O, həqiqətən gözəlliklər yaradırdı

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalı Sumqayıtın tanınan jurnalisti Ramil Yaqub Zeynallının növbəti təqdimatını təqdim edir: Sumqayıtda adına küçə olan, yaşadığı binaya xatirə lövhəsi vurulan və 30 il baş həkim işləyən İzzət Sadıxov kimdir?

 

Məşhur insanları tanımaq hər kəsin ümdə borcudur. Təbii ki, biz müğənniləri, idmançıları yaxşı tanıyırıq. Bəs həkimləri necə? 

İzzət Sadıxov 15 yanvar 1926-cı ildə doğulub. 1949-cu ildə Moskva Tibb İnistitutunu bitirib. 1951-1954-cü illərdə Yevlax rayonunda həkim–cərrah kimi fəaliyyət göstərib. 1949-cu ildən 1955-ci ilə kimi Moskva şəhərində cərrah işləyib. O,1955-1965-ci illərdə Sumqayıt şəhər poliklinikasında baş həkimin müavini, 1965-1967-ci illərdə Şəhər xəstəxanasında cərrahiyə şöbəsinin müdiri, 1967-ci ildən 1997-ci ilə kimi Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1957-ci ildə tibb elmləri namizədi elmi dərəcəsini alıb. 20 elmi işin müəllifidir.

Dəfələrlə həkim–cərrah ixtisası üzrə və sosial gigeyena və səhiyyənin təşkili üzrə Dövlət Həkimlərin təkmilləşdirmə İnstitutunda kurslar keçərək ali dərəcəli həkim adı verilib.

1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tibb doktoru, dəfələrlə Sumqayıt şəhər sovetinin deputatı seçilib.

O, 1997-ci ildə vəfat edib.

İzzət Sadıqov Sumqayıt və sumqayıtlılar üçün çox xeyir verib, bunu danmaq olmaz. 

İ. Sadıxovun oğlu Rauf Sadıxov atasının yolunu davam etdirir. O, hazırda Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimidir.

Digər oğlu Camal Sadıxov "Azəravtoyol"da çalışır.

Başqa bir oğlu Sadıq Sadıxov isə Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyətinin sədridir.

Məşhur şəxs və onun ailəsi barədə bu qədər.

 

“Ədəbiyyat və incəsənət”

(22.08.2023)