“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə Dərgidə kitab rubrikasında Kamil Şahverdinin Himnimiz barədə 7-ci yazısı təqdim ediləcək.
DƏRGİDƏ KİTAB
Kamil ŞAHVERDİ
BİR DAHA HİMNİMİZ HAQQINDA
VII Yazı
“ALLAH BU MİLLƏTƏ BİR DAHA İSTİQLAL
MARŞI YAZDIRMASIN”
Mehmet Akif Ersoy
1920-ci ilin aprelində Azərbaycan bolşeviklər tərəfindən işğal olunduğu üçün dövlət himninin qəbulunu sona çatdırmaq mümkün olmadı. Qardaş Türkiyə isə bu dönəmdə hər tərəfdən düşmən basqılarına məruz qalmışdı. Ölkə od-alova bürünmüşdü. Əksər bölgələr işğal olunmuşdu. Türkiyə Qurtuluş Savaşı başlamışdı.
AXC-nin işğalından bir neçə gün əvvəl – 23 aprel 1920-ci ildə Mustafa Kamal silahdaşları ilə birlikdə Türkiyə Böyük Millət Məclisini qurdu.
1920-ci ilin yay aylarında Qərb Cəbhəsi Komandanı İsmət İnönü xalqı və ordunu ruh düşkünlüyündən qurtarmaq üçün, milli birliyin təmin edilməsi məqsədi ilə Milli Marş yazılması təşəbbüsü ilə çıxış edir.
Türkiyədə Milli Marş Osmanlı dönəmində, 19-cu yüzillikdə gündəmə gəlmişdi. Buna qədər isə dünyanın ən qədim və ən məşhur hərbi musiqi qurumu olan “Mehtər dəstəsi” yüzillər boyunca Türk dövlətlərinin əsas simvollarından biri sayılırdı. Səlcuqlular, Elxanilər, Qaraqoyunlular, Ağqoyunlular, Məmlüklər, Səfəvilər kimi dövlətlərdə təbil, nağara, davul, kös, zurna, zil (mis dairələr), boru (mis şeypur), qaraney alətlərindən təşkil olunan hərbi musiqiçi dəstələri mövcud idi. Bu musiqiçi dəstələri yalnız döymə (zərb) və nəfəs (üfləməli) alətlərindən ibarət idi. Səlcuqlulardan Osmanlılara keçən hərbi musiqiçi dəstələri Mehtər adı ilə təşkilatlandırıldı. Hesab olunurdu ki, ilk hərbi musiqiçilər dəstəsini Səlcuq Sultanı III Keyqubad 13-cü yüzillikdə I Osmana hədiyyə olaraq göndərmişdi. Osmanlı dövlətində hərbi musiqiçilər dəstəsi təkmilləşdirilərək “Mehtername” yaradıldı. Mehtərlər dünyanın ən qədim və ən məşhur nizami hərbi orkestri sayılır. Bu orkestrlər xüsusi sistemlə formalaşaraq fəaliyyət göstərirdilər. Döyüş zamanı bu orkestrin ifası, təbillərin, davulların gurultusu, nəfəs alətlərinin gur səsi düşməni vahiməyə salırdı. Düşmən qoşunları bu dəhşətli səslərdən sarsılaraq döyüş meydanından qaçmağa məcbur olurdu.
Hücum edən döyüşçülər isə daha da ruhlanıb cuşa gələr və döyüş meydanına atılardılar.
Orta əsrlərdə Mehtərlər Osmanlı dövlətinin əsas simvollarından biri kimi böyük önəm qazanmışdılar.
“Osmanlı dövləti dönəmində əsgəri müzik gələnəyi mehtər adıyla tarixin ən görkəmli və sistemli təşkilatına yüksəlmişdir. Fars mənşəli olan “mihter” kəlməsinin, bəzi qaynaqlara görə, “mih” (böyük) və “ter” (üstünlük bildirən şəkilçi) hecalarından yaranan və “ən uca” və ya “ən ulu” anlamına gəldiyi bildirilməkdədir. Osmanlılarda bu kəlmə həm əsgəri musiqi topluluğu (mehtərhanə), həm də yüksək rütbəli bəzi vəzifəlilər üçün işlədilmişdir. Mehtərlər, sadəcə, bir musiqi qrupu deyildi; vizual əzəməti və eşitmə gücü ilə imperiyanın qüdrətini və əzəmətini əks etdirən bir vasitə idi”. (Vural Timur. (2012) “Osmanlı Dönemi Mehter Teşkilatı”. Zeitschrift Fur Der Turken Journal of World of Turks. 4 (1). s. 315-330.
Əmin-amanlıq dövründə isə mehtər dəstələri xalqın xoş günlərində, toy-düyündə, bayramlarda, el şənliklərində yaxından iştirak edir və bu şənliklərə xüsusi rəng qatırdılar.
Mehtərlərin xüsusi bir təşkilat kimi sistemli şəkildə formalaşması I Murad dönəmində başlamışdır. Belə ki, I Murad “Yeniçeri Ocağı”nı qurduqda onlara dəstək kimi mehtər təşkilatını da yaratmışdır.
II Mehmet dönəmində dövlət strukturlarında aparılan islahatlar nəticəsində “Mehteran-i Tabl-ü Alem” təşkilatı sistemli bir halda qurulur. II Mehmetin Mehtərə olduqca böyük önəm verməsi haqqında tarixdə kifayət qədər dəlillər mövcuddur:
“İstanbulun Fəthi sırasında mehtər dəstəsi aktiv olaraq istifadə edilmiş, mühasirə zamanı verilən hücum əmrlərinin başlanğıcı mehtər dəstəsinin ifa etdiyi “Ceng-i hərbi” idi. Bu bəstə, ilk ifa edildiyində yalnız davullarla çalınan ritmik bir musiqidən ibarət idi və savaşın başladığını xəbər verən bir işarə idi”. (Ahmet Selcuk Bayburtlu (2017). “Türk Askeri Müzik Tarihi Hakkında Bir İnceleme”. Online Journal of Music Sciences. 2 (1). s. 7-30.)
