Şəkidə “Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilib

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

Mədəniyyət Nazirliyi ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Məktəblilər üçün teatr pedaqogikası” layihəsi çərçivəsində Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında Altay Məmmədovun “Dəli Domrul” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın nümayişinə başlanılıb.

 

Tamaşanın iyun ayında iki gün ərzində bir seans olmaqla nümayiş etdirilməsi nəzərdə tutulur. Ümumilikdə, Qax, Oğuz və Şəki rayonlarının ümumi təhsil müəssisələrində təhsil alan 10–16 yaş aralığında olan 600 şagirdin tamaşanı izləməsi planlaşdırılır.

Qeyd edək ki, layihənin məqsədi məktəblilər arasında estetik zövq formalaşdırmaq, incəsənətə marağı artırmaq və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.