İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən Oğuz Peşə məktəbində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə film nümayişi təşkil edilib.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Mehriban Abbasova açıb. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Heydər Əliyev Fondunun istehsalı olan, Ümummilli lider Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyətindən bəhs edən "İZ" filmi nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər, o cümlədən Oğuz Peşə məktəbinin tədris-təlim işləri üzrə direktor müavini Günay Haşımova Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinin gənclərin milli - mənəvi və vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildiriblər.
“Ədəbiyyat və incəsənət”
(07.05.2026)


