanov”, “Mədəniyyət Dünyası” dərgisi,  ADMU yayınevi, 2004, s. 60.

13.İlqar Cəmiloğlu İmamverdiyev 10-dək məqalələrini Prof.Dr. Babək Qurbanov yaradıcılığına həsr etmiş, fərqli qəzetlərdə, dərgilərdə, kitablarda yayınlatmışdır.

        Məhsuldar yaradıcılığına verilən dəyərdir ki, Türkiyədə professor alimimiz Babək Qurbanov haqqında üç diplom işi yazılmışdır.

1.     Prof.Dr.Çengiz Alyılmazın elmi rəhbərliyi ilə Ərzurum Atatürk Universitetinin məzunu, Mehmet Şimşək adlı şəxsin 1998-ci ildə yazdığı “Prof.Dr. Babək Osmanoğlu Qurbanovun həyatı və əsərləri” adlı diplom işi.

2.     Lətif Akanın adlı alimin elmi rəhbərliyi ilə Atatürk Universitetinin  Ömür Yazıçı isimli məzununun 2002 - ci ildə yazdığı “Prof. Dr. Babək Qurbanovun həyatı və əsərləri” adlı diplom işi.

3.     DəmirdaşƏminə, “Prof.Dr. Babək Qurbanovun hayatı vəəsərləri”, adlı diplom işi,(Elmi rəhbər Dr. Süleyman Fidan), Gaziantep Universiteti, Türk Musiqisi Dövlət Konservatoriyası 2011, s 69 - 115. (Prof.Dr.İlgar İmamverdiyevin, Prof.Dr.Babək Qurbanovun 70 yaşı münasibətilə yazdığı “Hər kim yüz yıl yaşamasa adlı məqalə əsasında diplom işi.)

       Professor Babək Qurbanovun geniş şaxəli potensial yaradıcılıq imkanlarının  digər bir sahəsini bəstəkarlıq təşkil etməkdədir. Təsadüfi deyildir ki, hələ tələbəlik illərində “Bəstəkarlıq” fənnini, dünyaca məşhur bəstəkar, iki dəfə Stalin Mükafatı Laureatı, Dmitri Şostakoviçin istedadlı tələbəsi olan Azərbaycanın Xalq Artisti, professor Cövdət Hacıyevdən də öyrənmişdir. Zaman keçdikcə saralmış not vərəqləri tələbəlik illərinin əziz xatirəsi kimi Babək müəllimin arxivində yer aldığı üçün, hər görüşümüz zamanı ondan xahiş edirdim ki, bu bəstələri cəm edib ayrıca kitab halında nəşr etdirməyin zamanı çoxdan çatmışdır. Nəhayət, bir müddət sonra onun fortepiano, skripka, tar, trio, vokal əsərlərdən ibarət “Bəstələr məcmuəsi” adlı 170 səhifəlik kitabı 70 illiyi yubileyi ərəfəsində 2009-cu ildə çap olundu. 

