Oğuzda “Sözün zirvəsində bir ömür: Səməd Vurğun" adlı ədəbi-bədii tədbir keçirilib

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon Heydər Əliyev mərkəzinin, Oğuz rayon Uşaq Musiqi məktəbinin, Oğuz şəhər E.Abdullayev adına iki saylı texniki-təbiət təmayüllü liseyin birgə təşkilatçılığı ilə Azərbaycanın Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi münasibətilə "Sözün zirvəsində bir ömür: Səməd Vurğun" adlı ədəbi-bədii tədbir keçirilib.

 

Tədbirdə Oğuz rayon İcra hakimiyyətinin nümayəndələri, Oğuz rayon Heydər Əliyev mərkəzinin, Oğuz rayon Uşaq Musiqi məktəbinin, Oğuz şəhər E.Abdullayev adına texniki-təbiət təmayüllü liseyin kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə Oğuz rayon Heydər Əliyev mərkəzinin direktoru Mehriban Abbasova açıb. Dövlət himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanın Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında" sərəncamı diqqətə çatdırılıb.

Xalq şairinin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş etdirilib. Tədbirin bədii hissəsində Oğuz şəhər E.Abdullayev adına texniki-təbiət təmayüllü liseyin şagirdlərinin ifasında Səməd Vurğunun şeirləri səsləndirilib, "Vaqif" dramından parçalar səhnələşdirilib, Oğuz rayon Uşaq Musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında Səməd Vurğunun şeirlərinə bəstələnmiş musiqilər səsləndirilib.

Tədbirdə çıxış edən Oğuz rayon İcra hakimiyyətinin nümayəndəsi Cavid Həmidov, Oğuz şəhər E.Abdullayev adına texniki-təbiət təmayüllü liseyin direktoru Qəmzə Süleymanova, Oğuz rayon Uşaq Musiqi məktəbinin direktoru Turanə Ramanzanzadə bildiriblər ki, Azərbaycan ədəbiyyatının sönməz günəşi, Xalq şairi Səməd Vurğunun misralarında Vətən torpağının ətri, Azərbaycan insanının mərdliyi və dilimizin saflığı yaşayır. 120 il keçsə də, onun "Azərbaycan" şeiri hələ də hər birimizin qəlbində eyni həyəcanla döyünür.

​Zaman keçsə də, Səməd Vurğun sənəti hər zaman gəncdir və bizimlədir.

Sonda tədbir iştirakçıları "Səməd Vurğun-120"adlı sərgi ilə tanış olub.

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.