Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
Beyləqan rayon Heydər Əliyev Mərkəzi, Xocavənd rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xocavənd rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocavənd rayon gənclərinin və məktəblilərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev zəkasının və iradəsinin təntənəsi” adlı tədbir ekskursiya təşkil edilib.
Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsinin ziyarət olunması ilə başlayan tədbirdə dövlət Himni səsləndirilib, Ümummilli Liderin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.
Çıxış edən natiqlər tərəfindən Ümummilli Liderin çoxşaxəli fəaliyyəti, fenomenal şəxsiyyəti, Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri diqqətə çatdırılıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının fəal üzvü olaraq, partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə aktiv iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif olunub.
Ekskursiya zamanı bildirilib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev irsinin dərindən öyrənilməsi və tədqiq edilməsi Mərkəzin əsas fəaliyyətlərindən biridir.
“Ədəbiyyat və incəsənət”
(08.05.2026)


