ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

 

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2022-ci il ölkəmizdə “Şuşa İli” elan olunub. Dövlət başçısının mədəniyyət paytaxtımızla bağlı bu sərəncamı Mədəniyyət Nazirliyinin də üzərinə müəyyən öhdəliklər və ciddi vəzifələr qoyur. Nazirliyin yaydığı məlumata görə, bu mötəbər hadisəni rəhbər tutaraq, Mədəniyyət Nazirliyi qədim şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə start verir.

Şuşa şəhəri Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malikdir. Şuşanın zəngin mədəniyyətini daha geniş əhatə etmək üçün layihə yeddi bölmədən ibarət olacaq: “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu”.

Layihə çərçivəsində hazırlanan məlumatların internet məkanında, o cümlədən sosial media hesablarında yayımlanması nəzərdə tutulur. Təbliğat materialları ilkin olaraq Mədəniyyət Nazirliyinin rəsmi “Facebook”, “İnstagram” və “Twitter” səhifələrində yayımlanacaq.

 

Sankt-Peterburqun Mariinski Teatrında Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə “Min bir gecə” baleti təqdim edilib.

 

AzərTAC xəbər verir ki, “Min bir gecə” baleti Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi, tanınmış xoreoqraf, həmyerlimiz Eldar Əliyevin quruluşunda səhnələşdirilib. Tamaşada Mariinski Teatrının simfonik orkestri və xoruna Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev dirijorluq edib. Musiqi dolğunluğu, rəngarəng harmonik dil və orkestrləşdirmə, səmimi lirika səhnələri ilə zəngin “Min bir gecə” baleti yerli sənətsevərlər tərəfindən alqışlarla qarşılanıb. Tamaşa anşlaqla keçib.

Səhnə əsərinin nümayişindən sonra tədbirdə fəxri qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov xoreoqraf Eldar Əliyevi, dirijor Əyyub Quliyevi və teatrın solistlərini uğurlu çıxışları münasibətilə təbrik edib. Diplomat Fikrət Əmirovun dahi əsərinin yeni quruluşda Rusiyanın aparıcı teatrının səhnəsində ifa edilməsini mədəni əlaqələrin inkişafında mühüm hadisə adlandırıb.

Mədəniyyət xadimləri qarşısında çıxış edən baş konsul Sultan Qasımov Mariinskiy Teatrının rəhbərliyinə və artistlərinə, həmçinin orkestrə Azərbaycanın dünyaşöhrətli bəstəkarı Fikrət Əmirovun ölməz “Min bir gecə” əsərini uğurla səhnələşdirdiklərinə görə minnətdarlığını bildirib. Tamaşanın yekununda balet truppasının üzvlərinə baş konsulluq adından gül dəstələri hədiyyə edilib.

Tədbirin yekununda baş konsul Sultan Qasımov Mariinskiy Teatrının rəhbərliyi və balet truppası ilə xatirə şəkili çəkdirib.

Çərşənbə axşamı, 25 Yanvar 2022 15:44

Məşhur fransız kuturyesi Thierry Magler vəfat edib

Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir. 

73 yaşlı moda dizaynerinin şöhrətinin zirvəsi Avropada ilk dəfə Moda nümayişini Paris konsert salonunda rok festivalına çevirən və moda evinin on illiyini qeyd etmək üçün təxminən 6 min tamaşaçı toplayan səksəninci illərə təsadüf edir.

1992-ci ildə Thierry Magler satış lideri olan "Angel" ətriyyatını buraxaraq növbəti likə imza atdı.

2002 -ci ildə dizayner Moda Evinin yaradıcı direktoru vəzifəsini tərk etdi, lakin məşhurlarla əməkdaşlıq etməyə və nümayişlər keçirməyə davam etdi. Onun istedadının ulduz pərəstişkarları arasında Lisa Minnelli, Milen Farmer, Kim Kardaşyan (üzdəniraq), Beyons, Lady Gaga və bir çox başqaları var idi. 

Thierry Maglerin təbii səbəblərdən öldüyü bildirilir. Modelyer Jan-Batist Rujun sözlərinə görə, ustanın ölümü onun üçün gözlənilməz olub. Kuturye  çox işləyirdi, həftənin əvvəlində yeni layihələr haqqında məlumat verməyi planlaşdırırdı. 

Amma əcəl imkan vermədi.

Çərşənbə axşamı, 25 Yanvar 2022 15:43

Türkiyənin tanınmış aktrisası Fatma Girik vəfat edib

 

Türkiyənin "Yaşılcam" səhnəsinin məşhur aktrisası Fatma Girik İstanbulda müalicə aldığı xəstəxanada 79 yaşında dünyasını dəyişib.

SonDakika xəbər ajansının məlumatına görə, sənətçi covidə tutulmuşdu, müalicə alırdı. 