Mükəmməl musiqi təhsilinə sahib olduğu üçün, Anadoluda populyar olan 63 Türk xalq mahnılarını və bir çox instrumental melodiyaları Babək müəllim  2005-ci ildə bizim tövsiyəmizlə saz və fortepiano üçün harmonikləşdirdi. Bununla da müştərək yazdığımız “Fortepiano müşayiətli saz əsərələri” adlı 140 səhifəlik məcmuəmiz  2006 –cı ildə “Şirvannəşr” tərəfindən Bakıda işıq üzü gördü. Musiqisevərlərimizin marağını nəzərə alıb məcmuəmizdə yer alan Türk xalq mahnılarının adlarını qeyd etməyi vacıb sayırıq: 1. “Adanalı”, 2. “Heybeler bellerde”, 3. “Seyid Osman”, 4. “Bu dere buz bağlamış”, 5. “Omuz halayı”, 6. “Kale kaleye karşı”, 7. “Zeytun yaprağı yeşil”, 8. “Masa üstünde testi”,  9.“Yar sene beşik alayımmı?”, 10.“Nemrut dağı”,11. “Çiğrik benim, tel benim”,  12.“Çamlar altına”, 13. “İndim dere irmağa”, 14. “Caminin ardı ayaz”,  15. “Vallahi o yardır”,  16. “Kütahyanın pınarları akışır”, 17. “Ela gözlü pirim geldi”, 18. “Şu derenin uzunu”, 19. “Kırma taşın kenarı”, 20. “Haram sudan atladım”, 21. “Sarı seyran barı”, 22. “Ardıçdandır kuyuların kovası”,  23. “Diyarbakır şad akar”,24.“Mühabbet bağına girdim bu gece”, 25.“Bağdan bir gül almamışım”, 26. “Yol üstünde dikili taş”,27. “Pınarın başında”,28. “Yemeni bağlamış telli başına”, 29. “Kaçma güzel”, 30. “Çocuk şarkısı”, 31. “Timur ağa barı”, 32. “Söke oyun havası”, 33. “Beylik ara nağmesi”, 34. “Arzu ederiz bir yol görmeye”, 35. “Dama attım degenekleri”, 36. Göynük zeybeği”, 37. “Üç ayak”, 38. “Çarşıya vardım, erikten aldım”, 39. Al eline feneri”, 40. “Koyunum kuzulaı”, 41. İndim çayır biçmeye”,  42. “Gayda”, 43. “Ay akşamdan ışıktır”, 44. Yarim gitti çeşmeye”, 45. “Divane aşık gibi”,   46.  “Aman aman elmalı”, 47. “O yar başın bağlamış”, 48. “Alibaba ve 40 heramiler” filmindən mahnı”, 49. “Alibaba ve 40 heramiler” filmindən xor”, 50.“Derekenarında taş ben olaydım”, 51.“Habudiyar”, 52.“Güzeller bezenmiş”, 53. “Katibim”, 54. “Al mendili”, 55.“Köylü kızı”, 56. “Saman yolu”, 57. “Gülnihal”, 58. “Sin-sin”, 59. “Ezgi № 1”, 60. “Ezgi № 2”, 61. “Ezgi № 3”, 62. “Ezgi № 4”, 63. “Ezgi № 5” və s.  Babək müəllim daha sonra iyirmiyə yaxın klassik türk melodiyalarını və bəstəkar əsərlərini (“Sultaniyegah Longa – Sirto”, “Gül budağı”, “Kürdi-Hicazkar Lonqa”, “Endim Gəldim Silifkeden aşağı”, “Nihavənd Lonqa”, “Şahnaz Lonqa”, Saadettin Oktenay ın “Aşkın kanunu”, “Bir ateş ver”, İsmayıl Dədə Əfəndinin “Gülnihal” və s.) tar üçün müşayiət partiyasını fortepiano üçün aranjiman etdi. (B. Qurbanovun“Şən dostlar”, “Keşkə”, “Şərq romansı” adlı bəsdələri də bu məcmuələrdə yer almışdır). Birgə çalışmamızın məhsulu olan “Fortepiano müşayiətli tar əsərləri” adlı 115 və 124 səhifəlik 2 cildlik məcmuə məhz Babək müəllimin ön sözü ilə “Şirvannəşir” tərəfindən 2006-cı ildə Bakıda yayınlanıb,o dönəmdə musiqisevərlərin ixtiyarına ərmağan edildi.

