Xalqın xeyir-duası olmayanda…

Rate this item
(0 votes)

 

Avroviziya-2023” mahnı müsabiqəsinin birinci yarımfinalı məğlubiyyətimizlə yekunlaşıb

 

Bildiyiniz kimi, Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə Liverpul şəhərində “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb, müsabiqədə ölkəmizi TuralTuranX “Tell me more” mahnısı ilə təmsil edən Tural və Turan əkiz qardaşları mübarizəni dayandırıblar.

Finala isə Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri keçiblər.

Müsabiqənin ikinci yarımfinalı sabah - mayın 11-də, finalı isə mayın 13-də keçiriləcək.

Bu il 67-ci dəfə təşkil olunacaq “Avroviziya” mahnı müsabiqəsində 37 ölkə təmsil olunur.

Xatırlaya bilərsinizmi, bizim təmsiıçilər ilk mərhələdə nə zaman mübarizəni dayandırıblar? Əsla. Bu dəfə belə acınacaqlı məğlubiyyət isə, olsun ki, ekiz qardaşların xalqın xeyir-duasını almamaları səbəbindən olub. Xatırlayırsınızsa, onların qız paltarında Azərbaycan kişisini təmsil etmələri xalqın böyük narazılığına səbəb olmuşdu.

 

“Ədəbiyyat və incəsənət”

(10.05.2023)