1942-ci il dekabrın 12-də İstanbulda anadan olan aktrisa 1957-ci ildə “Ləkə” filmi ilə kinoda ilk addım atıb. 180 ekran əsərində rol alan Fatma Girik “Rabiyə", " Böyük and", "Övlad" kimi filmləri ilə sevilib.

 

Yanvarın 19-dan 23-dək Madriddə keçirilmiş 42-ci illik Beynəlxalq FITUR-2022 turizm sərgisi işini başa çatdırıb. Turizm sənayesində ən iri tədbir olan FITUR sərgisi bütün dünyada turizm sektoru nümayəndələrinin görüşü üçün nadir bir məkan, habelə kommersiya müqavilə və sazişləri bağlamağa şərait yaradan əla biznes vasitəsidir.

 

AzərTAC xəbər verir ki, FITUR-2022 turizm sərgisinin işində dünyanın 107 ölkəsindən 7000 şirkət iştirak edib.

Qeyd etmək lazımdır ki, Berlində (ITB) və Londonda (WTM) təşkil edilən analoji sərgilərdən fərqli olaraq Madrid sərgisi (FITUR) 2020-ci il və 2021-ci illərdə COVID-19 pandemiyası səbəbindən ləğv edilməyib və oflayn rejimdə keçirilib.

FITUR-2022 turizm sərgisi pandemiyadan əvvəlki miqyası, əsas arzusu, əvvəllər olduğu kimi təhlükəsiz və məhdudiyyətsiz səyahət etməkdən ibarət olan ziyarətçilərin və burada nümayiş etdirilən eksponatların sayı hər kəsi təəccübləndirib. 42-ci Madrid turizm sərgisi 110.193 ziyarətçini qəbul edib. Bütün proqnozları üstələyən bu göstərici COVID-19 pandemiyası ilə əlamətdar olan iki ildən sonra beynəlxalq turizmin bərpa olunacağına nikbinlik yaradıb. Rəqəmsal dünya ilə əyani ünsiyyəti əlaqələndirən hibrid model sayəsində FiturLIVEconnect platforması 33 mindən çox istifadəçiyə xidmət etmək imkanı yaradıb. Bütün platformalarda #FITUR-2022 həştəqinin əhatə dairəsi 600 milyondan çox potensial baxış imkanı yaradıb. Beləliklə, builki sərgi sosial medialarda ən yaxşı tədbir kimi qiymətləndirilir. Beynəlxalq sərginin gəliri 150 milyon avrodan çox olub.

Azərbaycan turizm sərgisində Dövlət Turizm Agentliyinin və Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin təşkilati dəstəyi ilə təmsil olunub.

Beynəlxalq sərginin işində Azerbaijan Tourism Board, Avantage Group və başqaları iştirak ediblər. Sərgidə Azərbaycanın turizm potensialını əks etdirən stend ingilis və ispan dillərində materiallarla təmin edilib. Sərgi çərçivəsində İspaniyanın və digər ölkələrin turizm şirkətləri ilə işgüzar görüşlər keçirilib.

2022-ci ilin Azərbaycanda Şuşa İli elan edilməsi ilə əlaqədar sərgidə Azərbaycanın mədəniyyət paytaxtı, milli musiqi və ədəbiyyatımızın beşiyi, bənzərsiz gözəlliyə malik olan incisi Şuşaya həsr edilmiş guşə tərtib edilib.

Ölkəmizin turizm brendi bu dəfə də “Azərbaycan – yeni baxışla nəzər sal” şüarı ilə təqdim edilib. Bu, Latın Amerikasından olan turistlərin Azərbaycan – zəngin tarixi, mədəniyyəti, milli mətbəxi və qonaqpərvərliyi ilə seçilən ölkəmiz barədə təsəvvürlərini həqiqətən yeniləşdirmək imkanı verib.

Gözlənildiyi kimi, sərgidə Azərbaycana çox böyük maraq müşahidə olunub. Ölkəmizi təmsil edən şirkətlər Azərbaycanın turizm potensialını fəal təbliğ ediblər.

Bu barədə bazar ertəsi qurumun baş qərargahında qərar qəbul edilib. Az öncə ABŞ, Böyük Britaniya və Fransa  öz diplomatlarını Kiyevdən təxliyyə edib. 

Foto: Euronews

 

C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 1969-cu ildə istehsal etdiyi “Bir cənub şəhərində” bədii filmi rəqəmsal formatda bərpa olunub.

 

Filmin bərpası “Balans” Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən həyata keçirilib.

Yanvarın 27-də “Nizami” Kino Mərkəzində sözügedən ekran əsərinin yenilənmiş versiyası nümayiş olunacaq.

Rüstəm İbrahimbəyovun ssenarisi əsasında rejissor Eldar Quliyevin quruluş verdiyi filmdə əsas rollarda Həsən Məmmədov, Eldəniz Zeynalov, Hacımurad Yegizarov, Süsən Məcidova, Almaz Əsgərova və başqaları çəkiliblər.