Babək Qurbanovun musiqi yaradıcılığını əks etdirən, (Bədii və Texniki redaktoru Musa Ələkbərli və musiqi redaktorluğuProf. Dr. Əfqan Zəki Salehin (Salayev) ) 2017-ci ildə “Şur” nəşriyyatı tərəfindən nəşr olunan 244 səhifəlik  “Əsərlər məcmuəsi” adlı ikinci kitabda müəllifin ayrı - ayrı illərdə f-no və skripka, tar üçün yazdığı pyeslər, son illərdə bəsələdiyi vokal əsərlər yer almışdır. Müəllifin bəstələrinin orijinal adlarına diqqət yetirdiyimizdə, alimin bəstəkarlıq sahəsindəki uğurlu fəaliyyətinə bir daha də heyran qalırıq: F-no üçün “Balada”,“Buludlar”,“Səhər”,“Fəza”,“Prelüd № 1, “Prelüd № 2, ““Prelüd № 3İntizar”,Sevinc dolu”,Vəfasız”“Marş”,“Şəhidlərin xatirəsinə”,Xəyal”,Cıdır”,“Səhrada”, “İlğım”,Skertso”,Çisgə”,Orxun abidələri”,Yürüş”, “Davamsızlıq”, “Maneələrin aşılması”,Gənclik marşıXalq rəqsi (stilizə), “Zarafat”, “Uzlaşmazlıq”, “ Sənsiz”, “Nostalji, İ.S. Baxın xatirəsinə 5 Fuqa,  6 ədəd fortepiano müşayiətli skripka əsərləri: “Şərq romansı”, “Keşkə”, “Xatirə”, “Tac mahal”,  Violin, viola və f-no üçünVida valsı, 2 violin və f-no üçünAntep valsı,Skripka üçün prelüd və fuqa, Tar və f-no müşayiətli pyeslər: “Şərq romansı”, “Ürək odur,Keşkə”, “Şən dostlar, f-no müşayiətli vokal əsərlər: “Fələk”, “Vətən marşı”,“Qocalma gözəl”, “Sənin ala gözlərin”, “Aşkara sevdim səni”,“Okul marşı”, Skripka və f-no üçün xalq mahnısı “Sarı gəlin” və s.

Daha sonra Babək müəllim müxtəlif xalqlara aid klassik musiqi örnəklərini aranjiman edərək (Camillə Saint-Saens. “Türk Marşı”,  Nina Rota. “Goldfather” Muhlis Səbahətdin Əzgi “Xatırla sevgili”, Yıldırım Gürsəs. “İllər sonra rastlaşdiğim çocukluq sevgilimə”) ilk dəfə olaraq bu məcmuəyə daxil edilmişdir.

     Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, bir çox musiqiçilər: Professor Həqiqət Məhərrəmova (Babək Qurbanovun f-no üçün dörd prelüd, ƏrzurumAtatürk universitetin Kültür Mərkəzində (2000)),Dr. Rəfail Məmmədəliyev (Babək Qurbanov “Trio”, Atatürk Universiteti Kültür Mərkəzi A salonu (2003)), Prof.Dr. Əfqan Zəki Saleh (Salayev) ( B. Qurbanov “Sənsiz” Qaziantep Universiteti Atatürk Kültür Mərkəzi (15.11- 2011), Qaradəniz Texnik Universiteti Eytim Fakultəsinin səhnəsi Akcaabad (17. 01 - 2013), B. Qurbanov, “Xatirə” Harran universitetininin Osmanbəy Kampusü Böyük Anfi salonu (3 may 2013), B. Qurbanov “Sənsiz”Gaziantep Universiteti Xəstəxanası Auditoriumu səhnəsi (7. 05 - 2014), “Şəhitlərin xatirəsinə”, Gaziantep Universiteti “Mavera” konqre və sənət mərkəzi (19.12 2016)), Doç. Dr. Tamilla Qasımova (B. Qurbanov.“Xəyal”, “Gənclik marşı”, Atatürk Universiteti Kültür Mərkəzi A salonu (5.04-2002,) Ağrı Eytim Fakultəsi, “Mavi Salon” (12.04 – 2002), B. Qurbanov. “Gənclik marşı”, TRT – nin “Arı Studiyası”(2002), B. Qurbanov, “Xəyal”, “Gənclik marşı”, “Səhrada”, “Skertso”, Atatürk Universiteti Kültür Mərkəzi A salonu (4.04-2003) və Gazi Universiteti Salonu (16.05-2003), B. Qurbanov. “Şən dostlar” Atatürk Universiteti Kültür Mərkəzi A salonu (19.04-2003) ), Sənətşünaslıq elmləri doktoru, Professor İlqar İmamverdiyev (B.Qurbanov, Tar və f-no üçün “Şərq Romansı”, “Keşkə” Ərzurum Atatürk universiteti (16.05-2003), Harran universitetiOsmanbəy Kampusü Böyük Anfi salonu(3. 05 - 2013),B.Qurbanov, “Keşkə” Gazi Universiteti Salonu (16.05-2003), Ərzurum Atatürk universiteti (4.04-2003), B.Qurbanov, “Şərq Romansı”, “Xatirə”, “Ürək odur”, “Şən dostlar”, Atatürk Universiteti Kültür Mərkəzi A salonu (19.04-2004), B.Qurbanov, “Şərq Romansı”, “Keşkə”, Qaziantep Universiteti Atatürk Kültür Mərkəzi (2015),Prof.Dr. Gülər Dəmirova (“Şərq Romansı”, “Keşkə”,“Xatirə”, Qazi Universiteti böyük salon (2005), istedadlı skripkaçı Dos.FərhadAğamalızadə - Tan Berq( B.Qurbanov,“Sənsiz” Qaziantep Universiteti Tibb fakultəsi anfi səhnəsi (7.05-2014) )fərqli illərdə bəstəkar Babək Qurbanovun əsərlərinə müraciət edərək müxtəlif konsert tədbirlərində uğurla səsləndirmişlər.

