Sumqayıt şəhər Gənclər kitabxanasında Gənclər evinin əməkdaşları və könüllülərinin iştirakı ilə “Sumqayıt - Gənclər paytaxtı 2025” və “Yayı kitabla keçirək” layihəsinə əsasən “Elektron, yoxsa ənənəvi kitab?” adlı debat keçirilib.
“Ədəbiyyat və incəsənət” portalına Gənclər kitabxanasının müdiri Leyla Mahmudovanın verdiyi məlumata görə, tədbirin əvvəlində Leyla Mahmudova tədbir iştirakçılarını salamlayaraq kitabxana haqqında ətraflı məlumat verib. Kitabxana fondu, kataloq və kartoteka, kitab seçimi, eləcə də daimi sərgilər ilə gəncləri tanış edib.
Sonra gənclər iki qrupa ayrılaraq ənənəvi və elektron kitabların faydalı və ziyanlı tərəfləri haqqında debat qurublar. Tədbir aparıcının ünvanladığı “Sizin fikrinizcə ənənəvi kitabın üstünlükləri nədir? “Elektron kitab oxumağın hansı faydaları var?”, “Elektron kitablar ənənəvi kitabları əvəz edə bilərmi?” və s. suallar ətrafında müzakirələrlə davam edib.
Sonda Leyla Mahmudova elektron və ya ənənəvi kitab olmağından aslı olmayaraq gənclərə hər zaman mütaliə etməyi, həyatlarını kitabla zənginləşdirməyi arzulayıb.
“Ədəbiyyat və incəsənət”
(17.07.2025)