Xəbər verdiyimiz kimi, tanınmış şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib.Onun anası Yavər xanım 86 yaşında vəfat edib.
Mərhum bu gün Ağcabədi rayonunda dəfn ediləcək.
Yavər xanımın 3-7 mərasimi noyabrın 18-i Bakıda, Təzə Pir məscidində, saat 11:00 - 14:00 aralığında keçiriləcək.
Yavər xanım daha çox mütaliə edən, kitablara sevgi bəsləyən bir insan kimi yadımızda qalacaq. Rəşad Məcid hər dəfə onun oxuduğu kitablar barədə həvəslə danışardı.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.11.2026)


