Rəqsanə Babayeva,
“Ədəbiyyat və incəsənət” portalının Beyləqan və İmişli təmsilçisi
23 aprel tarixində Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyində Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Mədəniyyət Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi və AYB-nin Beyləqan Bölməsinin birgə təşkilatçılığı ilə Ümumdünya Kitab və Müəllif Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə AYB Beyləqan bölməsinin üzvləri, mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edənlər kitabın cəmiyyət həyatındakı rolu, mütailənin əhəmiyyəti və müəllif hüquqlarının qorunmasından bəhs edib, maraqlı təqdimatlar aparılıb, kitabın insan həyatındakı əvəzsiz rolundan bəhs edilərək, gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Sonda müəllif tərəfindən Beyləqan rayon MKS-nə və Tarix-Diyarşünaslıq Muzeyinə yeni çap nümunələri hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(24.04.2026)


