Yaşıl 2022-ci ilin payız-qış kolleksiyalarının əsas qəhrəmanlarından biri olacaq Featured

Rate this item
(0 votes)

Yaşıl 2021-ci ilin yaz-yay mövsümünün də aparıcı rəngi idi. Ancaq bu mövsüm o, vidalaşmaq niyyətində deyil: son moda həftələri bunun sübutudur. Biz buna çox şadıq: yaşıl əmin-amanlığın və rahatlığın rəmzidir. Bizə sakit və dinc olmağımız üçün məhz bu lazımdır. “Ədəbiyyat və incəsənət” portalı Vogue dərgisinə istinadən məşhur dizaynerlərin son kolleksiyalarında “yaşıl necə və hansı rənglə birləşdirilə bilər” sualına necə cavab tapıldığını oxucuları üçün aydınlaşdırır.
Yaşılın qara ilə birləşməsini təklif edən Bottega Venetadan  nümunə götürmək olar, ən başlıcası, nisbətləri düzgün saxlamaqla. Bu rəng kombinasiyası monoaksessuar kimi ola bilər — məsələn, bir dolama kəmərdə və ya duet şəklində - jilet və çəkmələrdə.
Daha çığınlıq da göstərmək olar.
Niyə ayağınızdan başınıza yaşıl geyinməyəsiniz? Stressdən qoruyan əla vasitədir bu, əgər siz normal işləmək və dincəlməkdə çətinlik çəkirsinizsə,  bu rəngin sehrli sakitləşdirici effektinə güvənə bilərsiniz.
Başqa bir effekt yaşılın müxtəlif  çalarlarının qarışdırılmasıdır: nanədən salat rənginə qədər, Ganni kolleksiyasında olduğu kimi.
Ganni payız-qış 2022 kolleksiyalarında ot və laym rəngli ideal yaşılın qəhvəyi, qara, oxra və bənövşəyi rənglərlə kombinasiyasını ideal hesab edir. Bu mövsüm üçün belə bir rəng palitrası Stella McCartney tərəfindən də təqdim edilir.
Moda dizaynerlərinin sevimli rəngi olan yaşıla boyanmış sviter, palto, şalvar, çəkmələrlə qarderobunuzu doldurmağı təklif edirik. Gələcək mövsümdə sizə faydalı olacaq 16 yaşıl paltar və aksessuar nümunələrini də Vogue dəb həvəskarlarına təqdim edir. Yaşıl -  malaxitdən tünd zeytun rənglərinə qədər, payız və qış gözünüzə rahatlıq verəcək geyim tərzini nümayiş etdirir:
Vodolazka Stella McCartney
Top Tom Ford
Şalvar Gucci
Palto P. A. R. O. S. H.
Çəkmələr Gia
Pulover Bottega Veneta
Şalvar Acne Studios
Palto Marni
Kedlər Anderson
Çanta Dragon Diffusion
Çanta Bottega Veneta.
Hər cür zövqə uyğun gözəllik. Bəyənin, seçin, əldə edin, geyinin.

Şəkillərdə:
Ganni 2022 payız-qış və Stella McCartney 2022 payız-qış kolleksiyasından yaşıl çalarlı geyim nümunələri.