Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”
Ötən gün Balakən Rayon Heydər Əliyev Mərkəzində 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər çərçivəsində bayram tədbiri təşkil olunub. Tədbirdə qazilər, Vətən müharibəsi iştirakçıları, Gənclər Evinin əməkdaşları, müxtəlif idarə və müəssisə nümayəndələri iştirak ediblər.
Balakən Uşaq Reabilitasiya Mərkəzinin nümayəndələri də tədbirdə fəal iştirak ediblər. Mərkəzin xüsusi qayğıya ehtiyacı olan uşaqları hazırladıqları əl işlərini və qısa çıxışlarını təqdim ediblər. Onların çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Tədbirin əsas məqsədi Zəfər Gününü fərqli bir prizmadan — cəmiyyətin hər bir üzvünün, xüsusilə də xüsusi qayğıya ehtiyacı olan uşaqların qəlbindəki vətən sevgisini, qəhrəmanlıq duyğularını göstərmək idi.
Sonda şəhidlərin xatirəsi ehtiramla yad edilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlara minnətdarlıq ifadə olunub.
“Ədəbiyyat və incəsənət”
(07.11.2025)


