Venesiya kinofestivalı bədii və sənədli film arasında sərhədləri silməkdədir

Rate this item
(1 Vote)

Avropanın kino elitasının diqqəti İtaliyanın Venesiya şəhərinə yönəlib. Kinofestival ən qızğın günlərini yaşayır.
“Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən xəbər veriri ki, bazar ertəsi axşam rejissor  Ksavye Cannoli ilə birlikdə "Bütün illüziyaların itirilməsi" filminin aktyor heyəti Venesiya kinofestivalının qırmızı xalısı üzərinə  çıxıb. Filmdə baş rolları Sesil de Frans və Benjamen Vuazen ifa edirlər. Film məşhur şahzadə və bədheybət haqqında folklor motivlərinə əsaslanan, Onore de Balzakın yazdığı nağıl muzikl janrında çəkilmişdir, vokal və xoreoqrafiyadan geniş istifadə olunmuşdur.
Növbəti təqdim edilən film Charlotte Gensbur və Tim Roth  tərəfindən baş rollar ifa edilən, meksikalı rejissor Mişel Frankonun "Qürub" filmidir. Bu, məşhur Akapulkoda tətil edən  İngilis ailəsinin hekayəsidir, lakin birdən-birə onların idilliyaları məhv edilir və əsas qəhrəman şiddət və təkliklə üzləşir.
"O, gəzintiyə gedir. Zorakılıq və zorakılığın olmaması, təbiətin gözəlliyi və ətrafda çirkab. Gah belə, gah elə. O, bütün bunların içərisində özünü tapır və onu əhatə edən hər şeyi qəbul edir", — baş rolun ifaçısı, aktyor Tim Roth canlandırdığı obraz barədə bunları deyir.
Mikelancelo Frammartinonun  "Deşik" filmi isə İtaliyanın ən dərin mağarasında çəkilib. Film mağaranın dəqiq dərinliyini müəyyən etməyə çalışan speleoloqlar qrupu haqqında danışır. Filmdə peşəkar aktyorlar və səhnə musiqisi yoxdur. Çəkilən həqiqətən peşəkar speleoloqlardır. Tənqidçilər məhz bu film barədə qeyd edirlər ki, Venetsiya kinofestivalı  bədii və sənədli filmlər arasında sərhədləri silməkdədir.

Şəkillərdə: “Bütün illüziyaların itirilməsi" filminin aktyor heyəti Venesiya kinofestivalının qırmızı xalısı üzərinə çıxır. Filmdən fraqment.