Kitab həvəskarlarının Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 1-də Bakı Ekspo Mərkəzində XI Bakı Beynəlxalq Kitab Sərgisi başlanır.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 7-dək davam edəcək builki sərgi “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunub.

Sərgidə iştirak etmək istəyənlərin metronun “Elmlər Akademiyası” (09:00 - 17:00), “28 May” (09:00 - 17:30) və “Koroğlu” (09:00 - 18:00) stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

Avtobusların Bakı Ekspo Mərkəzinə yola düşmə və geri dönüşünü əks etdirən cədvəli təqdim edirik.

 

“Ədəbiyyat və incəsənət”

(01.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.