RƏSM QALEREYASI

RƏSM QALEREYASI (249)

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Məşhur rəssamlarımız sırasında bir ad da var - Yuran Məmmədov.

O, 1934-cü ilin 15 aprelində Naxçıvan şəhərində anadan olub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Akademiyasını, 1960-cı ildə isə Leninqradda İ.Y.Repin adına Rəssamlıq Akademiyasını bitirib.

 

Sənət yaradıcılığı

 

Protret, natürmort, tematika kompozisiyalı tablolar  yaradıb. 18 ildən çox Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında quruluşuçu rəssam işləyib, onlarla tamaşaya tərtibat verib:

 

1. "Ölülər", "Dəli Yığıncağı" Cəlil Məmmədquluzadə

2. "Oqtay Eloğlu" Cəfər Cabbarlı

3. "Yağışdan çıxdıq, yağmura düşdük" Nəcəf bəy Vəzirov

4. "Sənsiz" Şıxəli Qurbanov

5. "Günəş" Hüseyn Razi

6. "Alınmaz qala" Həsən Elsəvər

7. "Toros canavarları" Əziz Nesin

8. "Ağır cəza" R.Kauqver

 

Tabloları

 

- Haçadağ

- Batabat

- Əlincə qalası

- Vayxır kəndi

- Araz

- Şahbuz mənzərələri

- Naxçıvanda bahar

- Bizim ailə

- Vətən uğrunda

 

Naxçıvanda, Bakıda, Leninqradda (indiki Sankt-Peterburq), Baltikyanı respublikalarda fərdi sərgiləri keçirilib. Əsərləri Rauf Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində və s. muzeylərdə saxlanılır.

 

Xatirəsinə həsr olunmuş sərgilər

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı ilə Bakıda Vəcihə Səmədova adına sərgi salonunda 70 illik yubileyi münasibətilə anım günü və əsərlərinin sərgisi keçirilib.

Rəssamın Moskvada Dekorativ-Tətbiqi İncəsənət Muzeyində “Narın rəngi”,  Krokus-Ekspoda “Üslub və müasirlik”, Mərkəzi Rəssamlar Evində “Tütək səsi”, “Səmanın ənginliyində” adlı sərgiləri keçirilib. 2014-cü ilin iyun ayında rəssamın 80 illik yubileyi münasibətilə Moskvada və Bakıda əsərlərinin fərdi sərgiləri açılıb.

 

O, 18 iyul 1984-cü ildə Riqada vəfat edib, Naxçıvanda dəfn edilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2025)

 

Cümə, 18 İyul 2025 08:05

Naxçıvandan Riqayadək

Written by

RƏSM QALEREYASI: Klod Mone, “Bağda qadın”

 

Dünyanın ən məşhur impressionist rəssamı, fransız Klod Mone “Bağda qadın” rəsmində canlı və cansız gözəlliyin vəhdətini ortaya qoyub.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2025)

Cümə axşamı, 17 İyul 2025 12:15

RƏSM QALEREYASI: Klod Mone, “Bağda qadın”

Written by

RƏSM QALEREYASI: Huihuabiji, “Şaxta və qız”

 

Tanınmış Çin rəssamı Huihuabiji “Şaxta və qız” rəsmini kömürlə çəkib.

Bazar ertəsi, 23 İyun 2025 12:48

RƏSM QALEREYASI: Huihuabiji, “Şaxta və qız”

Written by

Tanınmış rəssam Soltan Soltanlının “Cəzalanmış at” rəsmi onun ən uğurlu əsərlərindəndir və əslində, özündə çox dərin məna ehtiva edir. 

Yəni, rəsmə diqqətlə baxıb məna çıxarmağı izləyicidən tələb edir.

(Katan, yagli boya. 108x88)

 

“Ədəbiyyat və incəsənət”

(10.06.2025)

Çərşənbə axşamı, 10 İyun 2025 12:15

RƏSM QALEREYASI: Soltan Soltanlı, “Cəzalanmış at”

Written by

RƏSM QALEREYASI: Sabina, avtoportret

 

Rəsm qalereyasında təqdim edilən bu tablonu alman qız Sabina çəkib, heç bir rəsm təhsili almayıb. Özü də pastel karandaşlarla göy kağız üzərində çəkib, bunu etmək çox çətindir.

Cümə, 06 İyun 2025 13:13

RƏSM QALEREYASI: Sabina, avtoportret

Written by

RƏSM QALEREYASI: Maykl Ceyms Smit, “Mənzərə”

 

İngilis rəssam Maykl Ceyms Smit uşaqlıqdan çəkdiyi rəsmlərlə hamını heyrətləndirirmiş. Onun çəkdiklərini fotodan əsla fərqləndirmək olmur. Bu gördüyünüz təbiət mənzərəsini o yağlı boya ilə çəkib, hər bir yarpağa günlərini həsr edib.

Cümə axşamı, 29 May 2025 11:15

RƏSM QALEREYASI: Maykl Ceyms Smit, “Mənzərə”

Written by

Rəsm qalereyası: Zoltan Preyner, “Üzümlə natürmort”

 

Macar rəssanı Zoltan Preynerin (1955) “Üzümlə natürmort” rəsmini təqdim edirik. Çox canlıdır, deyilmi?

Norveç rəssamı Hans Dalın (1849-1937) bu rəsmi onun təbiət vəsfinə hesablanmış bir çox rəsmlərindən ən məşhurudur.

Bazar ertəsi, 28 Aprel 2025 11:43

RƏSM QALEREYASI: Hans Dal, “Artist”

Written by

Rəsm qalereyası: Mixail Suffçinski, “Yaşıl ev”

 

Polyak rəssamı Mixail Suffçinski (Michal Suffczynski) müasirimizdir, 1969-cu il təvəllüdlüdür. Amma çəkdikləri Renessans dövrü şedevrləri qədər gözəldir. Elə bu təqdim edilən rəsmə baxın. Orada günəş işığı o qədər canlıdır ki, hətta ən yüksək meqapikselli fotoobyektiv belə çəkə bilməz.

 

“Ədəbiyyat və incəsənət”

(25.04.2025)

 

Yunan əsilli, Özbəkistanda doğulmuş və Meksikada yaşayan Dmitriy Spirosun “Yay yağışı” rəsmi “Yağış” seriyasındandır.

Cümə axşamı, 03 Aprel 2025 16:47

Rəsm qalereyası: Dmitriy Spiros, “Yay yağışı”

Written by
1 -dən səhifə 18

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.