8-ci dəfə “Uluslararası FeminİSTANBUL Kadın Şiiri Festivali” keçirildi

 

UNESCO-ya bağlı uluslararası şeir təşkilatları içində yer alan “Uluslararası FeminİSTANBUL Kadın Şiiri Festivali” bu il 8-ci dəfə 21-23 noyabr 2025 tarixində, İstanbulda Kartal Bələdiyəsinin dəstəyiylə düzənləndi. 

 

“Gazze katliamından sonra medeniyetten ve insanlıktan söz edilebilir mi?” şüarı ilə yola çıxan FeminİSTANBUL qadın olmanın problemlərinə dair dünyəvi bir fikir, sənət ve dialoq platformu olma hədəfini irəli sürür.

Festivalın ilk günü saat 18:00-da Kartal Soğanlık Kültür Mərkəzində gerçəkləşdi. İkinci günü isə saat 14:00 -20:00 arasında Ataşehir Yeditepe Universitetində baş tutdu.

"8. Uluslararası FeminİSTANBUL Kadın Şiiri Festivalı"nın Ana temasını qadın, qadın problemləri, qadın kimliyi, qadın şəxsiyyətı, yəni qadına dair hər sahədəki vəziyyət, durum və hadisə təşkil edir. Bu festival cinsiyyətçi ya da salt feminist bir festival olmamaqla yanaşı Türkiyədə bir ilk olaraq nəzər diqqəti cəlb edir. Bu festivala dünyanın bir çox ölkələrindən - Çin, Avstraliya, Yeni Zellandiya, Vyetnam, Rusiya, ABŞ, Peru, Kuba, Çili, Boliviya, İran, bütün ərəb ölkələri,  Avropa ölkələri, Malaziya, Hindistan və nəhayət Azərbaycandan  şairlər qatıldı. Azərbaycanı bu festivalda tarix üzrə fəlsəfə doktoru, şair-yazar, tərcüməçi Həyat Şəmi təmsil edirdi.

Adı çəkilən ölkələrdən gələn şair qadınlar öz ölkələrindəki qadınların problemlərini şeirlərlə dilə gətirdilər, birlikdə  çözüm yolları aradılar  və ulusal geyimlərində öz dillərində şeirlər oxudular.

"Gazze Katliamından Sonra Medeniyetten ve İnsanlıktan Söz Edilebilir mi?" şüarı festivalın əsas qayəsini təşkil edirdi.

Bu ilin şüarını festival direktoru Op. Dr. Hilal Karahan belə açıqladı:  “Theodor Adornonun, 1949-cu ildə önə sürdüyü, ünlü “Auschwitz’den sonra şeir yazmaq barbarlıqdır” fikrinə  istinadən soruşuruq: "Gazze katliamından sonra medeniyetten ve insanlıktan söz edilebilir mi?"

Bütün dünyanın gözü önündə gerçəkləşən bir qətliamda, aclıqdan ölən körpələr,  zövq üçün güllələnən ya da diri-diri yandırılan uşaqlar, çörək növbəsinə duran insanlara yağdırılan  bombalar, füzeylə partladılan xəstəxanalar və bütün bu şərtlərdə qəhr olan analar olduqca, müasir dövrün “mədəniyyət” ve “insanlıq” anlayışları anlamını itirmişdir. Ukrayna ve Rusiya arasında çıxan müharibəni ekranlarımızda bir holoqram kimi izlərkən, indi  Fələstin, Yəmən, Livan, İran, Suriya od-alov əhatəsindədir. 

... İnsan heç bu gün olduğu qədər insanlıqdan uzaqlaşmamış; mədəniyyətə güvənini bu qədər itirməmişdii! Ona görə də, biz şairlər ən çox qadınlarla məsum körpələrə qıyan bu savaş, xaos və zulmə qarşı səsimizi birləşdirdik. Həm varlığımız, həm də şeirimizlə “yetər!” dedik. Şeir həyatı canlandırır; insana umut verir. Ona görə də, bu anlamda FeminİSTANBUL dünyada,  qız qardaşlığının səsini  duyuran, qadın olmağı qeyd edən və  qucaqlayan tək şeir festivalıdır".

 

“Ədəbiyyat və incəsənət”

(24.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.