İki il Ennio Morrikonesiz

Rate this item
(0 votes)

Ennio Morrikone adı çoxlarına adi gəlirsə də çoxları üçün də qeyri-adidir, qəlbləri titrədən, riqqətə gətirən güc var onda.
Ölümlər adiləşib deyə olsun ki, ilk baxışda bu ölüm də adi görünə bilər. Amma 2020-ci ilin bugünkü 6 iyul günündə Ennio Morrikone vəfat edib, dahi italyan bəstəkarı. Maestro, instrumental musiqinin canlı klassiki, 20-ci əsr musiqi intibahının sonuncu nümayəndəsi, 400-dək kinoya musiqi bəstələmiş, dəfələrlə Oskar, Gremmy, BAFTA, Qızıl qlobus  mükafatlarına layiq görülmüş dahidən dahi idi o.
Milyonlar üçün Ennio Morrikone hər şeydən əvvəl həm də ən sevdikləri və dəfələrlə yenidən baxdıqları  “Bir dəfə Amerikada”, “Peşəkar”, “Sprut”, “Yaxşı, pis, qəzəbli” filmlərinin bəstəkarı idi.
Budur, artıq iki ildir ki, dünya musiqisində bütöv bir epoxaya son qoyulyb. Kədərin mübarək, dünya!

Fotolarda: Ennio Morrikonne; “Bir dəfə Amerikada” filmindən kadr.