“Çeşmə” Ədəbi Məclisi Əliyar Mərdiyevin 75 illiyini qeyd edib

 

İlhamə Məhəmmədqızı, 

“Ədəbiyyat və incəsənət” portalının Sumqayıt təmsilçisi

 

Bu günlərdə “Çeşmə” Ədəbi Məclisinin növbəti yığıncağı Dədə Ələsgərin adını daşıyan məkanda keçirilib. Məclisə sədrlik edən qəzəlxan Lilpar Cəmşidqızı tədbirin Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əliyar Mərdiyevin 75 illik yubileyinə və yeni nəşr olunan “Mənim 75-im” kitabının təqdimatına həsr olunduğunu bildirib.

 

Tədbirdə AYB üzvləri Hüseyn Sözlü, Vahid Çəmənli, Əşrəf Pirşağılı, Ağamirzə Qail, eləcə də Mədaxil Cavadlı, Ziyadxan Budağ və digər şairlər çıxışlarında yubilyarı təbrik edib və şeirlərini səsləndiriblər. 

Məclisə “Xarı Bülbül” jurnalının təsisçisi Cəmafər Əliyeva da qatılıb.

Lilpar Cəmşidqızı tədbirin keçirilməsində dəstəyinə görə “Şahənşah” restoranının rəhbəri Rəşid Süleymanova və Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərliyə minnətdarlığını bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(04.12.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.