Parisdə Assosiasiyalar Forumunda mədəniyyətimiz təşviq edilib

Rate this item
(0 votes)

Parisin 15-ci rayonunun meriyasının qarşısında ənənəvi Assosiasiyalar Forumu mədəniyyət tədbiri keçirilib. Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) Foruma iştirak edib.

 

AzərTAC xəbər verir ki, ADFA-nın stendində mədəniyyətimizin təşviqi məqsədilə nəşr edilmiş kitab və broşurlar, xalçalar, mis qablar nümayiş olunub. Stendin ziyarətçilərinə tariximiz və mədəniyyətimiz haqqında məlumat verilib. Forum çərçivəsində təşkil edilmiş musiqi proqramında milli rəqsimiz təqdim olunub. Foruma gələn 15-ci rayonun meri ADFA-nın stendini ziyarət edib.

 

Qeyd edək ki, çoxsaylı assosiasiyaların qatıldığı tədbirdə Fransa paytaxtında yaşayan xalqların nümayəndələri öz mədəniyyətlərini bu Forumda təşviq edirlər. Forum çərçivəsində assosiasiyalar il ərzində planlaşdırdıqları mədəniyyət proqramları haqqında məlumat verir və yerli sakinləri məlumatlandırırlar.

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2023)