İlqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət” portalının Cənub təmsilçisi
Masallı rayonunda yerləşən "Alvadıgöl İstirahət Mərkəzi"ndə Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin direktoru, Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla Rəvan xanımın yubileyi və ədəbi yaradıcılıq tədbiri keçirilmişdir.
Tədbirdə əsasən onun rəhbərlik etdiyi təhsil müəssisəsinin müəllim və işçi heyəti yaxından iştirak etmişlər. Tədbirdə çıxış edənlər Şəhla xanımın direktoru olduğu Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbdə nümunəvi və təqdirəlayiq rəhbərliyindən, onun şəxsi həyatındakı dəyərləri və eləcə də ədəbiyyat sahəsinə təqdim etdiyi töhfələrdən söz açmış, yubliyara ən xoş arzuları və diləklərini bildirdilər. Tədbirin gedişatına uyğun olaraq ayrı-ayrı müəllimələr Şəhla xanımın bir-birindən gözəl şeirlərini qiraət etdilər.
Təntənəli şəkildə təşkil edilmiş tədbirdə Şəhla xanım çıxış edərək kollektivə öz səmimi minnətdarlığını bildirmiş, indiyədək bədii ədəbiyyat sahəsində işıq üzü görmüş şeir və ədəbi təhlil kitabları barədə bir-bir iştirakçılara təqdimat edərək qələmə aldığı bu əsərlərin nəşrində səmimi dəstəyinə görə bəndənizə xüsusi təşəkkür etdi.
Şəhla xanım Rəvanın yubileyi və ədəbiyyat sahəsində yaradıcılığı ilə bağlı təşkil edilmiş bu tədbirin sonunda xatirə fotoşəkilləri çəkildi...
“Ədəbiyyat və incəsənət”
(23.10.2025)


