KİTAB BƏLƏDÇİSİndə “Kəpənək” Featured

Rate this item
(9 votes)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Salam xeyirli axşamlar!

Uraqan Abdullayevin “Kəpənək” və “Allahsızlar şəhəri” kitablarını oxudum. 

Uzun müddət idi mütaliəyə vaxt ayıra bilmirdim.

“Kəpənək”lərin mənim üçün xüsusi anlamları olduğu üçün ilk öncə ondan başladım.

 

Bir söz var, deyir: "Bir şeyin sənə aid olduğunu bilmək üçün onu azad buraxmalısan."

Və belə bir söz də var ki: "Nəyi fəda etsən, o sənə ehsan olunar. Nəyə qıya bilməsən onunla sınanarsan."

Bəzən bir şeyə çatmaq üçün biz ondan vaz keçməliyik.  

Necə ki, Yaqub peyğəmbər də Yusifə yalnız ondan vaz keçdiyində qovuşmuşdu.

Amma biz bunu, yəni ona çatmaq üçün ondan vazkeçməli olduğumuzu öncədən dərk edə bilmirik. Çox zaman bu istəmsizcə və özlüyündən və yaxud da yorulduğumuz zamanlarda baş verir.

“Kəpənək” kitabında da eynən belədir. Qəhrəmanlarımızdan biri olan Jalə Eminin, yəni sevdiyinin ona geri qayıda bilməsi üçün yanında dustaq saxladığı kəpənəyi azad buraxmalıdır. Amma Jalə bundan xəbərsizdir. 

Yaxşı, bəs o bunu anlayacaqmı? Yoxsa  yorulub kəpənəkdən vazmı keçəcək?

Və indi də digər qəhrəmanımızın, yəni Eminin tərəfindən baxaq.

Sevgi çox güclü bir hiss və eyni zamanda çox güclü bir bağdır. Lakin sevgi təkbaşına bəzən hər şeyin öhtəsindən gələ bilmir. Əgər onun yanında, məsələn, səbr, hövsələ, empati, incə və inamlı bir mübarizə yoxdursa..

Bəli, sevgi həm də səbrdir.

Və bu zaman çox sevdiyim bir alıntı gəlir ağlıma.

- Dözə bilərsənmi?

-Yox, mən dözmərəm, səbr edərəm.

-Nə fərqi var?

-İnsan sevmədiyi şeylərə dözür. Səbr etməksə sevgidir.

Qəhrəmanımız Emin Jalə ona sevdiyini açıb söyləyə bilmir deyə bəzən əsəbləşir.. 

Yaxşı, bəs o, sevgisini səbrlə yoğura biləcəkmi?

O, kiçik qurdların pup düzəldib kəpənəyə dönüşəcəyi günə qədər səbr etməyi öyrənəcəkmi və ya bunu bacaracaqmı?

Kitab bu sualların cavabından ibarətdir.

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2023)