I Süleyman dönəmində Osmanlı torpaqlarının genişlənməsiylə, dövlət quruluşundakı dəyişikliklərlə paralel olaraq, mehterhanələrdə də quruluş dəyişiklikləri baş vermişdir. Hərbi musiqiçilər haqqında yeni qanunlar qəbul edilir və müasir anlamda hərbi orkestrlərin əsası qoyulur.
XVII yüzillikdə osmanlıların Avropa ölkələrərinə yürüşləri zamanı zəbt etdikləri şəhərlərdə yeniçeri qoşun hissələrinin mərkəzi küçə və meydanlarda təşkil etdikləri göstərişli nizami keçidlər avropalılarda ciddi təəssürat yaradırdı. Yeniçerilərin geyimləri, ritmik yerişləri, mehtər marşları, musiqi alətləri, bu alətlərin səs tembrləri hər kəsdə böyük maraq oyadırdı. Beləliklə, bu dövrdən başlayaraq yeniçerilərin hərbi orkestr ənənələri Avropa ölkələrinə sirayət etməyə başlayır və Avropada bu, dəb halını alır. “Ottoman military band” (Osmanlı hərbi orkestri), demək olar ki, bütün Avropa ölkələrində geniş populyarlıq qazanır. Qeyd olunmalıdır ki, Osmanll hərbi orkestri ilk dəfə hərbi addımlarla yürüş edən, nizami keçidlər təşkil edən orkestr sayılır.
1720-ci ildə Polşa kralı II Avqust Türk sultanından yeniçeri hərbi orkestr musiqi alətlərinin komplektini hədiyyə alır. 1725-ci ildə Rus imperatriçası I Yekaterina İstanbuldan Türk hərbi orkestr gətizdirir. 1741-ci ildə yeniçeri musiqi alətləri Avstriyada, daha sonra Prussiyada və digər Avropa ölkələrində istifadə olunmağa başlayır. “Alla Turca” bir janr kimi Avropada elə dəbə düşmüşdü ki, hər bir bəstəkar yazdığı əsərlərdə türk musiqi alətlərindən istifadə edərək mehtər marşlarının səs tembr-koloritini yaratmağa çalışırdı. Artıq Avropa simfonik orkestrlərinin hamısında türk musiqi alətlərindən geniş istifadə olunurdu. Bu dövrdə Türk yeniçeri musiqisinin, mehtər marşlarının Avropa simfonik və opera musiqisinə ciddi təsiri danılmazdır. Haydn, Qlyuk, Motsart, Bethoven, List, Bize, Maler və digər dünya şöhrətli bəstəkarlar öz yaradıcılıqlarında türk musiqi ənənələrinə istinad etmişlər.
1826-cı ildə II Mahmut dövrün tələblərinə cavab vermədiyini səbəb göstərərək “Yeniçeri Ocaqları”nı ləğv etdi. “Yeniçeri Ocaqları”nın ləğvi ilə bərabər, bütün “Mehterhane”lər də qapadıldı. Çünki “Mehterhane”lər “Yeniçeri Ocaqları”nın tərkibində fəaliyyət göstərirdilər.
Tarixdə bu hadisə “Vaka-i Hayriye” (Xeyirli hadisə) adı ilə tanınır. 16 iyun 1826-cı ildə İstanbulda Osmanlı hökmdarı II Mahmutun əmri ilə “Yeniçeri Ocaqları” topa tutularaq yox edilmiş, sağ qalanlar isə 16-17 iyunda edam edilmişdir.
Belə bilgilər də var ki, “Mehterhane”lər qapadıldıqda yüzillərlə formalaşan böyük marş külliyatı da yox edilmişdir. Bu barədə “Parlak Jurnal” saytında qeyd olunur:
“Tarix 1826-nı göstərirkən 2-ci Mahmut əvvəlki padşahların düşünüb də edə bilmədikləri bir şeyi bacaracaqdı. Osmanlının qərbləşməsi uğrunda və modernləşmək məqsədiylə “Yeniçeri Ocaqları”nı qapatmışdı. Təbii ki, bununla bərabər, “Ahi”, “Bektaşi” Ocaqları və Mehteran Bölüyü də eyni taleyi yaşayacaqdı. II Mahmut Mehteran Bölüyünü bağlayarkən oradakı marşlar və güftələr (mətnlər, sözlər-K. Ş.) də bölüklə birlikdə kül olub uçdu. Bizim bir çoxumuzun qədim əsrlərdən qaldığını sandığımız mehtər marşları, əslində, 2-ci məşrutiyyənin elanı ilə birlikdə 1908-ci ildən sonra bəstələnmişdir. 1914-cü ildə Ənvər paşanın əmrləri ilə mehtər marşları yenidən bəstələnməyə başlanmışdır.
