İmişlidə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı keçirilib

Rəqsanə Babayeva,

”Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi

 

İmişli rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı təşkil edilib. Konsertdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, millət vəkili Səyyad Aran, YAP İmişli Rayon Təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

 

Konsertdə tanınmış incəsənət nümayəndələri tərəfindən Heydər Əliyev və müstəqil Azərbaycana həsr olunmuş vətənpərvər ruhlu musiqilər ifa olunub, çıxışlar tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Bayram ovqatı yaradan bədii proqram rayon sakinlərində yüksək əhval-ruhiyyə bəxş edib. Tədbir boyunca milli birlik, dövlətçilik ənənələri və vətənə sevgi hissləri xüsusi vurğulanıb, iştirakçılar musiqi nömrələri və səhnə çıxışlarını böyük coşqu ilə izləyərək xoş təəssüratlarla ayrılıblar.

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.