İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, «Ədəbiyyat və incəsənət» portalının Cənub təmsilçisi
Ədəbi mühiti daim qaynayan, tez-tez müxtəlif tədbirlərlə yadda qalan Cənub bölgəsində həftəsonu növbəti tədbir baş tutdu.
AYB Lənkəran Bölməsinin "Söz" ədəbi məclisində şair, nasir və tərcüməçi Bəxtiyar Əliyarın yenicə nəşr olunmuş "Mənim Bermud üçbücağım" adlı kitabının təqdimatı keçirildi.
AYB Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərlinin giriş sözü və aparıcılığı ilə keçirilən təqdimatda bölgə yazarları, ziyalılar və ədəbiyyat həvəskarları iştirak etdilər.
Çıxış edənlər Bəxtiyar Əliyarın yeni kitabında cəm olmuş şeirlərin geniş diapazonu, yüksək bədii dəyərini, şairin poetik ustalığını önə çəkib bu kitabın onun yaradıcılığında önəm daşıdığını xüsusi vurğuladılar.
Tədbirdə çıxış edənlər və müəllif tərəfindən kitabdan ifa olunan çoxsaylı şeirlər iştirakçılar tərəfindən maraqla qarşılandı.
Tədbir xatirə şəkillərinin çəkilişi ilə tamamlandı.
“Ədəbiyyat və incəsənət”
(15.09.2025)