İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Yeni Azərbaycan Partiyası Oğuz Rayon təşkilatı, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Şəki-Zaqata Regional Təhsil İdarəsi Oğuz rayon üzrə təhsil sektorunun razılaşdırılmış birgə tədbirlər planına əsasən Oğuz rayonunun ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş veloyürüş və kros qaçışı üzrə turnirlər keçirilmişdir.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışa məktəblərdən 43 velosipedçi və 63 qaçışçı qatılmışdır.
Turnirin açılış mərasimində YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ayaz Ağayev, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, Şəki-Zaqatala RTİ-nin Oğuz rayon üzrə Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Oğuz Rayon Komitəsinin sədri Fərman İbrahimov, Oğuz rayon Ağsaqqallar Şurasının sədri Ehtibar Yusubov və rayonun ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri iştirak etmişlər.
Yarışı çoxsaylı tamaşaçı izləmişdir.
Gərgin keçirilən veloyürüşdə T.Ağazadə (Tayıflı kənd tam tam orta məktəbi) I, R.Həşimov (Bayan kənd tam məktəbi) II və İ.Sadıqov (Tayıflı kənd tam orta məktəbi) III yerin qalibi olmuşlar.
Kros yarışında isə I yeri A.Qarayev (Qarabulaq kənd tam orta məktəbi), II yeri Y.Abbaszadə (Baş Daşağıl kənd tam orta məktəbi), III yeri isə N.Mahmudzadə (Söyüdlü kənd tam orta məktəbi) tutmuşlar.
Turnirin qalibləri Yeni Azərbaycan Partiyası Oğuz Rayon təşkilatı, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Oğuz Rayon Təhsil sektorunun diplom və hədiyyələri ilə təltif ediliblər.
“Ədəbiyyat və incəsənət”
(09.05.2025)