Azərbaycan və Türkiyənin birgə istehsal etdikləri “Nisan” filmi ictimaiyyətə təqdim olundu

Rate this item
(0 votes)

“Hyatt Regency” hotelində “Nisan” filminin təqdimatına filmi ərsəyə gətirən hər iki ölkədən olan yaradıcı heyət qatılmışdı. Rejissor İbrahim Bülbül, “Sənət Akademiyası”nın direktoru Səbuhi Zaman, Türkiyənin Eslem Film Yapım şirkətinin rəhbəri Erhan Ufakı, aktyor Rəşad Kəsəmənli və başqaları çıxış edərək film barədə məlumat verdilər.
Qeyd edək ki, bu ilin aprelinində Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi ilə Eslem Film Yapım Şirkəti arasında qardaş Türkiyənin sənət adamlarının təcrübəsindən bəhrələnmək və yeni istedadlı gənclərin yetişdirilərək üzə çıxarılması məqsədilə “Sənət Akademiyası” adlı təhsil mərkəzi təsis edilib. Akademiyanın fəaliyyəti təkcə tədrislə kifayətlənmir, eyni zamanda, film və serial istehsalı ilə bağlı da planlamalar hazırlayır - bir tərəfdən akademiyada tanınmış türk ulduzları həm aktyorluq dərsləri keçirlər, digər tərəfdən də film istehsalı ilə bağlı ciddi çalışmalar aparılır. Məhz buna görə də qısa zaman içərisində Türkiyənin Eslem Film Yapım şirkəti Bakıda çəkilişlərə başladı, ilk layihə - “Nisan” adlı film çəkildi. Filmdə  hər iki qardaş ölkədən tanınmış aktyorlar çəkiliblər.
Baş rolları Türkiyənin dünyaca məşhur “Kurtlar Vadisi” serialından tanıdığımız Erhan Ufak və əslən Makedoniyadan olan Almaniya vətəndaşı Canan Nəzirova ifa edirlər.

Şəkillərdə: Təqdimat mərasimindən və filmdən görüntülər