Rəqsanə Babayeva, “Ədəbiyyat və incəsənət”
Beyləqan rayon Mədəniyyət Mərkəzinin İmamverdili kənd klubunun və kənd tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Narkotik vasitələrin psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu il Dövlət Proqramı”nın icrasına dair tədbirlərə uyğun olaraq “Ağıllı gənclik: Sağlam gələcək” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Beyləqan rayon İHB-nın İmamverdili kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəsi, kənd Agsaqqallar şurasının və Kənd bələdiyyəsinin üzvləri, məktəbin müəllim və şagird kollektivi, kənd ictimaiyyətinin nümayəndələri və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib.
Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edənlər narkomaniyanın insan sağlamlığına, həyat keyfiyyətinə və cəmiyyətin sosial-iqtisadi inkişafına ciddi mənfi təsirlər göstərdiyini diqqətə çatdırıblar.
Bildirilib ki, bu təhlükəli problemin doğurduğu fəsadlara qarşı mübarizə bu gün daha da aktuallaşıb və bu sahədə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Sonda narkomaniyanın fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(06.02.2026)