Osman Sarıvəlli yadigarını tanıyan, uzun illərdir yaradıcılığını daha yaxından müşahidə edən şəxs olaraq qeyd etməliyəm ki, xatirəsini hər zaman andığım Babək müəllim elm dünyamızda öz kökü üstündə mərd duran, sərt dayanan nadidə alimlərimizdən biridir. Həyatı boyu kimsəni incitməyən, qəlbinə toxunmayan, oturuşunu-duruşunu bilən, etikanı gözləyən, öz yerini – yurdunu məqamın tanıyan, danışdığı hər bir sözün, hər kəlmənin dəyərini anlayan, qiymətini dərk edən, namərd işlərdən sakınan, bulaq kimi şəffav, dağ havası kimi təmiz, səma kimi aydın, günəş kimi nurlu və hərarətli, abır - ismətini daima hifz edən, pak olmağı hər şeydən uca tutan, dünyanın malında, var-dövlətində nəzəri olmayan, gözü - könlü tox, həlim xasiyyətli, kövrək qəlbli, insancanlı, Hatəm səxavətli, saf ürəkli, nəcib diləkli, bəşəri amallı, ağıllı - kamallı, pirani dədələrimizə xas olan keyfiyyətləri özündə yaşadan, Babək Qurbanov adı altında öz ömrünü namusla, qeyrətlə, vicdanla, şərəflə sürdürmüş, ensiklopedik bilgili ulu ərənlərimizin günümüzdəki təmsilçisi olmuş, müdrik insan, Vətən sevdalı əsilli - nəcabətli övladımız idi.

Hər zaman özümü bəxtəvər sanıram ki, atam Cəmil İmamverdi oğlu Əkbər, Dədə Şəmşir, Aşıq  Mikayıl Azaflı, Akademik Firidun Köçərli, Akademik Tofiq Köçərli, Professor Camal Mustafayev, Professor Qəzənfər Paşayev, Professor Professor Mustafa İsgəndərzadə, Professor Mürsəl Həkimov, Professor Arif Məmmədov, SSRİ xalq artisti Rəşid Behbudov, Professor Süleyman Ələsgərov, Professor Arif Məlikov,Professor Elmira Abbasova, Professor Zemfira Qafarova, Professor Gülnaz Abdullazadə, Professor Oqtay Quliyev, Filosof Asif Əfəndiyev, Arif Hüseynov, Səfxan Hüseynov, Ənvər Qənbərov, Zakir İmamverdiyev, Müzadil Cəmiloğlu kimi parlaq şəxsiyyətlərim, elm aləmində mənə doğru istiqamətə yönləndirənlərim, yol göstərənlərim arasında professor Xalq şairimiz Osman Sarıvəllimizin yadigar övladı Prof.Dr.Babək  Qurbanov kimi dühalar da qəlbimdə əbədi yerini almışdır.

