“Qarabağ mədəniyyəti” adlı ədəbi-bədii tədbir keçirilib

Rate this item
(0 votes)

Fevralın 28-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Televiziyasının tərəfdaşlığı ilə “Qarabağ mədəniyyəti” adlı ədəbi-bədii tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbir Milli Konservatoriyanın xor ansamblının Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməsi və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı, kulturoloq Fuad Məmmədov və Minəxanımın Əsədova tədbir iştirakçılarına Qarabağ mədəniyyəti haqqında danışıblar.

 

Tədbirin bədii hissəsi Bələdiyyə Teatrının Xurşidbanu Natəvana həsr olunmuş kompozisiyası ilə başlayıb.

 

Sonra incəsənət xadimlərinin ifasında musiqi nömrələri səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.02.2024)