Oğuz Tarix-Diyarşünaslıq muzeyində sərgi təşkil olunub

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuz rayon Tarix-Diyarşünaslıq muzeyində  uşaqların xarratlıq sənətinə olan marağını və yaradıcılıq bacarıqlarını əks etdirən əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə çoxsaylı əl işləri nümayiş olunmuşdur.

 

“Xarratlıq sənətində uşaq yaradıcılığı” adlı sərgidə muzey eksponatlarına oxşar şəkildə taxtadan hazırlanmış maketlər, milli-məişət əşyalarının miniatür nümunələri və digər yaradıcı işlər nümayiş etdirilib. Bu əl işləri uşaqların həm tarixi irsimizə olan marağını, həm də qədim xarratlıq sənətinə bağlılığını əks etdirir.

Sərginin keçirilməsində əsas məqsəd milli sənətkarlıq ənənələrinin uşaqlar arasında təbliği, onların estetik zövqünün formalaşdırılması və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi idi.

Sərgi izləyicilərin böyük marağına səbəb olmuşdur.

 

“Ədəbiyyat və incəsənət”

(17.02.2026)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.