Masallıda Ələşrəf Niftiyevin 80 illiyi qeyd edildi

İlqar İsmayılzadə,

fəlsəfə üzrə fəlsəfə doktoru, AJB və AYB-nin üzvü, "Ədəbiyyat və incəsənət" portalının Cənub təmsilçisi

 

Ötən gün -19 iyun 2025-ci il tarixdə Masallı şəhərindəki Gənclər evində yazıçı, publisist, ictimai xadim, Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyevin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

 

Tədbirdə RİH aparatının rəhbərliyi, qonaqlar, şair və yazıçılar, rayon ziyalıları, təşkilat rəhbərləri iştirak etdilər.

RİH başçısı Araz Əhmədov, Respublika Ağsaqqallar Şurasi İdarə Heyətinin üzvü, professor İbrahim Quliyev, şəhid anası Ziba Əsgərli, əməkdar jurnalist Zakir Abbas, rayon agsaqqalı Əli Əlişov və YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edib yubilyarı təbrik etdilər.

Tədbirdə AYB Lənkəran Bölməsinin sədri, yazıçı, dramaturq Qafar Cəfərli də çıxış edərək bölgə yazarları adından Ə.Niftiyevi təbrik etdi. Onun yubileyi münasibətilə AYB-nin Fəxri Fərmanı ilə təltif olunduğunu bildirərək texniki səbəblər üzündən təltifi təqdim edə bilmədiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Tədbirdə yubilyara çoxsaylı fəxri fərmanlar və hədiyyələr təqdim olundu.

Sonda yubilyar Ələşrəf Niftiyev çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

Sonda xatirə şəkili çəkildi.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.