Xalq yazıçısı Çingiz Abdullayevdən “Yalnız özümüzünkülər” gəlir Featured

Rate this item
(0 votes)

Onun hər bir yeni romanını yüz minlərlə oxucu kütləsi səbirsizliklə gözləyir.

Sirr deyil ki, dünyada ən çox məhz iki janrda kitab oxunur: non-fiction və getektiv.  Azərbaycanda isə detektiv bir nömrədir. Və Çingiz Abdullayev də kitabları ən çox satılan lider yazıçılardandır. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin Birinci katibi Çingiz Abdullayevin yeni romanı işıq üzü görüb. “Yalnız özümüzünkülər” adlanan bu detektiv roman Teas-press nəşriyyatında ərsəyə gəlib. 

Avqustun 24-ü, saat 19.00-da “Libraff”ın Park Akademiya filialında kitabın təqdimatı və imza günü olacaq. 

Əziz kitabsevərlər, Qərbin ən kübar kitab satışı məkanlarının eynisi olan, sizə rahat və əsrarəngiz atmosferdə bir fincan qəhvə dadaraq mütaliə həzzi yaşadan “Libraff”a gedin və sevimli yazıçınız Çingiz Abdullayevlə görüş şansını qaçırmayın.

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2023)