İlhamə Məhəmmədqızı,
“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi
Bu günlərdə Sumqayıt şəhər Əli Kərim adına Poeziya klubu və Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə Sumqaylt şəhər Poeziya evində tanınmış şair Elman Tovuzun anadan olmasının 65 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə Əli Kərim adına Poeziya Klubunun müdiri, şair-tərcüməçi İbrahim İlyaslı açdı. O, Elman Tovuzun həyat və yaradıcılığı, ədəbiyyatımıza verdiyi töhfələr barədə danışdı, qonaqları salamladı.
Yubiley gecəsini Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin eksperti, şair Əkbər Qoşalı idarə edirdi.
Tədbirdə millət vəkili Aydın Hüseynov, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, şairlər Mikayıl Bozal, Mübariz Məsumoğlu, Zirəddin Qafarlı, Ehtiram İlham, Mənsur Həsənzadə, Ağacəfər Həsənli, Polad İbrahimoğlu, Gülnarə İsrafil və bədii qiraətçi Əli Niyazbəyli çıxış edərək Elman Tovuzun yaradıcılığı, ədəbiyyatımızdakı yeri və sözə sədaqəti barədə danışdılar.
Yubiley tədbirinə aşıqlar da rəng qatdı. Aşıq Elməddin Məmmədli, gənc aşıq Cahid İlyaslı və Aşıq Roman Azadlı çıxış etdilər.
Sonda ailə üzvlərinin adından şairin qardaşı Nəriman müəllim çıxış edərək tədbirə təşrif buyuran qonaqlara, təşkilatçılara və çıxış edənlərə təşəkkürünü bildirdi.
“Ədəbiyyat və incəsənət”
(21.04.2026)