Mehtər bölüyü qapadılırkən bəstə və güftələrin də ortadan qaldırılmasının səbəbi II Mahmutun modernləşmə təşəbbüsü idi. “Yeniçeri Ocaqları”nı qapatan bir padşah əski ordunu xatırladan heç bir şeyi həyatla əlaqələndirmək istəməmişdir. Bu bir qədər anlaşılandır. Daha sonra Osmanlıda millətçilik əhvalının yüksəlməsiylə birlikdə bu marşların gücü kəşf ediləcək və Osmanlı marşları təkrardan xatırlanacaqdır”. (“Mehter Marşları ve Gerçek”. Parlak Jurnal İnternet Dergisi. 17 avqust 2017)
II Mahmut mehtər təşkilatı yerinə Avropa dövlətlərindəki hərbi orkestrlərin bənzəri olan “Musika-i Hümayun” adında saray orkestri yaratdı. 1828-ci ildə bu orkestrə rəhbərlik etmək üçün İtaliyadan bəstəkar və dirijor Giuseppe Donizetti dəvət olundu. O, məşhur İtaliya bəstəkarı Gaetano Donizettinin böyük qardaşı idi, Napoleonun ordusunda hərbi orkestrdə xidmət göstərmişdi. İstanbula dəvət olunan Giuseppe Donizetti (1788-1856) II Mahmutun sarayında Avropa tipli orkestr yaradaraq ömrünün sonuna qədər Osmanlı dövlətinə xidmət etmişdir.
Paşa titulu ilə mükafatlandırılan Giuseppe Donizettinin II
Mahmutun şərəfinə bəstələdiyi “Mahmudiye Marşı” on bir il, II Mahmutun ölümündən sonra taxta çıxan oğlu Sultan Abdülmecit üçün bəstələdiyi “Mecidiye Marşı” da (1839) 22 il boyunca Osmanlı Dövlətinin marşı olaraq ifa edilmişdir.
20-ci yüzilliyin əvvəllərində Osmanlıda milli oyanış zəminində mehtər musiqisi gündəmə gəldi. Ənvər Paşa mehtər musiqisinin türkçülüyü gücləndirəcəyi düşüncəsi ilə yenidən mehtər dəstəsi yaratmaq fikrinə gəldi. Lakin dövlətdən dəstək olmadığı üçün Ənvər Paşa istəyini lazımi səviyyədə həyata keçirməyə nail ola bilmədi. Baxmayaraq ki, bir çox nüfuzlu hərbçilər və düşüncə sahibləri Ənvər Paşanın təşəbbüsünə qoşularaq bu mövzunu gündəmdə saxlaya bilmişdilər. Nəhayət, 1914-cü ildə İstanbuldakı Askeri Muzenin (Hərbi muzeyin) nəzdində “Mehterhane-i Hakani” adı ilə yeni bir mehtər dəstəsi yaradıldı.
“Mehterhane-i Hakani”nin mehtərbaşılığına Eyyubi Ali Riza Bəy (Şengel) gətirildi; həftədə iki gün konsert verməyə başladı” (Erhan Tekin, Nilgün Doğrusöz. (7 yanvar 2018). “Yirminci Yüzyılda Kültürel Bellek ve Gelenegin Yeniden İhyası Bağlamında Mehterhane-i Hakani”. Elektron Sosyal Bilimler Dergisi. 17 (65): 317-336.)
Milli mücadilə dönəmində millətin və ordunun birliyini, mənəvi yüksəlişini, mübarizə əzmini gücləndirmək və ruh yüksəkliyini təmin etmək məqsədi ilə Qərb Cəbhəsi Komandanı İsmət Paşa bir Milli Marş yazılmasının vacibliyi ilə müraciət etdi. İsmət Paşanın Milli Marş təşəbbüsü haqqında Ayşe Hür “”Devşirme” Marşlarla Milliyetçilik” yazısında qeyd edir:
“Bir gün orta məktəb müdiri otağında çalışırdım. Papağımı masanın bir kənarına qoymuşdum. Qapı açıldı. İçəri qısa boylu bir Baş Qərargah polkovniki girdi. Onu görüncə, ayağa qalxdım, papağımı geyindim. “Buyurunuz” – dedim. Bu adam: “Mən Qərb cəbhəsi Baş Qərargah rəisi İsmət” – dedi. Onu masamın önündəki oturacağa dəvət etdim, oturdu.
“Məni sizə Dr. Riza Nur bəy göndərdi. Orduda qərar verdik. Bir İstiqlal Marşı istəyirik. Bunun sözləri və musiqisi üçün ayrı müsabiqə keçirilməlidir. Hər birini qazanana beş yüz lira verəcəyik” – dedi. Əmrlərini dərhal icra edəcəyimi söylədim. O da qalxdı getdi.
Bu sətirlər 1921-ci ildə Maarif Vəkalətində orta dərəcəli təhsilə məsul olan Nami (Duru) bəyə aiddir”.
(Ayşe Hür. “Devşirme” Marşlarla Milliyetçilik. www.bianet web saytı. 26 aprel 2008)
Kazım Nami Duru vaxt itirmədən Milli Marş mövzusunda fəaliyyətə başlayır. Maarif Nazirliyi Baş Qərargah Rəsliyinin dəstəyi ilə müsabiqənin təşkilini, qalib olan şeirə musiqi bəstələmək üçün yeni bir müsabiqənin keçirilməsini öz üzərinə götürür. Milli Təhsil Naziri Dr. Riza Nurun imzası ilə sənəd hazırlanır və vilayətlərə göndərilir. Sənəddə yazılır: “Türk dövlətinin əbədiliyini, Anadolu Milli Mücadiləsinin ruhunu, Türkün istiqlal eşqini dilə gətirəcək bir milli marş sözlərinin yarışmaya açıldığı, yarışma sonunda marşın bəstələnəcəyi, marş sözlərinin 3 ay ərzində - 21 dekabr 1920-ci il tarixinə qədər Ankarada Maarif Vəkalətinə göndərilməsi, yarışmaya qatılanların ad və ünvanlarını ayrıca bağlı bir zərfə yazaraq sözləri ilə birlikdə göndərmələri, yarışma sonunda qalib olan şeirə görə 500 lira mükafat veriləcəyi bildirilmişdir”.
