İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Oğuz rayon MKS-nin filiallarında da silsilə tədbirlər həyata keçirilib.
Tədbirlərin əsas məqsədi 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilmiş qanlı faciə qurbanlarını anmaq, onların əziz xatirəsini yad etmək, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirməkdir.
Bu məqsədlə Oğuz rayon MKS-nin Mərkəzi Kitabxanası və Kərimli, Dəymədərə, Xalxal, Çaldaş, Padar, Xaçmaz, Tayıflı kənd kitabxana filiallarında “20 Yanvar – Qan yaddaşımız”, "Tarixin qan yaddaşı" adlı anım tədbirləri, kompozisiyalar, rəsm müsabiqəsi təşkil edilib.
Anım tədbirində 20 Yanvar hadisələrinin tarixi əhəmiyyəti haqqında məlumatlar verilib , şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmçinin mövzu ilə bağlı videoçarxlar nümayiş olunub, gənc oxucularla maarifləndirici söhbətlər aparılıb, sərgilər təşkil edilib, şəhid qəbirləri ziyarət olunmuşdur.
“Ədəbiyyat və incəsənət”
(20.01.2026)