Xatırladaq ki, “Balans” studiyası bundan öncə Tofiq Tağızadənin 1960-cı ildə çəkdiyi “Mateo Falkone”, Həsən Seyidbəylinin 1973-cü ildə quruluş verdiyi “Nəsimi" filmlərini rəqəmsal formatda bərpa edib.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova ilə görüşüb.

 

Fonddan AzərTAC-a bildirilib ki, görüşdə Azərbaycanın, bütövlükdə türk dünyasının zəngin adət-ənənələrinin, mədəniyyətinin təbliği məqsədilə birgə həyata keçirilən layihələr barədə müzakirələr aparılıb. Gülnarə Xəlilova fond üçün xüsusi hazırladığı Azərbaycan milli geyim nümunələrini təşkilatın muzeyinə hədiyyə edib.

Qeyd edək ki, keçən ilin noyabr ayında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda birgə əməkdaşlıq çərçivəsində Gülnarə Xəlilovanın Qarabağ bölgəsinə xas geyim nümunələrindən ibarət “Qarabağ” milli geyim kolleksiyasının təqdimat mərasimi keçirilib. Başlanğıcını türk dünyasının ən qədim yazılı abidələrindən olan "Kitabi-Dədə Qorqud" eposundan götürən kolleksiya, əsrlər boyu formalaşmış milli adət-ənənələri özündə təcəssüm etdirir. Milli geyimlərdə Qarabağın 12 tarixi şəhəri – Ağdam, Ağdərə, Cəbrayıl, Füzuli, Xankəndi, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Zəngilan əks olunub.

Təqdimat Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ilə qazanılan Şanlı Zəfər Gününə həsr olunub.

Tədbirdə Azərbaycanın görkəmli dövlət, ictimai və mədəniyyət xadimləri, səfirlər, beynəlxalq təşkilatların rəhbərləri iştirak edib.

 

Milli Məclisin Mədəniyyət komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, videokonfrans formatında keçirilən iclası açan komitə sədrinin müavini Fazil Mustafa gündəlik barədə məlumat verib.

 

Sonra komitədə 2021-ci ilin payız sessiyasında görülən işlərin hesabatı təqdim edilib. Fazil Mustafa diqqətə çatdırıb ki, ötən müddətdə komitənin 14 iclası keçirilib, 21 məsələyə baxılıb, 6 qanun layihəsi, o cümlədən bir sıra qanunlara dəyişiklik və əlavələrin edilməsi barədə məsələlər müzakirə olunub. Qeyd olunub ki, komitə üzvləri, həmçinin “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” və “Turizm haqqında” qanun layihələri ilə bağlı müzakirələrdə iştirak ediblər, qeyd və təkliflərini bildiriblər.

Diqqətə çatdırılıb ki, payız sessiyası ərzində komitənin ünvanına 1012 müraciət daxil olub. Müraciətlər baxıldıqdan sonra lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Daha sonra iclasda komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı barədə məlumat verilib. Komitə sədrinin müavini bildirib ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanunvericilik aktları, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Plana əsasən, parlamentin digər komitələrindən daxil olan layihələrə rəy və təkliflərin hazırlanması, habelə dinləmələrin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, komitə üzvləri tərəfindən vətəndaşların qəbulu, daxil olan müraciətlərlə iş, 2022-ci ilin yaz sessiyası dövründə komitənin fəaliyyətinə dair hesabatın hazırlanması ilə bağlı müddəalar da iş planında öz əksini tapıb.

Müzakirələr zamanı çıxış edən deputatlar Sabir Rüstəmxanlı və Novruzəli Aslanov payız sessiyasında komitə sədrinin və üzvlərinin səmərəli fəaliyyət göstərdiyini qeyd ediblər, yaz sessiyasının iş planı barədə fikir və təkliflərini səsləndiriblər.

Tədbirdə Mədəniyyət komitəsinin 2021-ci ilin payız sessiyasında görülən işlər barədə hesabatı qənaətbəxş hesab edilib, komitənin 2022-ci ilin yaz sessiyası üçün iş planı təsdiqlənib.

Onlayn iclasda komitə üzvləri Ülviyyə Ağayeva, Nizami Cəfərov, Əziz Ələkbərov, Cavanşir Feyziyev, Ülviyyə Həmzəyeva, Mixail Zabelin iştirak ediblər.

 

Milli Məclisin Mədəniyyət komitəsinin 2022-ci ilin yaz sessiyasında qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanunvericilik aktları, “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

 

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Mədəniyyət komitəsinin iş planına əsasən, yaz sessiyasında parlamentin digər komitələrindən daxil olan layihələrə rəy və təkliflərin hazırlanması, habelə dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.