Bu çalışmaların ardından Böyük Millət Məclisində marş sözlərini incələyəcək bir heyət qurulmuşdur. Söz yarışmasına toplam 724 şeir göndərilmişdir. Bu arada, Dr. Riza Nur Bəy Türk-Rus danışıqlarında nümayəndə seçildiyinə görə, Maarif Vəkilliyindən ayrılmış, yerinə Hamdullah Subhi Tanrıöver Maarif Vəkili olmuşdur”.
(www.ataturkansiklopedisi.gov.tr/detay/697/
Daha sonra Ankarada çıxan “Hakimiyyət-i Milliye” qəzetinin 25 oktyabr 1920-ci il tarixli nömrəsində belə bir elan dərc olunur:
“Millətimizin daxili və xarici istiqlalı uğrunda başlamış olduğu mücadiləni ifadə və tərənnüm etmək üçün Maarif Vəkaləti tərəfindən bir İstiqlal marşı müsabiqəsi elan olunmuşdur. Bu müsabiqəyə göndərilən əsərlər 23 Kanun-i əvvəl sənə 1336 (23 dekabr 1920-K. Ş.) tarixinə qədər ədəbi münsiflər tərəfindən seçiləcək və qəbul edilən əsərin sözlərinə görə beş yüz lira mükafat veriləcək. Və yenə beş yüz lira təhsis edilərək bəstə üçün ayrıca müsabiqə elan olunacaq. Bütün müraciətlər Ankarada Böyük Millət Məclisi Maarif Vəkalətinə ediləcəkdir”.
Müsabiqəyə qatılanların sayı gözlənildiyindən xeyli çox idi. Əsər göndərənlər arasında Kazım Karabekir, Hüseyin Suat Yalçın, İsak Ferrara, Mühiddin Baha Pars, Kemaleddin Kamu kimi məşhur şairlər də var idi. Göndərilən əsərlər Milli Təhsil Nazirliyində təşkil olunmuş heyət tərəfindən incələnirdi. Bütün əsərlər vətən sevgisinə, suverenliyə, müstəqilliyə həsr olunsa da, Milli Marş olmağa dəyər qazana bilmədi. Beləliklə, 23 dekabr 1920-ci il tarixinə qədər Maarif Vəkalətinə göndərilən yüzlərlə əsərdən heç biri Milli Marş üçün seçilməyə məqbul sayılmamışdı.
Mustafa Kamal Paşa, Hasan Basri Çantay, Hamdullah Subhi bu işi yalnız Mehmet Akif Ersoyun görə biləcəyini düşünürdülər. “Çanakkale Şehidlerine”, “Bülbül” kimi dillər əzbəri olan şeirlərin müəllifi Mehmet Akif “Millətin başarılarının para ilə övülemeyeceğini” bildirərək, mükafat təyin olunduğundan, İstiqlal marşı müsabiqəsinə qatılmaqdan imtina etmişdi. 1921-ci il fevralın 5-də Maarif Vəkili Hamdullah Subhi Mehmet Akifə məktub yazır və onu müsabiqədə iştirak etməyə israrla dəvət edir. Hasan Basri Çantay “Akifname” (Mehmet Akif) kitabında bunu belə təsvir edir:
“İstiqlal Marşı.
Nasıl yazıldı? Nasıl kabul edildi?
Milli İstiqlalımızın gözəl və uyar bir marşını yazmaq üçün Maarif Vəkaləti şairlərimizə müraciət etmişdi, bir müsabiqə açmışdı. Birinciliyi qazanan şairə 500 lira mükafat verəcəkdi. Aradan qısa bir zaman keçdikdən sonra Vəkalətə bir çox marşlar gəlməyə başladı.
Bu marşın-İstiqlal mücadiləsinin içində, Böyük Millət Məclisinin sakf-ı hamiyyeti altında bulunan (Vətənpərvərlər qrupundan olan deputatlar-K.Ş.) Mehmet Akif tərəfindən yazılmasını onun özünə söylədiyimiz zaman o:
– Mən nə müsabiqəyə qoşularam, nə də “caize” (təyin ediləni-K. Ş.) alaram.
Mən ricalarımı təkrar etdikcə o da eyni sözünü söyləyir və:
– Qoyun yazsınıar. Mən bu yaşdan sonra yarışamı çıxacağam, ayıb deyilmi? – deyirdi.
Bir gün Maarif vəkili Hamdullah Subhi Bəy Məclisdə məni gördü, dedi ki:
– İndiyə qədər 500-dən çox marş gəldi. Mən heç birini bəyənmədim. Ustadı inandıra bilməzmisən?
Cavab verdim:
– Akif bəy müsabiqə şəklini və mükafatı qəbul etmir, əgər buna bir çarə və bir şəkil tapsanız, yazdırmağa çalışaram.
Düşündü:
– Dur, – dedi: – Mən ona bir təzkirə yazım. Arzusuna tabe olacağımızı bildirim. Fəqət, təzkirəni ona siz verin...
Mən də razılaşdım. Yarım saat sonra bu təzkirəni gətirib mənə verdi:
“Çox əziz və möhtərəm əfəndim.
İstiqlal marşı üçün açılan müsabiqəyə buyurmamağınızın səbəbini aradan qaldırmaq üçün çox tədbirlər vardır. Zati-aliləri üçün arzuolunan şeiri yazmaq məqsədə çatmaq üçün son çarə olaraq qalmışdır. Sizin nəcib qayğılarınızın tələb etdiyi hər şeyi edəcəyik. Hörmətlə ölkəmizi bu təsirli inam və təhrik vasitəsindən məhrum etməməyinizi xahiş edirəm və bu fürsətdən istifadə edərək ən dərin hörmət və ehtiramımı bir daha ifadə edirəm, əfəndim”.
