Pambıq tarlasında qul əməyi, barabançının mikrofonunu əlindən qapmaq, narkoasılılıq və daha nələr… Featured

Rate this item
(0 votes)

Tina Törner üçün rekviyem

 

“Ədəbiyyat və incəsənət”in əməkdaşı Könül məşhur Amerika müğənnisi Tina Törnerin vəfatına həsr etdiyi yazısını təqdim edir. 

 

Dünən BBC-dən eşitdim bu xəbəri. Amerikalı müğənni, aktrisa və rəqqasə Tina Törner vəfat etdi. 

"Rok-n-rollun kraliçası" Tina Törner  İsveçrənin Sürix şəhəri yaxınlığındakı Küsnaxt qəsəbəsindəki evində uzun sürən xəstəlikdən sonra 83 yaşında vəfat etdi. Bu acı xəbərə şərh verən dünya mediası belə bir epitet işlətdi: “Onunla birlikdə dünya bir musiqi əfsanəsini və rok modelini itirdi".

 

Mənə Tinanı valideyinlərim sevdirmişdi, onların gəncliyi bu möhtəşəm ifaçının ifalarının sədaları altında keçmişdi. 

Anna Mey Bullok - müğənninin əsl adı və soyadı belə idi - 1939-cu ildə ABŞ-ın Tennesi ştatında doğuldu. Uşaqlığı ailəsi ilə birlikdə pambıq plantasiyalarında qızmar günəşin altında pambıq yığmaqla keçdi. Onu ailəsi sevmirdi, evdə gözümçıxdıya salınırdı, tezliklə nənəsinin yanına köçəsi oldu. Dərslərə həvəs göstərməzdi. Amma zümzümə edər, musiqi həvəsini daim üzə vurardı. Tennesi məktəbinin xorunda oxumağa başlayanda isedadı lap parladı. 

16 yaşı olanda məşhur musiqiçi Ayk Törner onu özünün Kings of Rhythm qrupuna  vokalçı götürdü. Sadəcə ehtiyat vokalçı. 

Tinaya bəlkə də heç şans verilməyəcəkdi, amma o, hər şeyi özü həll etdi. Konsertlərin birində barabançının əlindən mikrofonu qapıb  You Know I Love You mahnısını oxudu. Bütün zal, əsas da bu qəfil hərəkətdən bərk əsəbiləşən Ayk Törner heyran qaldılar. 

Beləcə, Tinanın şöhrətə və xoşbəxtliyə yolu açıldı. 

1965-cü ildə Ayk Törnerlə ailə həyatı qurdular. Və uğur zirvəsinin fəth davam etdi.

Onun Proud Mary, I Want to Take You Higher, Nutbush City Limits, Sexy Ida kimi hitlərini bu gün də milyonlar dinləyir.

Sonra həyat yenə onu qara zolağa atdı. Ayk Törnerin zorakılıqları, ailənin dağılması, narkotika asılılığına düşməsi…

Yenə onu musiqi və şan-şöhrət xilas etdi. Ayaqda qala billdi. 

12 Qremmi mükafatı, 100 milyon tirajla albomlar, iki dəfə Rok-n-rolun Şöhrət muzeyində yer tutmaq…

Və ömrün ahıl çağlarında xatirələrlə və şöhrətin imtiyazlarına sığınaraq yaşamaq, uzun sürən ağır xəstəlik, təklik və son…

Bir ömrün uzun və qısa tarixçəsi.

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2023)