Həyat gözəldir, özünü bu gözəlliklərdən məhrum etmə!

 

Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”

 

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin təşəbbüsü əsasında Beyləqan rayon Peşə məktəbində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2026- cı illər üçün Dövlət Proqramı”nın  8.4.17-ci bəndinə uyğun olaraq “Həyat gözəldir, özünü bu gözəlliklərdən  məhrum etmə!” adlı maarifləndirici mühazirə təşkil olunub.

 

Çıxışlarda bildirilib ki, narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır. Çünki sağlamlıq insanın yalnız xəstə olmaması deyil, eyni zamanda onun fiziki, psixi və sosial rifahıdır. İnsan üçün dünyada ən əziz varlıq həyatdır, həyatda ən vacib amil isə sağlamlıqdır.

Tədbirin məqsədi gənclər arasında narkotik maddələrin fəsadları haqqında məlumatlandırmanın artırılması, sağlam düşüncə tərzinin formalaşdırılması və düzgün həyat seçimlərinin təşviq edilməsidir.

 

“Ədəbiyyat və incəsənət”

(16.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.