5 fevral 1921
Umum Maarif Vəkili
Hamdullah Subhi
(Hasan Basri Çantay, Akifname (Mehmet Akif), 1966, s. 62)
Mehmet Akif Hamdullah Subhinin ona yazdığı məktubdan sonra qalib olacaq əsəri üçün müəyyən edilən mükafatın kimsəsizlərə paylanacağı təqdirdə iştirak etməyə razılıq verir.
Millət Vəkili kimi TBMM-də iştirak etmək üçün Ankaraya gələn Mehmet Akif ev tapa bilmədiyindən Tacəddin Dərgahına sığınmışdı. 17 fevral 1921-ci ildə şair Türk ordusuna həsr etdiyi, Qurtuluş savaşının qazanılacağına olan inamını, Türk əsgərinin cəsurluğunu, Türk millətinin öz müstəqilliyini, haqqa, yurduna və dininə bağlılığını tərənnüm edən şeiri qələmə alır.
Bingöl Yedisu İlçe Yazı İşleri Müdürü Osman Nuri Besi www.yedisu.gov.tr saytında Tacəddin Dərgahında İstiqlal Marşının yazılmasını “İstiklal Marşımız Nasıl Yazıldı?” məqaləsində belə təsvir edir:
“Qaranlıq günlərdə vətənimizin qurtulacağını, varlığımızın simvolu olan ay-ulduzlu al bayrağımızın əbədiyyən dalğalanacağını müjdələyən; ordumuza və millətimizə iman, ümid və cəsarət qaynağı olan İstiqlal marşımızı M.Akif 17 fevral 1921-ci ildə Tacəddin Dərgahında yazdı. Türk Milləti yox edilmək istənməkdədir; axşam günəşi batmaqdadır. Əcaba, varlığımızın simvolu olan bayrağımız da, yıldızımız da sönəcəkmidir? M.Akif imanla kükrəyir:
Korkma! Sönmez bu şafaklarda yüzen al sancak;
Sönmeden yurdumun üstünde tüten en son ocak.
O benimdir, Milletimin yıldızıdır, parlayacak;
O benimdir; O benim milletimindir ancak!
17 fevral 1921-ci il gecəsi Tacəddin Dərgahında nərdivandan çıxınca həmən sol tərəfdəki kiçik otaqda, rəfdə kiçik qaz lampası yanmaqda; yatağında yatmaqda olan M.Akif oyanmış, kağız axtarır... Yoxdu... Əlinə keçən kurşun qələmlə yatağının sağındakı divara dönmüş, İstiqlal Marşımızı yazmağa başlamış... Səhər namazına qalxan otaq qonşusu Hafiz Bekir Əfəndi (Konyadan Parlament üzvü) M.Akifi əlindəki çib bıçağı ilə divardakı qitəni (beyti-K.Ş.) qazırkən görür.
Doğacaktır sana vadettiği günler Hakkın…
Kim bilir, belki yarın, belki yarından da yakın”.
Mehmet Akif qəhrəman orduya həsr etdiyi şeiri bitirincə nazirliyə təqdim edir. Hamdullah Subhi şeiri öncə orduda oxunması üçün cəbhəyə göndərir. Necə olsa da, marş yazılması təklifi ordudan gəlmişdi. Ona görə də, əsgərlərin şeiri necə qarşılaması çox önəmli idi. O günlərdə cəbhədə durum heç də yaxşı deyildi.
“Kütahya və Eskişəhir müharibələrində ordumuz Sakaryanın şərqinə çəkilmişdi. Eskişəhir düşmən işğalına uğramış və qərarvermə mərkəzinin Ankaradan Kayseriyə daşınma hazırlıqlarına başlanmışdı. Bu sıxıntılı günlərdə Hamdullah Subhi Bəy Akifin şeirinin öncə cəbhədə əsgərlər arasında oxunmasına qərar verdi. Nə də olsa, marş yazılması təklifi ordudan gəlmişdi. Bu məqsədlə şeir Şərq Cəbhəsi Komandanlığına göndərildi.
Oxunduğunda əsgərlərə böyük mənəvi dəstək olmuş və çox bəyənilmişdir”.
(Ahmet Yozgat. İstiklal Marşımız Nasıl Yazıldı. www.derindunya.com. 26 iyun 2014)
Orduda şeir böyük ruh yüksəkliyi ilə qarşılanandan sonra mətbuatda dərc olunur və millətin ixtiyarına verilir. İlk dəfə 17 fevral 1921-ci ildə Ankarada çıxan “Hakimiyet-i Milliye” qəzetinin və “Sebilürreşad” dərgisinin ilk səhifələrində, daha sonra, 21 fevral 1921-ci ildə Anadolunun ən məşhur “Açıksöz” qəzetlərində şeir dərc olunur. Ordudan sonra xalqın da rəğbətini qazanan “Kahraman Ordumuza” şeiri İstiqlal Marşı kimi təsdiqini tapmaq üçün 26 fevral 1921-ci ildə TBMM-nin müzakirəsinə təqdim olunur. Məclisdə müzakirə olunması üçün şeirin çap olunaraq millət vəkillərinə paylanması qərara alınır. Məclis Rəisi Mustafa Kamal Paşa bu məsələni Maarif Encümenine (Maarif Komitəsinə) həvalə edir. Lakin bəzi millət vəkilləri bunun əleyhinə çıxırlar. İzmit Mebusu (Parlament üzvü) Hamdi Namik Bəy hesab edir ki, yazılan əsərlər arasında Maarif Encümeni Rəisi (Maarif Komitəsinin sədri) Mehmet Akif Bəyin də əsəri olduğuna görə, göndərilən şeirlərə tərəfsiz baxılması üçün özəl bir komissiya yaradılmalıdır. Şeirlər də bu komissiyada incələnməlidir.
