Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar olaraq, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi tədbirlərə qatılmaqda davam edir.
23 fevral 2026- cı il tarixində Bakı şəhərinin Nərimanov rayonunda yerləşən Natiq Tağıyev adına 212 nömrəli tam orta məktəbində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbirdə şagirdlər faciənin ağrısını ifadə edən şeirlər söylədi, qələbəyə olan inamımızı əks etdirən zəfər ruhlu nəğmələr ifa etdilər. Milli ruhumuzun rəmzi olan 'Xarıbülbül' və 'Sarı gəlin' rəqsləri tədbirə xüsusi bir duyğusallıq qatdı.
Məktəbin direktor müavini Nüşabə xanım və təşkilatçı Elnarə Məmmədova çıxış edərək bu cür faciələrin yaddaşlarda əbədi qalmasının, tariximizi unutmamağın vacibliyini vurğuladılar.
Tədbirdə qonaq qismində iştirak edən AMEA-nın Tarix İnstitutunun əməkdaşı Arzu xanım ilə birgə "Ədəbiyyat və İncəsənət" portalının əməkdaşı, bəndəniz Ülviyyə Əbülfəzqızı öz çıxışlarında erməni vəhşiliyinin acı faktlarından, xalqımızın çəkdiyi müsibətlərdən və haqq səsimizin dünyaya çatdırılmasının önəmindən söz açdılar.
Allah şəhidlərimizə rəhmət eləsin! Ruhları qarşısında baş əyirik.
“Ədəbiyyat və incəsənət”
(25.02.2026)


