Bülbülün Memorial Muzeyində Beynəlxalq Ev-Muzeyləri Günü qeyd olunub

İCOM-un (Beynəlxalq Muzeylər Şurası) Ədəbiyyat və Bəstəkarların Muzeylərinin Beynəlxalq Komitəsi (ICOM-ICLCM), Tarixi Ev-Muzeylərinin Beynəxalq Komitəsi (ICOM-DEMHIST) və İtaliya Milli Xatirə Muzeylərinin Assosiasiyasının elan etdiyi "Beynəlxalq Ev-Muzeyləri Günləri" bu il 18-19 aprel 2026-ci il tarixlərində keçirildi.

 

Bu əlamətdar gün münasibətilə Bülbülün Memorial Muzeyində Şövkət Ələkbərova adına 20 saylı 11 illik uşaq musiqi məktəbinin şagirdlərindən ibarət konsert proqramı baş tutub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Muzeydən məlumat verilib.

Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

 

“Ədəbiyyat və incəsənət”

(20.04.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.