Hamdi Namik Bəyin bu təklifi qəbul edilməmiş və İstiqlal marşının seçimi Maarif Encümeninə həvalə edilmişdir. 1 mart 1921-ci ildə millət vəkili Hasan Basri Bəy İstiqlal marşı şeirinin Hamdullah Sübhi Bəy tərəfindən Məclis kürsüsündən oxuması təklifi ilə çıxış etmişdir. Bunun əleyhinə çıxanlar olsa da, sonda qərara alınmışdır ki, Maarif Vəkaləti tərəfindən Məclisə təklif olunan yeddi şeirdən birini seçərək Hamdullah Subhi Bəy kürsüdən oxusun.
Mustafa Kamal Paşanın sədrlik etdiyi həmin gün Məclis İstiqlal Marşını geniş müzakirə etmişdir. Verilən təklifin səsə qoyularaq qəbul edilməsi qərara alındı. Bundan sonra Hamdullah Subhi Bəy İstiqlal Marşını oxumaq üçün kürsüyə çıxmışdır. “Mehmet Akifdən şeiri yazmasını özünün istədiyini, şairin ikramiyə səbəbindən yarışmaya qatılmağı uyğun görmədiyini, ancaq görüşmələr nəticəsində Mehmet Akifi razı saldıqlarını, ələmələrdən qalan son altı şeirlə birlikdə Mehmet Akifin şeirini Məclisin seçiminə təqdim etdiklərini söyləmiş və ardından, İstiqlal Marşını kürsüdən oxumuşdur”. (Hüsnü Özlü. “İstiklal Marşının Yazılışı ve Kabulü”. www.ataturkansiklopedisi.gov.tr/detay/697/
TBMM-nin 1 mart 1921-ci il tarixli iclasının stenoqramında İstiqlal Marşının kürsüdən oxunduğu zaman millət vəkillərinin hər bənddən sonra alqışlarla münasibət bildirmələri qeyd olunur. Həmin stenoqramı olduğu kimi təqdim edirəm:
İstiklal marşı
1
Korkma, sönmez bu şafaklarda yüzen al sancak;
(Şiddetli alkışlar)
Sönmeden yurdumun üstünde tüten en son ocak.
O benim milletimin yıldızıdır, parlayacak;
O benimdir, o benim milletimindir ancak.
2
Çatma, kurban olayım, çehreni, ey nazlı hilal!
Kahraman ırkıma bir gül! Ne bu şiddet, bu celal?
Sana olmaz dökülen kanlarımız sonra helal...
Hakkıdır, Hakk'a tapan milletimin istiklal!
(Alkışlar)
3
Ben ezelden beridir hür yaşadım, hür yaşarım.
Hangi çılgın bana zincir vuracakmış? Şaşarım!
Kükremiş sel gibiyim, bendimi çiğner, aşarım.
Yırtarım dağları, enginlere sığmam, taşarım.
4
Garbın afakını sarmışsa çelik zırhlı duvar,
Benim iman dolu göğsüm gibi serhaddim var.
Ulusun, korkma! Nasıl böyle bir imanı boğar,
“Medeniyet!” dediğin tek dişi kalmış canavar?
5
Arkadaş! Yurduma alçakları uğratma sakın.
Siper et gövdeni, dursun bu hayasızca akın.
Doğacaktır sana va'dettiği günler Hakk'ın...
Kim bilir, belki yarın, belki yarından da yakın.
(Alkışlar)
6
Bastığın yerleri “toprak!” diyerek geçme, tanı:
Düşün altındaki binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır, atanı:
Verme, dünyaları alsan da, bu cennet vatanı.
(Alkışlar)
7
Kim bu cennet vatanın uğruna olmaz ki feda?(Alkışlar)
Şuheda fışkıracak toprağı sıksan, şuheda!
Canı, cananı, bütün varımı alsın da hüda,
Etmesin tek vatanımdan beni dünyada cüda.
(İnşaallah sadaları)
8
Ruhumun senden, ilahi, şudur ancak emeli:
Değmesin mabedimin göğsüne namahrem eli.
Bu ezanlar ki şehadetleri dinin temeli,
Ebedi yurdumun üstünde benim inlemeli.
9
O zaman vecd ile bin secde eder varsa taşım,
Her cerihamdan, ilahi, boşanıp kanlı yaşım,
Fışkırır ruh-i mücerret gibi yerden na'şım;
O zaman yükselerek arşa değer belki başım.
(Alkışlar)
10
Dalgalan sen de şafaklar gibi, ey şanlı hilal!
Olsun artık dökülen kanlarımın hepsi helal.
Ebediyen sana yok, ırkıma yok izmihlal:
Hakkıdır, hür yaşamış, bayrağımın hürriyet;
Hakkıdır, Hakk'a tapan milletimin istiklal!
(Sürekli alkışlar)
(www.tbmm.gov.tr/tarihce/istiklalmarsi_c9_ic1.pdf)
Mehmet Akifin Qəhrəman Orduya yazdığı şeir on iki gün sonra - 12 mart 1921-ci ildə Məclisdə baş tutmuş geniş müzakirələrdən sonra səs çoxluğu ilə İstiqlal Marşı kimi qəbul edilmişdir.
Qazi Mustafa Kamal Paşa Məclisdə marşı ən ön sırada və ayaq üstdə alqışlayaraq dinləmiş və marşın qəbulundan sonra, İstiqlal Marşının önəmini bu sözlərlə açıqlamışdır:
“Bu marş, bizim inqilabımızım ruhunu anladır... İstiqlal Marşında davamızı anlatmaq baxımından böyük mənası olan misralar vardır. Ən bəyəndiyim yeri bu misralardır: “Hakkıdır hür yaşamış bayrağımın hürriyet, Hakkıdır Hakka tapan milletimin istiklal”. Mənim bu millətdən əsla unutmamasını istədiyim misralar iştə bunlardır... Bu deməkdir ki, əfəndilər, Türkün hürriyətinə toxunulmaz!”
