Oğuzda mətbuatımızın 150 illik yubileyi qeyd edilib

İmran Verdiyev, 

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Oğuzda Milli Mətbuatın 150 illik yubileymünasibətilə tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Yeni Azərbaycan Partiyasının, Rayon Ağsaqqallar şurasının,  Oğuzun şair vəyazıçıları və rayon ictimaiyyətin nümayəndələri iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov 22 İyul- Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib, şərəfli və məsuliyyətli fəaliyyətlərində onlara uğurlar arzulayıb, milli mətbuatımızın ilk nümunəsi olan, 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrə başlamasını həmin dövrdə ölkəmizin ictimai-siyasi həyatının mühüm hadisəsi kimi dəyərləndirib. Bildirib ki, bu gün əsasının qoyulmasının 150-ci ilini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı ötən müddətdə zəngin və şərəfli

inkişaf yolu keçib.

Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov diqqətə çatdırıb ki, Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımız 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir.

Digər çıxış edənlər – Azərbaycan Yazıçılar Birliyinin bölmə sədri, şair-yazıçı Vüsal Oğuz, Azərbaycan Yazıçılar Birliyinin üzvü Şair-tədqiqatçı Yusif Rzayev, bəndıniz- “Ədəbiyyat və İncəsənət” portalının Oğuz təmsilçisi, tədqiqatçı İmran Verdiyev, şairə xanım Şükufə Ruhlu milli mətbuatımızın zəngin vəşərəfli yoluna nəzər salaraq, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışıblar. Mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya media nümayəndələri adından minnətdarlıqlarını bildiriblər.

Mətbuat Günü ilə bağlı keçirilən tədbirdə Hüseynov Nazim İsa oğlu “Tərəqqi Medalı” ilə təltif olunduğuna, əməyinə verilən qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda Oğuzun bir sıra şair və yazıçılarına Oğuz Rayon İcra Hakimiyyəti başçısının “Təşəkkürnamə”ləri təqdim edilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(23.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.