Elman Eldaroğlu,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Əməkdar junalist Şəmsiyə Kərimovanın haqqında bir dəfə geniş söhbət açmışam. Dəyişən bir şey varsa da, o da yaşının bir il artmasıdır. Bu gün onun ad günüdür. Odur ki, əlavə beş-altı kəlmə də söyləyəməyə cəhd edəcəm. Qoy bugünkü ad gününə hədiyyəm olsun...
Şəmsiyyə xanım dünyaya gələndə həftənin cümə axşamı günü olub. Astroloji və xalq inanclarına görə, həftənin dördüncü günü doğulan xanımlar adətən Yupiterin enerjisi altında olurlar. Elə o da enerjili, özünəinamlı və diqqət mərkəzində olmağı sevən xarakterə malikdir. Əsas xüsusiyyətləri isə bunlardır: Ön planda olmağı, təşəbbüs göstərməyi və ətrafdakılara ilham verməyi xoşlayır. Həyatsevər, şən və yeni ideyalara açıq xanımdır. Estetik duyğuları güclüdür, yaradıcılığa və özünə baxımlı olmağa meyillidir. Sərbəstliyə dəyər verir, məhdudiyyətləri sevmir və risk etməkdən çəkinmir...
O ki qaldı münasibətlərdə yanaşma tərzinə, təqdir olunası çox xüsusiyyəti var. Məsələn, insanların hisslərini tez duymağa və çətin məqamlarda dəstək olmağa çalışır. Haqsızlıq və ya inciklik hiss etdikdə məsafə saxlaya və ya sərt reaksiya verə bilər. Qürurlu və həssasdır. Zəhməti dəyərləndiriləndə bundan zövq alır...
Nə isə, hələlik bu qədər. Ardını da yubileyində söyləyərəm. Təki sağlıq olsun!..
Şəmsiyyə xanımı ad günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayıram. Ömrünün ikinci baharına xoş gəlib...
“Ədəbiyyatvə incəsənət”
(25.11.2026)