(Hüsnü Özlü. “İstiklal Marşının Yazılışı ve
Kabulü”. www.ataturkansiklopedisi.gov.tr/detay/697/)
BU MARŞ MİLLƏTİN MALIDIR
Mehmet Akif Ersoy
Mehmet Kurtoğlu “Taceddin Dergahında İstiklal şairi Mehmet Akif” kitabında qeyd edir:
“İstiqlal Marşı 1 mart 1921-ci ildə Məclis kürsüsündən oxunurkən böyük bir alqış tufanı qopmuş. 12 martda rəsmən qəbul edilmiş, qəzetlərdə yayınlanmış, kartpostallar və lövhələr üzərində çap olunaraq bütün yurda paylanılmışdır. İlk dəfə “Şebilürreşad” dərgisində yayınlanmışdır. Akif, “bu marş millətin malıdır” deyərək onu safahatına (qeydlərinə-K. Ş.) almamışdır. (Mehmet Kurtoğlu. Taceddin Dergahında İstiklal Şairi Mehmet Akif. səh. 32. Ankara-2016.)
İstiqlal marşı Məclisdə qəbul edildikdən sonra 21 mart 1921-ci il tarixli sayında rəsmi dövlət orqanı olan “Ceride-i Resmiye Gazetesi”nin ilk səhifəsində çərçivə içində çap olunmuşdur.
Mehmet Akifin şeiri rəsmən İstiqlal Marşı kimi qəbul edildikdən və mətbuatda dərc edildikdən sonra bir çox bəstəkar müsabiqə elanını gözləmədən marşın musiqisini yazırlar. 1 noyabr 1921-ci ildə Maarif Vəkaləti İstanbulda bəstə yarışması keçirilməsi üçün bir heyətin yaradılması haqqında Məclisdə məsələ qaldırır. Lakin Məclis daha vacib müzakirələrin olduğu səbəbindən bu təklifi qəbul etmir. Çünki Anadoluda qızğın savaş getdiyi üçün bəstə yarışması aktuallığını itirmişdi. Ona görə də, Maarif Vəkalətinə təqdim olunan 24 bəstədən seçim edilməmişdi.
“Bəstə yarışması isə “güfte kadar ilgi” görmedi. Bu da məmləkətin o zamankı musiqi durumunu əks etdirməkdədir.
Bəstə yarışmasına ancaq 24 bəstəçi qatılmışdı. Onlardan bəziləri bunlardır:
Ahmet Cemalettin, Çinkılıç, Ahmet Yekta Madran, Ali Rifat Çağatay, Asım Bəy, Bedri Zabac, Hasan Basri Çantay, H. Saadettin Arel, İsmail Hakkı Bəy, İsmail Zühtü, Kazım Üz, Lemi Atlı, Mehmet Baha Pars, Mustafa Sunar, Rauf Yekta, Saadettin Kaynak, Zati Arca, Zeki Üngör”.
(İşte İstiklal Marşının İlk bestesi.
www.sabah.com.tr/kultur_sanat/2012/03/12/iste-istiklal-marsinin-ilk bestesi)
Mehmet Akifin İstiqlal Marşının əleyhinə olanlar da yox deyildi. Onlar da vaxtaşırı Məclisdə İstiqlal Marşı haqqında qəbul edilmiş qərarın ləğv edilməsini və yeni müsabiqə keçirilməsini tələb edirdilər. Mehmet Akifin şeirinə qarşı ən sərt çıxış edənlərdən biri tanınmış şair Kazım Karabekir idi. Kazım Karabekir 26 iyul 1922-ci ildə Bakanlar Kurulu Başkanı (Baş nazir-K.Ş.) Rauf Bəyə yazdığı məktubda yarışma qərarının ləğv edilərək özünün yazdığı şeirin İstiqlal Marşı kimi qəbul edilməsini tələb edirdi.
“Kazım Karabekirin İstiqlal Marşı olmasını istədiyi şeiri isə belə idi:
Ya istiklal, ya ölüm!
Ya istiklal, ya ölüm!
Vatanım, milletim, sancağım, evim,
İstiklalsız yoktur yerim.
Zincir vurdurur mu Türkler boynuna
Varlığı fedadır vatan yolunda
Biz tarihin Türk dediği yılmaz milletiz
Hür yaşar hür ölür nurlu ümmetiz!”
(Ahmet Yozqat. İstiklal Marşımız Nasıl Yazıldı.
www.derindunya.com/2014/06/istiklal-marsimiz-nasil-yazildi/)
Lakin Kazım Karabekirin və digərlərin etirazlarına baxmayaraq, Mehmet Akifin “Ordu duası” şeiri rəsmən qəbul olunduğu andan bütün millət və ordu tərəfindən ruh yüksəkliyi ilə qarşılanmışdı. Marşın bəstə müsabiqəsi Milli Mücadilə səbəbindən ertələnsə də, ölkənin müxtəlif yerlərində Mehmet Akifin şeiri fərqli musiqi ilə oxunmağa başlandı. Bəstəkarların çoxu musiqi müəllimi işlədikləri üçün, dərs dedikləri məktəblərdə öz bəstələrini uşaqlara öyrədirdilər. Ədirnədə Ahmet Yekta Madranın, İzmirdə İsmayıl Zühtü Bəyin, Ankarada Osman Zeki Bəyin, İstanbulun bir hissəsində Zati Arcanın, digər hissəsində, Kadıköy tərəfində isə Ali Rifat Çağatayın bəstələri oxunurdu. Bir müddət belə davam etdikdən sonra 12 fevral 1923-cü ildə İstanbul Maarif Müdirliyi ikinci dəfə İstiqlal Marşı bəstəsinə yarışma təşkil etmişdir. Bu yarışmaya 55 əsər göndərilmişdir. 1924-cü ildə Milli Təhsil Nazirliyində toplanan komissiya Ali Rifat Çağatayın bəstəsini qəbul edir. Komissiyanın bu seçimi Məclis tərəfindən rəsmən təsdiq olunmasa da, tövsiyə olunması məsləhət görülmüşdür. Bununla da, bütün ölkə boyunca Ali Rifat Çağatayın bəstəsi İstiqlal Marşı kimi ifa olunmağa davam etdi.