Gecə-gündüz mütaliə edərək, tədqiqatlarını daima davam etdirərək, Azərbaycan  mədəniyyətini dəyərli elmi əsərləri ilə zənginlik gətirməklə, gələcək nəsillərimiz üçün ərmağan etm Babək Qurbanovun ruhu qarşısında səcdə edərək 85 illik yubileyini elimiz obamızla paylaşaraq, mənəvi borcumu yerinə yetirməklə deyirəm. “Ruhun şad, uyuduğun  mübarək məkanın cənnət olsunay dayı”. Qaziantep universiteti Türk musiqisi dövlət konservatoriyamızın müəllimləri, məmurları, yetirdiyin tələbələrin hər zaman ülvi xatirələlə ismini zikr etməkdədir. “Səni kim undar?”

Hər zaman mənə “Üzeyir” deyə xitab edərdin. Mən də soyadına görə “Qurban” dayı deyərdim. Darıxdığın zaman neçə-neçə yazdığın mənalı şeirlərini əziz xatirə olaraq saxlamaqdayam. 85 illik yubileyin münasibəti ilə gün üzünə çıxarmaq qərarına gəlib Qazax elimizi da tanış etmək istədim. 2014 ilində mənə yazdığın şeiri və mənim yazdığım cavab şeirim də xalımıza ərmağan olsun ay dayı!”

 

Əzizim Üzeyir (İlqar)

 

Əzizinəm Uzeyir,

Hara getdin Uzeyir?

Sağa sola baxıram,

Hər sey o hanı deyir.

 

Tənhalıq cox pis seydir,

İnsan hec tək qalmasın.

Dostlar yox olan zaman

Tenhalıq qəlbi yeyir.

 

Xos günlər cox olsa da

Bolluq, şadlıq olsa da,

Qəlb fərəhlə dolsa da

Ürək yenə dost deyir.

 

Uzaqlara qetsən də

Xos günləri seçsən də,

Uzaq gəzmə sən məndən

- Seni sevən bəndədən!

 

Dostun GURBAN (Babək) dayın

 

 

Qurban dayıma cavab

 

Üzeyirəm ürəkdə,

Ülvi arzu, diləkdə.

Elm yolunda çalışan,

Yorulmayan biləkdə.

 

Damardayam, qandayam,

Ruhundayam, candayam,

Uzağa getməmişəm,

Dayımın yanındayam

 

Tənhalığı yıxarıq,

Axırına çıxarıq,

Doğru yola baxarıq,

Şimşək kimi çaxarıq,

 

Yenə xoş gün çox olar,

Bin-bərəkət çoxalar,

Qəlbim fərəhlə dolar,

Dayımdan ilham alar.

 

Uzaqlara getmədim,

Genlərində gizləndim,

Xəyalımda izlədim,

Məni sevən bəndəni.

 

Hey boşalıb doluram,

Fikirlirə dalıram,

Səni yada salıram,

Dayım təki anıram.

 

Daha üzüm gülməyir,

Yağı düşmən ölməyir,

Dost halımı bilməyir,

Dayım gəlsə gülərəm.

 

Üzeyirtək adım var,

Ağzımda xoş dadım var.

Qohum, qardaş, yadım var,

Qurban kimi odum var,

 

Tufan olub əsərim,

“Misri” kimi kəsərim,

“Babək” adlı əsərim,

“Luvur”da bir yerim var.

 

Axtarıban ananım,

Babək kimi qananım,

Hər dərdimə yananım,

Əyilməz vüqarım var.

 

Daim zəfərlər çaldım,

“Qurbandan” ilham aldım,

Sazda Koroğlu çaldım,

Dayımla qürurum var.

 

Qapaq şəkli: Prof. Dr. Babək Qurbanovun 75 illik yubileyi.(Soldan sağa) 1.Prof. Dr. İlqar İmamverdiyev, 2.Prof. Dr. Babək Qurbanov, 3. Konservatoriyanın müdiri, Sənətşünaslıq namizədi, Babək Osmanoğlunun aspirantı Hakan Tatyüz.   Gaun TMDK - 9.06 – 2014.

 

İç şəkil: 2016-cı ilin Məzuniyət törəni (sağdan sola) 1. Prof.Dr. İlqar İmamverdiyev, 2. Prof. Dr. Babək Qurbanov,  Gaün Atatürk kültür səhnəsi -  2016

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)