Ali Rifat Çağatayın bəstəsi klassik Türk musiqisi janrında, mehtər marşı üslubunda, qədim Türk makamı olan Acemişiran makamı motivində yazılmışdır. Lakin marş millət arasında, orduda böyük rəğbət qazanmadı. Bu marş 1930-cu ilə qədər ifa olundu. Bu müddət ərzində Ali Rifat Çağatayın marşını bəyənməyənlər etiraz edir və marşın dəyişdirilməsi istəyini dilə gətirirdilər. Məclisdə də tez-tez bu marşın əleyhdarları fikirlərini səsləndirir və yeni qurulmuş Cümhuriyyətin müasir, modern üslubda yazılmış marşa ehtiyacı olduğunu vurğulayırdılar. Bəziləri bildirirdi ki, 1924-cü ildə Milli Təhsil Nazirliyinin təşkil etdiyi münsiflər heyətinin sədri Ali Rifatın qardaşı Semih Rifat olduğu üçün seçim obyektiv olmamışdı. Yarışmada iştirak edən bəstəkar Zati Arca komissiyaya ciddi etiraz etmiş və hətta Atatürkə şikayət ərizəsi ilə müraciət etmişdi. Ərizədə qeyd olunur:
“Alaturka musiqi ustası olan Ali Rifat Bəyin qərb musiqisində başarılı ola bilməməsi;
Əsərində çox önəmli harmonik xətalara yol verməsi;
Münsiflər heyətinin uzmanlardan təşkil olunmaması;
Münsiflər heyətinin rəhbəri Semih Rifatın Ali Rifatın qardaşı olduğu və dəyərləndirmələrin obyektiv olmadığı səbəbindən seçimin ləğv edilməsi vacibdir”.
(Ahmet Yozgat. İstiklal Marşımız Nasıl Yazıldı.
www.derindunya.com/2014/06/istiklal-marsimiz-nasil-yazildi/
1930-cuildə RiyasetiCumhurOrkestrinin (indikiCumhurbaşkanlığı Orkestri) dirijoruOsmanZeki Üngörünqərb üslubundayazdığı musiqisiMilliMarş kimiqəbuledildi.
İstiqlalmarşı mübahisəsibununladabitmədi. Zeki Üngörünbəstəsinə də iradlarbildirildi. Həttaiddialarvarki, ZekiÜngörbumusiqiniMehmetAkifErsoyun şeirinigörmədən, bilmədənbəstələyib. Şeirlə musiqidəkiahəng, ölçü fərqibununlaizaholunur. Əslində, buiddialardahəqiqətvar. ÇünkiMehmetAkifin şeiri əruzvəznininrəməlbəhrində yazılıb. Onagörə də, bəzimisralarZeki Üngörünmusiqi ölçüsünə sığmır. LakinTürkmillətinin, ordusununqəbuletdiyi, qürurlandığı, şərəfləndiyi, sevərəkifaetdiyi İstiqlalMarşınahörmətvə ehtiramlayanaşmaqborcumuzdur. ÇünkiMehmetAkifinbu şeiri - “Orduduası” hələ bəstəsindən öncə Millimücadilə dönəmində, İstiqlal, CümhuriyyətSavaşındaTürk əsgərininmənəvidayağı olmuş, TürkgəncliyiniVətənuğrundamübarizəyə ruhlandırmış, Vətəntorpağındakəfənsizyatmış şəhidlərinsonnəfəsdə söylədiyiDuaolmuşdur.
BugünTürkiyə Cümhuriyyətinin İstiqlalMarşı dünyanın əngözəlmarşlarındanbiridir. Bumarşınmillət, dövlətuğrunda, istiqlal, hürriyyətuğrundaxidmətləri ölçüyə gəlməzdərəcədədir. Türkmilləti, türkdövlətivarolduqca İstiqlalMarşı davarolacaqvə hərbirtürkünqürurmənbəyiolmaqdadavamedəcək.
18 oktyabr 1982-ciiltarixində Türkiyə CümhuriyyətiKurucuMəclistətəfindən ümumxalqsəsverməsi (referendum) yoluilə qəbuledilmiş Türkiyə CümhuriyyətiAnayasasında (Konstitusiya) qeydolunub:
III. Dövlətinbütünlüyü, rəsmidili, bayrağı, millimarşı və başkəndi(paytaxtı)
Maddə 3. – Türkiyə Dövləti, ölkəsivə millətiylə bölünməzbirbütündür. DiliTürkcədir.
Bayrağı, şəkliqanundagöstərilənbəyazay-ulduzlualbayraqdır.
Millimarşı “İstiqlalMarşı”dır.
BaşkəndiAnkaradır.
IV. Dəyişdirilməyəcəkhökmlər
Maddə 4. – Anasayanın 1-cimaddəsindəkiDövlətin şəklinin (quruluşunun) Cümhuriyyətolduğuhaqqındakı hökmilə, 2-cimaddəsindəkiCümhuriyyətinnitelikləri (xüsusiyyətləri) və 3-cü maddəsihökmləridəyişdiriləməzvə dəyişdirilməsitəklifediləməz.
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)


